Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlişi doğru, müjdəsi yalançı çərşənbə
Gəlişi doğru, müjdəsi yalançı çərşənbə
Göndərən: ulduz
Şərhlər:
Baxılıb: 793
Səs ver:
Xalqımızın ən qədim milli bayramı olan Novruzun təmtərağı bir və ya bir neçə günlə məhdudlaşmır. Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü”, ikinci üçünə "Doğru üsgü”, sonuncusuna isə "İlaxır çərşənbə” deyilib.
 
Çərşənbələrin hərəsinin özünə görə adət-ənənələri, mərasimləri olub. Tədqiqatlardan da görünür ki, xalq tərəfindən həyata keçirilən bütün ayin və mərasimlər qışın mümkün qədər tez çıxması üçün icra edilib. İnsanlar həmin ayinlər vasitəsilə altı çərşənbə hazırlıq görüb, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq qışı yola salıb, yeni ili, yəni yazın ilk gününü elliklə bayram ediblər. Odur ki, doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında yalançı çərşənbələr qeyd olunub. Lap qədim zamanlarda xalqın "Oğru üsgü” adı altında qeyd etdiyi yalançı çərşənbələrin sayı üç olub. Xalq təfəkkürünə görə Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. 
İnanca görə, Yalançı çərşənbə insanlara qarışıq dünyadan nizamlı dünyaya çıxmağın yaxınlaşdığı ismarıcını verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötmüş olur. Xalq düşüncəsinə görə, kiçik çillənin ortasında, yəni Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. İnsanlar Yalançı çərşənbə ayinlərini icra edirlər. Təbiətin nizamını bərpa edən doğruçu hesab olunan çərşənbələrin şənlik və təmtərağından fərqli olaraq, Yalançı çərşənbənin gəlişi nisbətən sakit qeyd edilir. Belə ki, Yalançı çərşənbə qeyd olunan evlərdə günəşin qürub vaxtı ayrı-ayrı həyətlərdə küləş və samandan alovu gur olmayan tonqallar yandırılır. Yalançı çərşənbədə digər çərşənbələrdə olduğu kimi çoxsaylı ayinlər icra edilmir, evlərdə xüsusi süfrə açılmır. Bütün bunlar Yalançı çərşənbənin aldadıcı olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində, həyətlərində hiss etmədiyini göstərir. Bir sözlə, Yalançı çərşənbə adında ifadə olunan mənanı özündə daşıyır və ona uyğun görüntü yaradır.


Şərhlər:
Baxılıb: 793
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz