Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk intimual təcrübə haqqında
İlk intimual təcrübə haqqında
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2534
Səs ver:
İlk intimual təcrübə insanlar üçün hər zaman əngəl daşı olub. Belə ki kimsə bu məsələyə çox ciddi yanaşsa da, amma kimlərsə də elə ilk fürsətdən istifadə etməyə çalışıblar. Sizlərə isə bunu müxtəlif millətlərin nümayəndələri arasında necə olduğunu bilməyi təklif edirik. Kim düşünə bilərdi ki, ehtiraslı fransızlarda ilk intim kifayət qədər gec yaşda olur və yaxud da pozanı dünyaya hədiyyə etmiş hindlilər heç nigaha qədər cinsi əlaqəni yaxına buraxmırlar. Beləliklə gəlin bir yerdə tanış olaq:
Amerikada
Hər ikinci amerikalı qız öz oğlan dostunun avtomobilinin dal oturacağında öz bakirəliyindən azad olur.
Çünki, zərif cinsin nümayəndələrinin erkən yaş dövrü, avtomobili idarə etmək üçün 16-dır.
Almanyada
Almaniyanın gənc sakinləri üçün yer və şərait əhəmiyyətli deyil, əsas isə ... zamandır.
Statistikaya görə, hər dördüncü froylyayn oktyabrda cinsi həyata daxil olurlar, yəni — Oktoberfesta adlı pivə bayramı dövründə.
Çexlərdə
Ancaq çexlər Almanlardan fərqli olaraq yağışlı oktyabrı deyil, ilıq şən yayı seçirlər.
45%-ə qədər çex yeniyetməsi yay tətilləri vaxtı, təbiət qoynunda və ya yay düşərgələrində ilkcinsi əlaqəyə başlayırlar.
Latın Amerikasında
Latın Amerikası ölkələrində ilk intim münasibətlərin ssenarisi yeniyetmənin cəmiyyətin hansı qatlarına aid olmasından aslıdır. Çox tutarlı və nüfüzlü ölkə vətəndaşları, bir qayda olaraq, öz qızlarının mənəvi simasını çox ciddi izləyirlər, çünki orta sinifin və ondan yuxarı sinifin nümayəndələri yalnız o vaxt ilk cinsi əlaqədə olurlar, nə vaxt ki artıq toy hazırlıqları gedir.
Amma az zəngin olan latın amerikalılar intim münasibətlərə daha çox sadə baxırlar: onlardan bir çoxu aşiqlərinin evində, digər qismi parklarda, hətta çoxmənzilli evin nərdivan qəfəslərində öz bakirəliyini itirirlər.
Fransızsayağı
Fransız yeniyetmələri, əgər statistikaya inansaq, bakirəliklərini öz Avropa yaşıdlarına nisbətən daha gec itirirlər.
Çox zaman (40%) bu aşiqlərdən birinin evində və ya (20%) .. kinoteatrlarda və s baş verir. Necə deyərlər, qaranlıq — gənclərin dostudur və son sıra yalnız öpüşlər üçün deyil, həm daha dərin cinsi sevinclər üçündür.
Yeri gəlmişkən, ilk intim münasibətin təşəbbüskarı çox zaman qız olur.
İngilislərdə
Fərqi yoxdur ciddi tərbiyə və yaxud da başqa bir şey, amma demək olar ki, gənc britaniyalıların yarısı öz bakirəlikləri ilə evdə deyil, istirahət vaxtı müxtəlif kurortlarda, ekskursiya səfərlərində, yürüşlərdə və ya yay düşərgələrində vidalaşırlar.
İtalyada
İsti iqlimə baxmayaraq, italyanlar — kifayət qədər təvazökar və ciddi xanımlardır.
Sosioloqlar örgəndilər ki 65% İtaliyan qadınlarda ilk intim yalnız ondan sonra olur ki, nə vaxt qız artıq oğlanın hislərinin səmimiyyətinə əmin olur və demək olar ki, gələcək toy donunun eskizini fikirləşir.
Hindlərdə
Hindistanda indinin özündə də nigaha qədər cinsi münasibətlərə çox sərt baxılır və buna görə cavan oğlanlar və qızlar onları ər və arvad elan edilənə qədər "dözməyə" məcbur edilmişdirlər.
Toydan sonra isə ilk intim yeni evlənmişlərin bir qayda olaraq, tərəflərdən birinin valideynlərinin evində baş verir.
Rusiyada
25% Rusiyalı gənclərin intim-debütü valideynlərin evdə olmayan vaxtı olur.
35%-i ali məktəblərin yataqxanalarında böyük həyatı dərk edirlər, 10% -i isə dostlarının boş mənzilində.
Yeri gəlmişkən: İntim cavanlaşmır
Hesab edilmişdir ki, hər yeni nəsil əvvəlkinə nisbətən getdikcə daha gənc yaşda cinsi əlaqədə olmağa başlayır.
Ancaq Britaniyalı alimlər 40 il ərzində dünyanın 59 ölkəsində intimual davranışını tədqiq edərək aydınlaşdırdılar ki: ilk intimual təcrübənin "cavanlaşması" tendensiyası sadəcə— mifdir.
Müasir yeniyetmələr, cinsi yaş dövrünə onların valideynləri kimi və hətta baba və nənələri kimi, orta hesabla 15 yaşla 19 yaş arasından başlayırlar. Kişilərdə bu bir qədər daha erkən olur, nəinki qadınlarda.


Şərhlər:
Baxılıb: 2534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz