Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar niyə intim istəmir?
Qadınlar niyə intim istəmir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7715
Səs ver:

 

Qadınlar niyə intim istəmir?

 

Qadın niyə intim istəmir?

Bu sualı səsləndirəndə əksər kişilər sifətini bozardanda digəri qışqırır. Bir başqası isə pessimizmlə ah çəkərək deyir: "Sadəcə, artıq məni sevmir, ya da həyatında başqa birisi var". intimdən imtina belə şəkildə dəyərləndirilir. İmtinanın başqa səbəblərdən olduğu nəzərə alınmır.

 

Dəyərləndirmə

 Bir çox hallarda kişi izahatları qlobal olur. Onların çox zaman ağıllarına gəlmir ki, sən ayaqlarının azca təmiz olmadığından nə qədər narahat olursan. Sənin narahatlığın nə qədər çox olsa da, etinasız yanaşmayan kişi üçün "yox" cavabı daha ağırdır. Çox güman ki, sevgilin 90% onu aldatdığını, hissinin soyuduğunu və rəqiblərinin olduğu barədə düşünəcək. Axı səni bu qədər arzulayan sevgini necə istəməmək olar?

 

Qadını necə tez-bazar ehtiraslandırmaq olar?

 "Qadınların hamısı fərqlidir. Birini zəif şəkildə qucaqlamaq bəs edirsə, digərini içirdib, yarım saat sığallamaq lazım gəlir. Çətin məsələdir".

"Amma mənə elə gəlir ki, qadınlar öpüşəndə və aşiq olanda həmişə ehtiraslanır".

"Qadınların qulağından və boynundan öpərkən daha tez ehtiraslanırlar. Amma istisna hallar da olur. Bir sevgilim vardı, ona sinəsini sığallamağım xoş gəlmirdi, amma 5-ci nöqtənin sığallanmasından ötrü ürəyi gedirdi".

"Mənə elə gəlir ki, ehtiraslanma bir çox hallarda tamam başqa şeylərlə-menstrual sikllə bağlı olur. Bəzi günlərdə qadınlar çox ehtiraslı, bəzilərində isə soyuq olur. Amma bu mənim baş aça biləcəyim şey deyi".

Bunlar kişilərdən qadınların ehtiraslanması ilə bağlı aparılan sorğuda onların verdikləri cavablar idi.

 

Dəyərləndirmə

 Əla... Heç olmasa anlayırlar ki, hər şey o qədər də asan deyil. Hətta sikl barədə də məlumatları var. Afərin! Hər kəsə xüsusi yanaşmaq lazım olduğu fikri ilə razılaşmamaq mümkün deyil. Bu qız ehtirası sevir, o birisinə romantika ilə yanaşmaq lazımdır, digərinə isə uzun öpüşlər olmadan yaxınlaşmaq belə təhlükəlidir. Bir anda gülməyə başlayar və soyuyar.

Düzdür,bizimlə davranmaq elə də asan deyil. Amma çətinliklər yalnız başlanğıcda olur. Əgər qadın ona nəyin həzz verdiyini izah edə bilirsə, yataqda harmoniya ilə bağlı problem yaranmamalıdır. Təki istək olsun. Qadınlara universal yanaşma axtaran kişi isə çox axtarmalı olacaq.

 

G nöqtəsi harada yerləşir?

 "Bilmirəm,axtarmamışam. Daha doğrusu, məndən heç kim xahiş etməyib".

"Bir neçə qadından soruşmuşam, onların özlərinin də xəbəri yoxdur".

"Bir dəfə axtarmağa çalışmışam, amma əvəzində başqa şey tapdım".

"Klitor olan yerdə deyil ki?"

"Vaxtilə bu barədə uzun məqalə oxumuşdum. Sonra isə bezdim və qərara gəldim ki, həzz almaq üçün başqa üsullar da tapmaq olar".

Bir sözlə, intimologiya elminə artıq 30 ildən çoxdur ki, məlum olan G nöqtəsinin mövcudluğu hələ də "mif" adlandırılırsa nə deyə bilərik? Elə hərdən biz qadınlar da onun mövcudluğuna şübhə ilə yanaşırıq.

 

Dəyərləndirmə

 Bütün bu sirli "nöqtələr " kişiləri çox maraqlandırır. Amma eyni zamanda qorxudur. Qadın bədəninin erogen sahələri barədə geniş məlumatlanmış gənc bunları yadda saxlamağa çalışarkən, daha bir oyunun içinə düşür: ölçüsü adi qəpikdən də böyük olmayan, uşaqlıq yolunun ön divarında qasıq sümüyü və sidik kanalı arasında yerləşən nahiyəni axtarıb tapmaq. Budur, qarşınızda "İcraolunmaz tapşırıq" filminin beşinci hissəsi. Bəzi təcrübə xəstələri sevgilisinin reaksiyasını müşahidə edərək, məşuqəsini necə gəldi əlləşdirir. Daha təcrübəli məşuqlar isə qadın səmimiyyətinə ümid edərək , "Hə,hə! Çox xoşuma gəlir" sözlərinə bel bağlayırlar. Halbuki, çox vaxt qadın sadəcə sevgilisinin xətrinə dəyməmək üçün,ya da prosesin uzun müddət uzanmaması naminə hər şeyin yolunda olduğunu və əsl zövq hissi duyduğunu etiraf etmək məcburiyyətində qalır. Kişilər isə sirli nöqtələrin kəşfi sahəsindəki istedadıyla fəxr edirlər.

 

Orqazmın hansı növlərini tanıyırsınız?

 "Bundan başım çıxmır. Sevgilimin nəyi sevdiyinə diqqət yönəldirəm".

"Klitor, vaginal və anal?". Sonrakı sorğularda bunlar meydana çıxır:

a)əksər kişilər inanır ki, istənilən həzzin pik nöqtəsi uşaqlıq yolu daxilindəki spazmalarla müşayiət olunmalıdır.

b)uşaqlıq yolu orqazmı barədə kişilərin yalnız 5%-inin məlumatı var. G nöqtəsinə isə ümumiyyətlə nağıl kimi yanaşırlar.

c)onların hamısı səmimi olaraq, etiraf edir ki, qadın üçün orqazmsız intim onun olmamasından daha dəhşətdir.

 

Dəyərləndirmə

 Kişilərin bəxti gətirib, onların yalnız bir növ orqazmı var (prostat vəzinin şövqləndirməsindən danışmırıq): sadə, aydın və əksər hallarda tez nail olunan. "Qadın orqazmı beyindədir" nəzəriyyəsi onları dəhşətə gətirir. Axı mexanikanı psixologiya ilə bağlamaq çətindir. Sevgilisinin kulminasiyaya çatmaması isə onda "Mən pis məşuqam!" hissini yaradır. Qadın incəliyindən baş açmağa heç bir ümid qalmadıqda yazıq sevgilimiz hər iki dəqiqədən bir "Nə oldu,qurtarmırsan?" kimi suallar yağdırmağa başlayır və beləliklə, olmayan orqazmı kökündən məhv edir. Amma biz qadınlar onları başa salmağa başlayan zaman ki,orqazma çatmaq üzərində işləmək həzz almağa mane olur, onlar sakitləşirlər. Əlbəttə ki,yanındakı qadının dayanmadan həzz almasını arzulamaqdan da çəkinmirlər, hansı üsulla olursa-olsun...

 

Qadının simulyasiya etdiyini necə anlamaq olar?

 "Mən nədənsə düşünürəm ki, əksər sevgililərim  stimulyasiya edirlər. Onlar lap intimofilmlərdəki kimi möhkəm və qeyri təbii şəkildə qışqırırlar. Bütün bunlar pis oyuna bənzəyirdi, ya da sadəcə olaraq , mənim intimdə bəxtim gətirmirdi". (Elə istəyərdim, həmin yüksəkdən qışqıran qızları sorğu-suala çəkim.)

"Heç bir xarakterik xüsusyyət yoxdur".

Mənim sevgilim heç vaxt belə etmir, axı bu nəyə lazımdır?"

"Birbaşa soruşmaq lazımdır".

 

Dəyərləndirmə

 Bir müddət sualları kənara qoyaq və onlara başa salmağa çalışaq ki, qızların anatomiyası fərqli olur, elə ifraz olunan mayenin miqdarı da. Vumbildinqlə bircə dəfə məşğul olan və Keqel məşqləri edən qızların hər biri əzələ yığılmasını təqlid edə bilər. Əgər tərəf müqabilinlə münasibətin uzun müddətli deyilsə, simulyasiya etdiyini anlamayacaq. Kişilərin bu barədə fikirləri elə də dolğun deyil. Bununla belə, orqazmın simulyasiya edilməsi ən yaralı mövzulardan biridir. Özünü onun yerinə qoy:o, sənə həzz vermək üçün hər şeyi edir,kiçin uğurlarına bu qədər sevinərkən, arxadan zərbə alır. Bu zaman əsl orqazmlar da şübhə altına alınır. Axı onun üçün əsl orqazm saxtasından heç nə ilə fərqlənmir. Ona görə də yaxşı olar ki, simulyasiya etməyəsən. Edirsənsə belə, bunu boynuna  alma. Buna görə sənə heç kim "Sağ ol" deməyəcək.

 

Frigidlik nədir?

 "Qadın kişini arzulamayanda, intimdən də xoşu gəlmir. Görəsən, məndən ümumiyyətlə nə istəyir?"

"Qadının orqazma çata bilməməsi".

"Hissiyyat çatıçmazlığı. Soyuq qadınlar da olur. Sən əlindən gələni edirsən, o isə hissiyyatsız vəziyyətdə uzanır, elə bil baş verənlərə aidiyyəti yoxdur. Belələri ilə əlaqəni dərhal bitirmək lazımdır".

"Anlaşılmaz bir hissdir. Ehtiraslanırsan,amma orqazm yoxdur. Dəhşət!"

Maraqlıdır ki, kişilərin əksəriyyəti düşünür ki, frigidlik orqazmın olmamasıdır. Yeri gəlmişkən, qadın fiziologiya və psixologiyasından baş açmaq istəməyənlər üçün əla bəhanədir. Qadını ehtiraslandıra bilmədin? Səbəb səndə deyil. Sadəcə, o, firigidlikdən əziyət çəkir.

 

Dəyərləndirmə

 Təəssüf ki, nəinki kişilər, bəzən qadınlar da öz intimuallıqlarından baş çıxarmadan "frigidlik" damğasını qəbul edirlər (bəzi məlumatlara görə, bundan əziyyət çəkənlər yalnız 1%-dir). Yeri gəlmişkən, müasir intimoloqlar bu sözdən imtina edərək, onu "intimual disfunksiya" və ya "hipolibidemiya" (intimual istəyin azalması və ya yoxa çıxması) qadlandırırlar. Bu diaqnozu da yoxlanışdan sonra məhz intimoloqlar qoya bilərlər. Anorqazmiya-kulminasiyaya çata bilməmək hipolibidemiyanın nəticəsi ola bilər, amma sinonimi heç vaxt ola bilməz.

Deyilənlərin əksəriyyəti kişilərə sonadək çatmır. Onlar vaxtilə frigidlik haqda nağıllara çox qulaq asıblar. Bunun əziyyətini isə biz-qadınlar çəkməliyik.

 

Hansı qadınlar tez-bazar intim tərəfdarıdırlar?

 "Yəqin ki, nimfomanlar. Onların vecinə də deyil kimlə, necə və nə qədər".

"Əgər uzun intim alınmayacağını anlasam, qadına yaxınlaşmaram. Ondansa gecəni gözləyim ki, hər şey uzun və gözəl olsun. Sevdiyim qadını niyə məyus edim ki?"

"Ayrılıqda darıxan insanlar. Başqaları isə hər şeyi uzun müddət və ürəklə etsələr daha yaxşı olar".

Sorğu nəticəsində bəlli olur ki, kişilər sürətli intimin qadınlar üçün terapevtik gücünə inanmır. Onların fikrincə biz uzun-uzadı rituallarla (öpüş, şərab, şam, ləçək) müşayiət olunan intim tərəfdarıyıq.

 

Dəyərləndirmə

 İş intimə gələndə bizim aramızda "sürətpərəst" məşuqları sevən az tapılar. Bununla belə, əksər qadınlar səhərini tələsik intimlə rəngləndirməkdən imtina etmir. Təəssüf ki, əksəriyyəti bu barədə sevgilisinə xəbər verməyə tələsmir və çoxları adəti üzrə, "Sən elə ehtiraslısan ki!" kimi tərifinin əvəzinə, "Yenə də çatmadım!" deyərək ittiham edirlər. Məqsədyönlülüyün də öz üstünlüyü var. Ehtirası artırır, eyni zamanda kişi orqazmı üçün faydalıdır. Axı sürətli intimdən sonra, adətən uzunmüddətli intim gəlir-bir orqazm artıq əldə olunub, penisin hissiyyatlılığı azalır və vicdan əzabı çəkmədən tərəf müqabilini istədiyin qədər məftun edə bilərsən. Pis variant deyil.

 



Şərhlər:
Baxılıb: 7715
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz