Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruz süfrəsi
Novruz süfrəsi
Göndərən: ulduz
Şərhlər: 9
Baxılıb: 907
Səs ver:
Novruz bayramının əsas atributlarından biri də Novruz süfrəsidir. Bu süfrənin əsas özəlliyi odur ki, burada ancaq milli yeməklər olur, şirniyyat və qovurğa da qoyulur. Bundan başqa müxtəlif şərbətlər, milli içkilərə də yer verilir.

Novruz süfrəsinin müxtəlif təamlarla bol olmasına xüsusi fikir verilir. İnanca görə növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.

Bayram süfrəsində şirniyyatlar xüsusi yer tutur. Şəkərbura, paxlava, qoğal və s. bayramın "olmazsa olmaz”larındandır. Bundan başqa müxtəlif rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.

Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq , bədbəxtlik əlaməti sayılır.

Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.


Şərhlər: 9
Baxılıb: 907
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
KARAMEL
yeni ilden cox bu bayrami sevirem cox sevirem
3 mart 2016 00:44
# 9
Melek5
Ən sevdiyim bayramdır Novruz inşAllah qədəmləri hər birimiz üçün xeyirli olsun melek
2 mart 2016 19:23
# 8
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Marta
Cox sevdiyim ve menim ucun cox onemli olan bayramlardan biridir. Allah her bir eve bayramda bir qazan xorek asmaga ruzi yetirsin..
2 mart 2016 17:03
# 7
Немного терпения, и у тебя все получится..
Sara035
Unu ilk defe ewidirem yoxlayacam
2 mart 2016 15:32
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Miss_Angel
Sitat: vipbetul
en cox sevdiyim bayramdi

menimde
2 mart 2016 12:29
# 5
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
en cox sevdiyim bayramdi
2 mart 2016 12:22
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Çox sevdiyim dəyər verdiyim hər bir xırdalığına qədər özəl bəslədiyim bayramdı. Amma nə etsəndə vətənində etdiyin bayrama bənzəmir nəyinsə əksik olduğunu hər zaman hiss edirsən. Bəzi məlumatlardan xəbərim varıydı üzük falını məndə etmişəm, sona doğru yazılan un inancını ilk dəfədi oxudum. Bayram yeməyi səhərə qalarsa yeyib qurtarılsa atılmalı bir yemək olmaz yox əyər üçüncü günə qalan hər hansı bir təam olarsa onda məcburən atıram. Soğan sarımsaq qoyulmasını əvvələr məndə süfrədə qoyardım sonra tv-də belə ərzaqların pislik gətirdiyini eşitdikdən sonra qoymadım. Tşklər.
2 mart 2016 11:47
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Leylas
Gozel bayramdi... Her kesin sufresi bereketli olsun...
2 mart 2016 11:28
# 2
BARBI
Novruzu cox sevirem. Xususende bu bayramda sufre acmagi sevirem
2 mart 2016 11:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz