Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruz bayramı Orta Asiya ölkələrində
Novruz bayramı Orta Asiya ölkələrində
Göndərən: Fi-Ra
Şərhlər: 2
Baxılıb: 384
Səs ver:
Türkmənistan
Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olmuşdur. Bubayram iki gün yəni, 21-i və22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkəďə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada Novruz bayramının simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsindəyer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə çevrilir.

Qırğızıstan
Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbəy, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan-süfrə salınır. Süfrədə un qstılmış səməni, yağ və şəkərdən hazırlanmış sumelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. İndinin özündə də Bişkek şəhərinin mərkəzi meydanı "Alatao" və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışı keçirilir. İnsanlar şərqin ənənəvi xörəyi olan plova da qonaq olurlar.

Qazaxıstan
Qazaxlar Novruzu Nauruz adlandırırlar. Bu söz yazln doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, "Ulus kunı (yeni ilin birinci günü)" və ya "UlıstınUlı Kunı (xalqın böyük günü)". Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas yeməyi tərkibinə 7 inqredient daxil olan naorız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlar ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlər isə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naorız-koje olan 7 piyalə qoyulmalı, hər kəs 7 evə qonaq getməli, və öz evinə 7 nəfəri dəvət etməlidir. Kazaklar bir-birilərini "koktem tudı" (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların ( aşıqların) dombra alətinin müşayiəti ilə deyişməsi-altıs başlayır. Bu səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda  Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan
Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd  etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki, cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və y qoz yerləşdirilir.Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki, onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.

Türkiyə
Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si "Novruz sultan" adlandırılır. Diyarbəkirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə  qonaq edilir. Tuncəlidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadolud Novruz bayramı "mart doqquzu" kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Təkirdağda  Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və "Nobruz şənliyi" adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şəbinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşir. Novruzda s hərfi ilə başlayan 7 təam yemək məsləhət görülür.

Azərbaycan
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama 4 həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla bayramı qarşılayır. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlk işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) Və plov bişirilir. Rəngarəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzəpaltar geyib, çalıb-oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar. Baharın əsas simvolu olan Bahar qızış Kosa və Keçəldir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.


Şərhlər: 2
Baxılıb: 384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamisindan gozel ozumuzde kecirilir bayram
19 mart 2016 13:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Her yerde bu bayram xususi tenteneyle qeyd edilir. Cox sevirem bu bayrami.
19 mart 2016 08:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz