Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların cinsi əlaqə zamanı buraxdıqları səhvlər...
Qadınların cinsi əlaqə zamanı buraxdıqları səhvlər...
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 5757
Səs ver:

 İlk addım kişilərdən gəlməlidir
Cinsi əlaqədə olmağınızı hər dəfə kişi tərəfindən  gözləməyiniz yalnış addımdır. Təbii olaraq intimlə məşğul olmaq istəyi gələn zaman bundan qaçmayın və hisslərinizi qarşı tərəfə büruzə verin. Bundan narahat olursunuzsa, ərinizlə bu mövzunu danışın. Onun fikirlərini öyrəndikdən sonra rahat olacaqsıznız.
Qadınların cinsi münasibətdə sərhədləri olmalıdır
Qadınların intim zamanı passiv olmaları, mənasız bir əfsanədir.  Aranızdakı sərhədlərin yox olmasının yolu cinsi əlaqədə olmaqdır. Tərəfdaşınıza duyğu və düşüncələrinizi açıq şəkildə bildirin. Bu mövzuda olan istəklərinizi və tələblərinizi qarşı tərəfə düzgün bir yolla başa salın. Onun da istəklərini öyrənməyi yaddan çıxarmayın. Bir çox kişilərin aktiv və rahat bir xanımla cinsi əlaqədə olmaq istədiyini unutmayın.
Qadın və kişinin cinsi istəkəri eynidir
Qadın və kişinin anatomiyası kimi fiziksəl istəkləri də fərqlidir. Bu səsəbdən cinsi istək və orgazm mexanizmləri fərqli olur. Qarşı tərəf kimi olmaya bilərsiniz. Lakin  bura romantizm də qatsanız hər şey istədiyniz kimi keçə bilər. Lazım olduqda ondan nə gözlədiyinizi də deyə bilərsiniz.
Utancaqlıq

Bir çox qadın partniyorunun cinsi istəklərinə göstərdiyi diqqəti özünə qarşı istəmir. Halbuki, bu hər iki tərəfə aid olan bir məsələdir. Hər tərəf bundan eyni dərəcədə zövq almalıdır. Bu münasibətlərin uzun və sağlam olmasını təmin eidr. Cinsi əlaqə zamanı istəklərinizə qarşılıq verilməsini istəyirsiznisə, təxirə salmadan ərinizə bu barədə məlumat verin, lazım olsa, bir mütəxəsislə də görüşün.
Xarici görünüş vacibdir 
Mütləq ideal görüntüdə olmaq özünəgüvəni zədələyib sizi cinsi münasibətlərdən uzaqlaşdıra bilər. Özünəgüvən əksikliyi sizə mənfi təsir göstərən zaman, ərinizin də cinsi istəyini azalda bilər. Mənəvi sağlamlığın fiziki sağlamlıq qədər vacib olmasını unutmayın. Xarici görünüşünüzə diqqət və qayğı göstərin, lakin aşırı olmaqdan çəkinin. 
Qaydalar
Cinsi əlaqəni daima zaman, məkan və qaydaların uyğun olduğu ana buraxmayın. Çox yorğun olsanız da, özünüzü baxımsız hiss etsəniz də spontan duyğuları təxirə salmayın. Sevgi ilə məşğul olarkən süprizlər edin, həyat yoldaşınızı sevindirin.
Ayıblar
Cinsi  probleminiz olduğu zaman bunu partniyorunuza danışmaqdan çəkinməyin. Cinsi problemləri çox vaxt cütlüklər bir-birindən gizlədir. Bu münasibətlərin bəzən  sona gətirib çıxarmasına səbəb olur. Utanmaq lazım deyil, problemi danışmasanız həll edə bilmərsiniz. İsti əlaqələrinizin soyumasına imkan verməyin. Mütəxəsisə getməyi də unutmayın.
Gündəlik əsəb və stresslərin davamı
Yüksək stress, gərginlik, narahatlıq, hirs həm qadın, həm də kişidə bir çox cinsi problemin olmasına zəmin yaradır. Xroniki stress həm psixoloji tərəfdən, həm də hormonal sistemə təsir göstərərək kişilərdə sərtləşmə, qadınlarda isə cinsi istəksizlik və.s kimi problemlərin olmasına yol açır. Bunun üçün cinsi həyatda stressləri bir kənara atmaq lazımdır.
Kişilər hər zaman cinsi münasibətdə olmağa hazır olurlar
Burada fiziki problemlər qədər yuxu düzəni, stress, duyğusal vəziyyət, mühit kimi bir çox faktordan da təsirlənə bilər. Qarşı tərəf cinsi əlaqəyə hər zaman hazır olmaya bilər. Bunu rədd edilmək kimi  başa düşməyin. Probleminiz davam edir və cinsi həyata təsir göstərirsə, həkiminizlə danışın.
Vaxt və performansın vacibliyi 

Bir çox qadın kişilərin cinsi əlaqəyə hər zaman yüksək performans hədəfi ilə yaxınlaşdığını düşünür. Halbuki, yüksək performans vaxtla ölçülmür. Vacib olan partniyornuzla birlikdə sizin də  zövq ala biləcəyiniz bir intim yaşamanızdır.



Şərhlər:
Baxılıb: 5757
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz