Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İkiqat qohumluq
İkiqat qohumluq
Göndərən: Pure Love
Şərhlər: 9
Baxılıb: 260
Səs ver:
Qədim adət-ənənələrimizdən biri olan qan qohumlarının nikaha girməsi uzun illər psixologiyamızda özünə dərin kök salıb. Adətən, belə izdivacların təşəbbüskarları valideynlər, həmçinin xalalar, bibilər, dayılar, əmilər olublar və olurlar. Şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağıllarımızda, dastanlarımızda, bayatılarımızda "əmioğlu ilə əmiqızının kəbini göydə mələklər tərəfindən kəsilib” fikrinə rast gəlirik. Keçmiş adətlərimizdən olan ikiqat qohumluğa güclü meylin olması uzun illər, əsasən də, Sovet hakimiyyəti illərində belə nikah aktlarının sayını ilbəil artırıb. Bəlkə də, bilərəkdən bu adət-ənənənin qarşısı alınmayıb. Bu izdivacdan dünyaya gələn əksər uşaqların fiziki sağlamlığında böyük problemlərin olduğu, yəqin ki, elm adamlarına bəlli olub. Amma buna baxmayaraq, bu qohumluq əlaqələrinə bu gün də cəmiyyətimizdə rast gəlinir.

Görəsən, ikiqat qohumluğa nə ehtiyac var? Əlbəttə ki, birmənalı şəkildə deyə bilərik ki, bu, sadəcə olaraq, valideynlərin istəyindən doğan bir izdivac olur.
Məlum bir həqiqətdir ki, irsiyyət əlamətləri nəsillərdən nəsillərə ötürülür. Və mütəxəssislər tərəfindən o da sübut olunub ki, ata ilə ananın qanqohumluğunun olmaması nəslin əqli və fiziki sağlamlığında özünü daha çox büruzə verir.
Müasir tibb elmi ikiqat qohumluğu zərərli hal sayır və bunun yolverilməzliyini faktlarla sübut edir. Statistik məlumatlarda göstərilir ki, qan qohumu ilə evlənənlər arasında anadangəlmə əsəb xəstəliyinə tutulan uşaqlar daha çox doğulur.
Bu gün hər birimizə bəllidir ki, dünyada minlərlə irsi xəstəliklər, xüsusilə də müxtəlif qan xəstəlikləri mövcuddur. Elə bu irsiyyət xəstəlikləri nəticəsində fiziki imkanları məhdud uşaqlar doğulur. Bunlardan başqa, daun, audizm kimi müalicəsi, müayinəsi çox böyük vəsait tələb edən xəstəliklər də bu cəhətə diqqət etməyin vacibliyini önə gətirir.
Mütəxəssislərin fikrincə, qohum olmayanlar arasında bağlanmış nikahlardan doğulan uşaqlarda irsi xəstəliklərə 4-5 dəfə az rast gəlinir.
Qanqohumluğu olan valideynlər fərqinə varmadan, müxtəlif səbəblər üzündən gənclik həvəsi ilə atdıqları bu addımın acısını bəzən ömür boyu yaşamağa məhkum olurlar. Çünki ikiqat qohumluqla qurulan belə ailələrdə, mütəxəssislərin fikrincə, anadangəlmə əlil uşaqların dünyaya gəlməsi qaçılmazdır. Ona görə də belə nikahlardan doğulan qüsurlu uşaqlar təkcə ikiqat qohumların, yəni ata və ananın deyil, həm də cəmiyyətimizin yaşadığı böyük bir problemə çevrilib.
Sevindirici haldır ki, bugünkü gənc­lərimizin əksəriyyəti qohumlararası nikaha köhnəlmiş adət-ənənə kimi baxır, keçmişin zərərli qalığı olan belə nikahlardan imtina edirlər. Amma "dədə-baba adəti ilə gedən” valideynlərin təkidi, tələbi ilə yenə də belə ailələr qurulur. Elə buna görə də hər bir ziyalı və cəmiyyətimizin aparıcı qüvvələri bu istiqamətdə aparılan tədbirlərin fəal iştirakçısı olmalı və maarifləndirməni genişləndirməli, təbliğat işini gücləndirməlidirlər ki, gənclər bu adətin zərərli olduğunu tam mənası ilə anlasınlar və ondan üz çevirsinlər. Çalışmalıyıq, belə zərərli adət-ənənələri yaşatmağa çalışan ahıllarımızın düşüncə tərzini dəyişək ki, onlar kor-koranə öz nəvə-nəticələrini, oğul və qızlarını böyük bəlaya düçar etməsinlər.
Bu gün cəmiyyətin hər bir nümayəndəsinin qarşısında duran vəzifə ikiqat qohumluğun yaranmasına yol verməmək və bu izdivacın qarşısında keçilməz sədd yaratmaqdır.
Xalqımızın uzun illərdən bəri yaşatdığı dəyərlərdən, ulularımızdan bizə miras qalan zəngin adət-ənənələrdən günlərlə danışmaq olar. Onların bu gün də gərəkli olanlarını qoruyub saxladığımız kimi, zərərli olanlarını da aradan qaldırmağa çalışmalıyıq. Tarix boyu, zaman içərisində tədricən bu proses getsə də, günümüzə qədər gəlib çıxan bəzi adət-ənənələrimiz var ki, artıq onlara üz çevirməyin vaxtı çatıb. Ona görə ki, belə adət-ənənələr bir zamanlar insanların savadsızlığı, dünyagörüşünün azlığı ilə yaranmış zərərli cəhətlərinə görə, ümumiyyətlə, qəbuledilməzdir.
Qeyd etmək lazımdır ki, belə adətlər şəhərlərə nisbətən kənd yerlərində, ucqarlarda keçmişin ənənələri kimi daha çox mühafizə edilir. Çünki gözünü açandan bu adətlərlə, ənənələrlə yaşayan yaşlı insanlar dədə-baba "qaydalarına” üz çevirməyi nankorluq sayır və onları öz ailələrində yaşatmaqla sədaqətlərini göstərməyə çalışırlar. Əlbəttə ki, bizim hər birimiz keçmişimizin yaxşı adət-ənənəsini, milli mentalitetimizə aid dəyərləri yüksək qiymətləndirir və onları yaşatmağı vətəndaşlıq borcu sayırıq. Bu istiqamətdə elə dövlətimiz tərəfindən də ciddi tədbirlər həyata keçirilir. 2012-ci ilin muxtar respublikamızda "Milli dəyərlər ili” elan olunması təsadüfi deyildi. Məqsəd xalqımızın əsrlər, qərinələr boyu yaratdığı və kimliyinin təsdiqinə çevirdiyi milli adət-ənənələrin yaşaması və gənc nəslə aşılanması üçün cəmiyyəti səfərbərliyə almaq, hər yerdə gərəkli tədbirlərin həyata keçirilməsinə nail olmaq idi. Sözsüz ki, bu tədbirlər öz nəticəsini verir. Bəllidir ki, bu gün daha çox milli mentalitetimizlə bağlı görülən işlər gənclərin mənəviyyatına, dünyagörüşünə müsbət mənada təsirsiz ötüşmür. Lakin bu da danılmaz bir faktdır ki, yaxşı ilə pis həmişə yanaşı olub. İnsan istədiyi vaxt pisdən yaxa qurtara bilsəydi, onda həyat çox yeknəsəq olardı. Bəlkə, ona görə insanoğlu yarandığı gündən pisə qarşı mübarizədə mətinləşir və yaxşılara sahib olmaq amalı ilə yaşayır. Bu mənada cəmiyyətimizin inkişafına mane olan cəhətlərə qarşı həmişə barışmaz mövqedə dayanmalıyıq.


Şərhlər: 9
Baxılıb: 260
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Hec sevmıremdee qohumla evlenmeyıı ınsallahda qohumla evlenmıreem bu qohumduu nece ıl bır yerde boyu sonra evlen mene gulmelı gelır
19 noyabr 2016 14:21
# 9
Heyata daim gulmek lazimdii
vipbetul
qohumlar arasinda deyil esas o qan uyqun gelmedikde usaqlarda xesdeliler yaranir
19 noyabr 2016 14:00
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Mən öz əmisi qızı ilə evlənən iki nəfər tanyıram.birinin uşaqları sağlam,digərnin isə əqli cəhətdən zəif uşağı dünyaya gəlib...belə çıxır ki allahın əıindədir...düzdür bunu həkimlərdə deyir qanları uyğunlaşan(əmi uşaqları,)insankar evlənməməlidirlər...amma bəzi evlənənlərin uşaqları sağlamdı...
19 noyabr 2016 11:18
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
Efsuw2016
Men oz tecrubeme

Siginaraq deyirem cox riskli addimdi heqqiqetende cox vaxt xesde olur qohum evliliyinden dunyaya goz acan korpeler
19 noyabr 2016 10:03
# 6
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Gülüş.
tanidigim o qeder insan varki oz qohumu ile aile qurub saglamda ovladlari var.yoldasimin emisinin biri oz emisiqizi ile. bir emiside xalasi qizi ile aile qurub saglam usaqlari var
19 noyabr 2016 06:48
# 5
YalniZ-ArZu
Indiki zamanda genetik xesteliklerin artdigi bir donemde,qohum evliliyi cox risklidir.Men de qarwiyam,hec vaxt ogluma qohum qiz almaram.
19 noyabr 2016 00:40
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Cindrella
Qohumla evlilik riskli haldir.Cox hallarda usaqlarda xestelikler meydana cixir.
18 noyabr 2016 23:43
# 3
Dilaycan
Qohumla aile qurmaga qarsiyamm..Gelecekdede istemerem ne qohuma qiz verim ne de qohumdan qiz alim...
18 noyabr 2016 22:44
# 2
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
arzum-aysum
Men oz xalamoglunu sevib aile qurmuşam. Her kes bize qarşı idi, amma biz sevgimizin ardinca getdik ve bu gun iki qizimizla birgə coxxxx xosbextik. Uşaqlarimiz da ki Allahima min şükürlər olsun ki, her terefli sağlamdır.
Oz etrafimda müşahidə etdiklərim ve statistikaya görə qohum olmayan ailələrdə qüsurlu dünyaya gələn uşaqlar daha çoxdur, neinki qohum evliliyinden. Bu Allahin əlində olan işdi, kime nece övlad verəcəyi onun məsləhətidi.
18 noyabr 2016 22:04
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz