Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maraqlı toy adətləri
Maraqlı toy adətləri
Göndərən: Pure Love
Şərhlər: 6
Baxılıb: 427
Səs ver:
Nigaha girməyin ən sadə yolu Mesopotamiyada idi desək, yəqin ki, yanılmarıq. Orada kişi şahidlərin iştirakı ilə qadının üzünü duvaqla örtərək deyirdi: “O mənim həyat yoldaşım oldu”.

Bəzi xalqlarda qız insana yox, cansız əşyaya da gedə bilər. Belə nigahlar əsasən yetkinlik yaşına çatmayan qızlara şamil edilir. Ölü ilə nigah qeyri-mümkün sayılsa da, hələ də Çində belə nigahlar bağlanmaqdadır və onlar “ruhlarla toy” və ya “cəhənnəm toyu” adlandırılır.

Ruandada nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür.

Hamıya məlumdur ki, bəzi ölkələrdə çoxarvadlılıq mövcuddur. Braziliyanın bəzi regionlarında isə qadının bir neçə əri olur. Bu halda nigah qadın tərəfindən yox, əri tərəfindən qurulur. Bu belə baş verir: yoldaşının sevgilisi olduğunu öyrənən kişi məşuqu ova dəvət edir. Ovdan sonra sevgili onların evinə köçür.

Sakit okeanda minlərlə ada var ki, hər birinin yerli sakinləri tərəfindən qorunan toy adət-ənənələri var. Məsələn, adətlərdən biri yeni evlənənlərin kostyumlarının böyüyüb boya-başa çatdıqları torpağın məhsulundan hazırlanmasıdır. Samoa adasında gəlinin paltarı ağac qabığı və tut ağacı yarpağından, tər güllərdən hazırlanır, başa isə mirvari tac qoyulur.

Asiyada gənclər ipək və qırmızı rəngə bürünür. Çində qızılı və qırmızı rəng xoşbəxtlik və var-dövləti simvolizə edir, ona görə bu rənglərə hədiyyə qutularında, şamlarda da rast gəlmək mümkündür. Yaponiyada milli gəlin paltarı ipəkdən ağ kimono, ağ çiyinlik, bəzək əşyaları və gümüşü sancaqlarla bəzədilmiş xüsusi parikdən ibarətdir. Bənövşəyidən başqa (bu rəng ayrılıq rəmzidir) paltarda ağ, qırmızı və bütün rənglər ola bilər.

Avropada klas gəlinlik ağ paltardır. İnanclara görə, toy günündə gəlin bir köhnə, bir təzə, bir borca götürdüyü, bir də mavi nə isə geyinməlidir, o zaman nigah möhkəm olacaq. İngiltərədə gəlin əlinə krujeva ilə bəzənmiş nal taxır. Köhnə ayaqqabıda ərə gedir ki, bu uğur simvolu sayılır. Almaniyada belə bir adət var idi: toy zamanı gəlin bolluq rəmzi olan çörək və duz tuturdu. Buna görə gəlinliklər cibli tikilirdi. Qərbi Avropa ölkələrində gəlinlik tikdirmək və onu miras kimi saxlamaq adətdir. İspan gəlininin paltarında mütləq portağal ağacının gülləri olmalıdır – gəlin buketində və saç bəzəyində. Bu, portağal ağacının cavanlıq rəmzi sayılması ilə əlaqədardır.


Şərhlər: 6
Baxılıb: 427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gülüş.
Menasiz adetlerdi eri bir ay doy sonra sev
10 sentyabr 2016 21:08
# 6
vipbetul
en yaxsisi oz adetlerimizdir
10 sentyabr 2016 15:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: MODABAZ
08 Cox menasız adetler bızım adetlere cox wukur
10 sentyabr 2016 15:32
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
MODABAZ
08 Cox menasız adetler bızım adetlere cox wukur
10 sentyabr 2016 01:44
# 3
Heyata daim gulmek lazimdii
NazNazi
Sitat: BARBI
Ruanda olan toy adeti meni guldurdu. Nece de gulmeli ve yersiz adetlerdi 122

dogurdane))
9 sentyabr 2016 23:21
# 2
BARBI
Ruanda olan toy adeti meni guldurdu. Nece de gulmeli ve yersiz adetlerdi 122
9 sentyabr 2016 22:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz