Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy adətimiz- Oğlan toyu
Toy adətimiz- Oğlan toyu
Göndərən: Ayten Melek
Şərhlər: 14
Baxılıb: 628
Səs ver:
Qız toyundan sonra (çox hallarda bir həftə sonra) oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra gəlini gətirməyə hazırlaşırlar. Bütün miniklər bəzənir. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Gəlin arxasınca müxtəlif bölgələrdə müxtəlif vaxtlarda gedirlər. Qız evinin qapısında bəydən başqa hamı minikdən düşür. Qardaşlıq gəlib qız anasından bəyi düşürməyi xahiş edir. Qayınana gəlir sürücüyə xələt, bəyə də nəmər verib düşürür.

Həyətdə çalıb-oynayırlar. Qız-gəlinlər gəlinin başına yığışır. Burada oğlan yengəsi qız yengəsinə "başbəzəyi"nin haqqını – xələt verir.

Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən iki dəfə bağlayıb açır, üçüncü dəfə bağlayırlar. Qardaşı qıza deyir: "Get, qədəmin uğurlu olsun. Evimizə qonağ çağıranda sənə hədiyyə alacağam". Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb – görüşürlər. Sonda qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır və onun alnından öpür. Gəlinə ana da xeyir-dua verir.

Oğlanın bacısı ucadan səsləyir: "Gəlin, gəlinimizi aparaq". Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna "qapıbasma" deyirlər. Bəy və "qardaşlıq" ona nəmər verir və qapını açırlar.

Qız evdən köçürülərkən gəlinin belinə çörək tikəsi bağlanır. Bu, rəmzi məna daşıyır. Qız ata evindən ər evinə ruzi aparır ki, ayağı ruzili olsun. Qız qapıdan çıxmamış qardaşı ilə görüşür. Bəy də qızın qardaşına mütləq bəxşiş verməlidir ki, bacısının evdən çıxmasına icazə versin. Gəlinin güzgüsünü də qız evindən yaxın bir oğlan uşağı tutur. Oğlan evinə təqdim olunan həmin güzgüyə də bəxşiş və ya hədiyyə verilir.

Gəlini otaqdan bəy və "qardaşlıq çıxarır". Həyətdə oğlan evi çalıb-oynayırlar.

Gəlini miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, "qız şahını" götürür. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.

Qohum-əqraba yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kimi ötmür.

Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qayınanaya, qayınataya göstərib deyir: "Muştuluğumu verin, gəlininiz gəlir". Qayınana ona xələt verir.

Hamı gəlib çatır, minikdən düşürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya-oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qayınana qoçun qanından götürüb bəylə gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər. Bişirilən ilk fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub bəyə verirlər. O da gəlinin başına tökür.

Sonra gəlini bəy otağına aparırlar. Gəlin oturmur. Qayınana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Qız evindən gələndə gəlin əlində iki xüsusi hazırlanmış nimdar (nalça) gətirir. Qız yenə oturmur. Qayınatanın xələtini gözləyir. Qayınata şan-şöhrətlə dəvət olunur. Gəlininə xeyir-dua verən qayınata gəlinin alnından öpür.

Gəlin oturması üçün qayınata ona mütləq zinət əşyası və ya bahalı hədiyyə təqdim edir. Ondan sonra gəlib gəlinlə görüşür və ona xələt verir. Buna "bəygördüsü" də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır. Axşamüstü qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. 1-2 saat oturub gedirlər. Onlar gedəndən sonra bəyin dostları "oğlan şahına" getməyə yığışırlar.

"Oğlan şah"ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. "Bəylər" doyunca çalıb-oynayırlar. Axırda "oğlan şah"ını götürüb, bəyin evinə qayıdırlar. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar. Şahların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum-qonşuya paylayırlar.

Müasir dövrlərə qədər oğlan toyuna qızın ata və anası getməzdi. Ayıb sayılırdı. Oğlan toyu günü at çapardılardı, kimin atı birinci gəlsə ,qız yengəsi nəmər verərdi.


Şərhlər: 14
Baxılıb: 628
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
Sitat: Aykam2001
menim xowum gelmir bu adetlerden
15 avqust 2016 15:34
# 14
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
___Jasmin___
-Heç bir halda adət ənənəleri sevmirəm və qarşıyam belə şeyler neyə lazimdiyee bu qeder xerc çekib toy etmək mən daha çox muasir ab havad olan toyu sevenem misal üçün: Hotelin qabağinda klasik musiqi ve.s. ama Azerbaycanda yaşayiramsa toy olmalidi mutleqdi herneyse uzun sozun qisasi enene sevmirem yazilanlari oxumadim oxumaqda istemirem
13 avqust 2016 12:18
# 13
I remained behind now the mother of 14 spring -Big

Gülüş.
Bu cure adetlerin coxu yoxdu bizde yaxsiki yoxdu gelinin ayaqqabisini aparib qaynanaya vermrk.qaynata sirinlik vermese oturmamaq oglan yengese qiz yengesine bas bezeyinin pulunu vermesi cox sey menasizdi.en esasi genclerin bir birini sevib xosbext olmasidi
13 avqust 2016 07:08
# 12
Onun_Mələyi
adet eneneleri sevirəm. amma ayaqqabının birinin götrüb qaynanasna aparır"muştuluğmu ver gəlnin gəlir"filan bəyənmədim...helə Aze.nin bezi. bölgelerinde qapıya şirin su filan çekirlər hecc xoşlamıram elə şey.
13 avqust 2016 03:11
# 11
Bir duam var,səndən amin gözləyirdua09123
Aykam2001
menim xowum gelmir bu adetlerden
12 avqust 2016 23:53
# 10
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Mrs.Pianist
Cox hissesi yoxdu. Bizde gelnin qardawi hecne demir. En artiq adetdi Burada oğlan yengəsi qız yengəsinə "başbəzəyi"nin haqqını – xələt verir. duwuk duwuk. Etim tokuldu!
12 avqust 2016 23:30
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
aliceWOnDer
Əslində gözəl adetlərdi, ama bizim "muasir gənclərimiz " bu adetləri beyenmir , hetta coxları xebersizdi bu adetlərden..Şəxsən mən cox istedim ki, o xarici maşınların əvəzinə faytonda getmək istedim...
12 avqust 2016 23:24
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
INDIDE BEZI YERLERDE BU CUR ADETLER VAR AT CAPMAQ QILINC OYNATMAQ PEVLEVANLARIN CIXISLARI
12 avqust 2016 23:01
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
melek_ayka
yalniz sekli maraqli geldi ona baxdim tsk yenede
12 avqust 2016 22:45
# 6
Catwoman666
Her dovrun oz adet enenesi var da. Kecmis adetler yox olmaq uzredi ve burda men teeccublu hec ne gormurem. Indi neyniyek bizim kisiler de at capsinlar oglan toyunda (xbrde yazilib kki at capirdilar). Men xoslamiram 2 toy. Bir dene umumi toy olsun besdi mene gore. Butun qohum eqreba da eyni toyda yigissin. Duzdu indi secimler ferqli ola biler. Amma men bir toy xoslayiram. Enene ve s. kimi sheyler sozun dduzu mnim ucun cox da ehemiyyetli deyil. Neticede o eneneleri de yaradan bizim kimi insanlar olub da. Men xoslayiram ki oz toyumdusa oz istediyim kimi kecsin.

...666...
12 avqust 2016 22:42
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
MODABAZ
Sitat: Kölge
İndi bu adetler yox olmaq uzredi.seher salon.gunorta fotosesiya.axşam restoran.....
Deyişmeyen birce gece işleridi.....
12 avqust 2016 22:26
# 4
Heyata daim gulmek lazimdii
Kölge
İndi bu adetler yox olmaq uzredi.seher salon.gunorta fotosesiya.axşam restoran.....
Deyişmeyen birce gece işleridi.....
12 avqust 2016 22:16
# 3
Her şeye gore şukur
Nur Melikzade
Gozel adetlerimiz var.Men sadece gelin gelende qurban kesilmesini sevmirem.indi deyiwiklik var amma.Oglan toyuna qizin ana atasida gelir.Men buna elede pis baxmiram.
12 avqust 2016 22:14
# 2
İmza
Barbaris
Allah butun subaylara qismet elesin
12 avqust 2016 22:10
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz