Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Davranış mədəniyyəti
Davranış mədəniyyəti
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 403
Səs ver:
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi… Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir. 

Vaxtilə ali məktəblərdə «Etika» adlı bir fənn keçilərdi. Təəssüf ki, bu fənn barədə keçmiş zamanda danışırıq. Etik normaları gözləmək, təbliğ etmək indi kütləvi informasiya vasitələrinin və telekanalların üzərinə düşür. Son illər bu istiqamətdə o qədər qüsurlar baş alıb gedir ki, bəzən anlamaq olmur kim dürüst danışır, kimin dedikləri yalandır. İllər boyu xalqımızın ən gözəl adət və ənənəsi olan toyun ekranlara keçməsi və nəticədə xəcalət hissinin ölməsi bir çox xoşagəlməz söz-söhbətin cücərməsinə səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72 yaşlı kişi ilə 19 yaşlı qız çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə, onda hansı etik normalardan, adət-ənənələrdən danışmaq olar?
Müasirlik mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən, xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd sevgisindən danışmaq olar?

Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.
Əlbəttə, bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.
Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir...
Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə… Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!
Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır.
Çoxumuzun yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar.

Bu yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı, ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş igidlərimizin — Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. "Sədərək” ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi. Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq. Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».
Oturacaqda əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var? Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki, ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» — deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı şəkildə dişlərini ağartdı.
Açığı harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını saxlayır, insanların necə yerləşməsindən, hansı şəkildə getməsindən nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.
Sərnişinlərin xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də… «O yatıb yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»
Beş addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» — deyənlərin haqlı iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz? — cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.

Öncə hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki, sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə. Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən öyrətməsin, öyrənən öyrəndiklərinə əməl etməsin.
Bütün söylədiklərimiz gündəlik müşahidə edilən və asan islah olunan nöqsanlardır. Amma təəssüf ki, bizim kiçik saydığımız, bəzən də əhəmiyyət vermədiyimiz bu xoşagəlməz hallar sabah daha böyük qüsurların yaranmasına səbəb olur. Bütün bəlaların kökü laqeydlikdən başlayır. İnsan münasibətində biganəlik olarsa, onda daha ali hisslərdən, davranış mədəniyyətindən danışmağa dəyməz. Mədəniyyət təkcə mədəni görünmək deyil, mədəniyyət insanın daxilində, varlığında, rəftar və hərəkətlərində büruzə verməlidir.


Şərhlər: 5
Baxılıb: 403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Yazknin her cumlesi duzdu,masurutlarda qatarlarda cox medeniyetsizlik edirler,qocaya cavana usaga her kese.birde mohkem sesle kuce danisiginda danisirlarsa insan tez menzil badina catib basini tutub qacmaq istiyir.birde sofer siqareti cekib hemin iyin salona dolmasini demirem.nifret eliyirem marsuruta minmeyime.duzdu tesadufi halda minirem qatar yada marsuruta.hele hergun minsem esebimnen deli olaram.soferlerde vehsi kimi nece sururse.bir defe hamile vaxtimda mecburen mindim avtobusa yollari kesmisdile oda girdi elave kuceye,nece vehsi kimi surduse ozumnen asili olmadan dehset mohkem qisqirdim,deyir yollar pisdide neyniyim.saxlatdirdim dusdum dedim insan var heyvanida bele dasimillar.ama ne vecine yene hemin suretlede sutuyub getdi.ne qeder yoluda piyada zulumnen getdim.yeniki medeniyet deyilen anlayisdan xeberleri yoxdu ekseriyyet hem avtobus soferlerinin hemde sernisinlerin.
4 iyun 2016 08:44
# 5
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
YalniZ-ArZu
En agrili yerimizdi bizim "medeniyyet" ...daha dogrusu medeniyyetin olmamagi.Duzune qalsa men ozum neqliyyatda etinasizliqla cox nadir hallarda rastlawiram.Uwaqli olduguma gore avtobusa,metroya daxil olan kimi oturan genc oglanlar hemiwe durub mene yer verirler.Ancaq...gencler yer verir duzdu,bir az yawca boyuk (35 45 arasi)orta yawlilar ele otururlar,guya gormurler,etinasizliq gorende bunlardan gormuwem hemiwe.Avtobuslarda siqaret ceken de onlardir,berkden telefonnan daniwan da onlardir.Uzr isteyirem kuceye loppasiynan tupuren de onlardi,onlar ve onlardan yawca daha boyukler..Neqliyyat idare eden suruculerin olmayan medeniyyetinnen de seherecen daniwa bilerem.Hamimiz min defe wahidi olmuwuq yuksek dereceli "medeniyyetin"
Kecek qadinlara:Cox gormuwem yolnan gedir,uwagin elinde bow butulka ya cerez cigarasi.Uwagin elinnen alir atir yolun ortasina.Bax o uwaq onnan ne terbiye goturecek?Sabah o da etrafi zibilleyenlerden biri olacaq.Ona gore bizim bu cure duzelen kuceler,yeni metrolar hamisi bir ay keccmemiw it gununde olur.Liftler,avtobuslarin ici,dayanacaqlar hamisi zibilin icinde.Men wexsen elimde salfetka ya nese de bir tullanti olanda,qoyuram cantama,zibil qabi gorende atiram,gormeyende evde tullayiram zibile.Hemiwe isteyerem uwagima yaxwi ornek olum,uwaq evin guzgusudur.Birde qadinlar var,otururlar neqliyyatda,bawlayirlar telefonnan berkden daniwmaga.Onda isteyirem onu tutum sacinnan suruyum.Men mecbur deyilem axi qulaq asmaga ki,sen bugun necede durmusan,filan weyi neceye almisan;filankes ne geyinmiwdi...redd ol get xarabanda daniwda ne qeder isteyirsen.
Bir weyi de deyim- kucede bir birine yapiwa yapiwa geden qiz oglanlardan da zehlem gedir.Esasda qizlar sallawirlare oglannan.Gorursenki oglanin bir terefi eyilib uje:)))Bax nolub,ele bil bu deqiqe elinnen alib qacacaxlar.Vallah hec coxlarinin elinnen it sumuk almaz,amma bunlar ele yapiwirlar ele bil Bred Pittnen yol gedirler:)
En zehlem geden ise,divarlara exlaqsiz sayt reklami yazanlardir.Adam utanir oxuyanda,harda exlaqsiz sayt var reklam edirler.mundar mundar adlarnan.Ona da weherimizin mueyyen qurumlari nezaret etmelidir,o yazanlari en azi min manat cerime elemelidirler.Ele zibil atanlari da,cunki bizim millet ancvaq pul dilinnen anlayir.Bawqa cur mumkun deyil bezileriynen daniwmaq.
Bu yazdiqlarimin siyahisin hele cox uzada bilerem,sadece bunlar meni en narahat eden nuanslardir.
4 iyun 2016 00:01
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Antikvar
Mətn uzun olsada sonacan çox maraqla oxudum, yazılanların hər bir sözlərində həqiqət var demək, doğrudu sözünün yanında sönük qalar. Azərbaycan millətində mədəniyyət yoxdu kim qınayırsa qınasın sözümü əlbətt gördüklərimə əsaslanaraq bu cümlələri yazıram. İstər nəqliyyatda olsun, istər danışıq qabiliyyəti, istərsədə hər hangi bir insan alver edirsə. Bu sadaladıqlarımdan bir neçəsini misal gətirib yazıram, ilk növbədə nəqliyyatdan yazım.
Məndə Bakıda olanda mamam və iki oğlum ilə lazımı olan yerə getdik, ən sevmədiyim nüans avtobusda olanda içində olan millətləri izləməkdi, harda qalıramsa ordan düz istiqamətdə çölə baxacam nəysə iki oğlum və mən məcburən ayaq üstə qaldım cavanlarda öz aləmində səviyyəsiz sözlər, mənasız gülüşlər, o"Ala"sözü mənə bor başqa acıq verir eitdiyim zaman, nəsəki axırda bir nəfər oturacaqdan durib çatdığı yerdə düşdü qalan boş yerdə gəlnimizi otuzdurdum uşağıda verdim ona, yanımda da eşşək boyda oğlan bir qalıb adamın ağzına girsin, bir biriləri ilə danışıq tərzləri nola bərabər, mədəniyyətdə nol dərəcəsində belələrini görüb nifrət edirsən millətivin oğlanlarına... Hələ yolda olan siqnalları demirəm hər addım başı duddd duddd sanki duddd etməyi ilə qabaqdakı maşın uçacaq) Buda millətimizin mədəniyyətsiz olduğunun sübutudu... Daha sonra geyim mağazalarına yollandım bir paltar bəyəndim yoxlamaq üçün razmerini istədim geyindim qərarsız oldum bu alverki şəxsiyyətsizdə qulağımın dibində helə hey vızıldayır daha yer qalmır ordan gətiriblər burda gətirmişik belə maldı elə maldı bu tərfilədikcə geyim gözümdə qalxmaqdansa əksinə düşürdü dedim qalsın hələki gəlib sonra qərarımı verərəm bir iki yerə baxandan sonra, bu sözü deməyimlə bu şəxsiyyətsizdə paltarı əlimdən elə aldı ki, sırazı bilinirdi gördüyü tərbiyə ancaq bu səviyyəyə layiq ola bilər, iki yaxşı söz dedim özü öz hərəkətindən utandı... Yolda gəzərkən yenədə hansı səviyyəyə layiq olduğunu görürsən, mağazaya girdiyində yenədə danışıq tərzlərinə baxıb hansı səviyyəyə layiq olduğunu görürsən, buyurun nə istəyirsiz deməkdənsə qışqıraraq nə lazımdı hünərin var gec de istədiyini bəyaq ki, nə istəyirsiz qışqıraraqı ikinci dəfə eşitmirsiz nə istəyirsiz deyində vaxtımız yoxdu sizinlə məşğul olaq sözləri olacaq... Nəsə bizim millətin nöqsanlarını sadaladıqca çox yazılar yazmaq olar...
Mən özüm dəfələrnən burda qoca insanın yolun keçə bilmədiyini görüb yardım etmişəm yolu keşirtmişəm, hansısa qocanın yıxıldığını görüb yardım etmişəm, bir dəfə qışda bir qoca deyildi harda 40"dan yuxarı olardı yoldan gedərkən ayağı buzlu qarın üstündən belo üstə yıxıldı, özüdə dəhşət bədənidə maşallahı var nə boyda qaçdım qaldırmaq üçün köməklik etdim gücüm çatmasada var gücümlə qaldırırdım bu zamam yoldan keçən bir oğlan gördü oda köməkliyə gəldi qaldırdıq, ürəyim ağrıdı o qadına həmən günü... İnsan balasısansa hansı vəziyyətdə səviyyədə olursan ol yaxşılıq etməyi bacarmalıdı, böyüyk kiçik yolunu bilməlidi, hörmət saxlamalıdı, mədəniyyət insanın içində olmalıdı əyər o qabiliyyətə sahibsənsə hər zaman hər yerdə dəyərin, hörmətin, ətrafdan sənə sevgi olacaqdı, nəimə lazımdı deməklə bir tək özünə ziyan edə bilərsən, acımasız, qəlbiqara olmaq nəyə gərək insan bu dünyada savabı ilə yadda qalacaq əməlləri ilə yadda qalacaq, bu səbəbdən çalışaq hər zaman böyüklərimizə hörmət qoyaq.
Təşəkkürlər maraqlı məqalə oldu.
3 iyun 2016 23:24
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
halbuki basqa olkeleri beyenmirik danisanda basqa milletlerde boyuye hormet var yasli gelirse ona yer verilir her yerde,sovetin dersliyinde heyqetende etika dersi olubki bu bugunumuzdede usaqlarin saqlam inkisafi terbiyesi ucun vagibdir
3 iyun 2016 23:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Medeniyyet en onemli seydir. Teesufki ele bir dovrde yasayiriq ki gencler cox medeniyyetsiz olub. Bir seyi musahide etmisem ictimai neqliyyatda gencler yaslilara yer vermek istemir onlari gormezden gelir.
3 iyun 2016 22:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz