Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mumiya
Mumiya
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 407
Səs ver:
Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarkavə dünyanın bir çox ölkələrində həyata keçirilmişdi.

Etimologiya
"Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (موميه) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü. Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir. Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər. Görkəmli ingilis yazıçısı Riçard Hakluyt (1553-1616) mumiyadan dərman kimi istifadəsini tənqid etmişdi. Riçard demişdi:

Həkimlər və aptekçilər bizim hökmümüzə qarşı gələrək bu mumiyaların ölmüş bədənlərini bizə yedizdirməyə məcbur edəcəklər 1912-ci ildə dərmanların istehsalı ilə məşğul olan farmasevtik firması olan «Merk», kataloqunda "əsl mumiyaların bədənləri" təklifini irəli sürmüşdü.

Tarixi
Mumiyalama ilk dəfə olaraq Çinçorro qəbiləsinin üzvləri tərəfindən kəşf edilmişdir. Çinçorro qəbiləsi Cənubi Amerikada yerləşən Takna (Peru), Arika, Tarapaka (Çili) şəhərlərində və Çilidə yerləşən Atakama səhrasında b.e.ə. IX minillik və b.e.ə. IV minillik ərzində yaşamışlar. Çinçorrolular yığıcılıq və ovçuluqla məşğul olurdular. Bu qəbilə qəbilə üzvləri yaxınlarının və əzizlərinin ölümüylə barışmayaraq, onları əbədi həyata qovuşdurmaq istəyi ilə mumiyalayıblar. Çilidə Arika şəhərinə yaxın Kamorenos vadisində Çinçorro qəbiləsinin üzvlərindən biri olan uşağın mumiyasını tapan alimlər onu təqribən b.e.ə. 5050-ci ildə[8] dəfn edildiyini qeyd etmişlər. Alimlər çinçorro qəbirlərində bir çox əldəqayırma əşya, o cümlədən, qarmaq, taxta bəndlər və bir çox qurğu aşkarlamışdılar. Bu əşyalar qəbirlərdə bərabər paylanmışdı. Bu isə qədim Çilidə əbədiləşdirmə eşqinin bütün qəbilə üzvləri üzərində həyata keçirilməsindən xəbər verir. Alimlərin tədqiqatları bunu sübut edib ki, 7000 il əvvəl bu ərazilərdə rütəbətli hava şəraiti mövcud olub və bu 3000 il ərzində davam edib. Alimlərin sözlərinə əsasən, məhz bu ərəfələrdə çinçorro əhalisi kəskin artıma başlayıb. Çinçorro qəbiləsinin dəf etdiyi mumiyalar bütün ölən insanlara aid idi. Çinçorrolular ölən insanın üzərindən bütün yumşaq parçaları ayırır və onu gilli formalarla əvəz edirdilər. Sonra bədənə dəri yerləşdirirdilər. Beləliklə, onun dərisini qırmızı oya ilə tez tez boyayır, başına parık və üzünə isə gildən hazırlanmış maska taxırdılar. Bu baxımdan onların mumiyalama adətləri Misir adətlərindən xeyli fərqlənirdi.
Misirdə isə mumifikasiya prosesi b.e.ə. 35000-ci illərdən başlayaraq yunan-roma dövrünə kimi davam etdiyi təsadüf edilir. Qədim Misirlilərin hakimləri inanırdılar ki, əbədi həyata qovuşmaq yalnız fironlara aiddir. Lakin b.e.ə. 2000-ci illərdən etibarən mumiyalama prosesi bütün insanlara aid edildi. İnsanlarla bərabər Qədim Misirin tanrı kimi böyük rəğbət bəslədiyi bir çox pişiklər də mumiyalanırdı. Mumifikasiya prosesini yerinə yetirmək hər insana nəsib olmurdu. Çünki mumiyalama prosesi böyük xərc tələb edirdi. Bu səbəbdən mumiyalamaq varlılar arasında geniş yayılmışdı. Mumiyalamaq o dünyada bədənin ruhunu əbədi həyata qovuşmaq üçün çoxda vacib deyildi, çünki bu proses daha çox ruhun öz məqsədinə nail olması üçün istifadə edilirdi Həmçinin, mumiyalama prosesində Ölülər kitabından xüsusi dualar oxunulurdu. B.e.ə. 1070-712-ci illərdə Üçüncü keçid dövründə isə mumiyalama prosesi daha da inkişaf etdirilmişdi. Hal-hazırda mumifikasiya prosesi təbii və süni olmaqla iki yerə ayrılır. Kiçik Asiyanın ölkələrində insan cəsədlərini mumiyalamaq geniş yayılmışdı.

Mumifikasiya prosesi
Qədim Misirdə ölülərin hansı proseslərlə mumiyalandığı, mütəxəssislər tərəfindən uzun müddət araşdırılmışdı. İnsan cəsədini balzamladıqdan sonra həmin ədviyyatların qalması üçün qatrannan bağlamaq metodu alimlərə çoxdan məlum idi. Bu haqda yunan mütəfəkkirləri Heorodot və Diodor bir çox məlumat vermişdilər. Ümumilikdə, Mumiyalama əməliyyatı 7 mərhələdə həyata keçirilir:
Ölən adam ilk olaraq şərab və ədviyyatla yuyunar. Bədənin parçalarının çürümədən çıxardılması lazımdır. Xüsusi bir alət ilə beyin çıxardılar. Daha sonra qarın yarılaraq daxili orqanlar çölə atılar.
İç orqanların çıxardılmasının sonra duz bənzəri bir maddə olan natron ilə ölünün içi doldurulur və ölü yanlamasına yatırdılar. Beləliklə, bədən içində qalan mayelərin çölə axması təmin edilər. Mumiyalama əməliyyatı üçün bədənin tamamilə qurumuş olması lazımdır.
Çıxardılan iç orqanlarda ölən adam ilə birlikdə basdırılaçağına görə quru olmaları lazımdır və orqanlarda natron ilə mühafizə edilir. Orqanlar lentlər halındakı kətan parçalara sarılaraq kiçik bir tabutun içinə yerləşdirilər. Daha sonra 4 bölməli bir sandığı qoyulur.
Ölünün yaxşıca quruması üçün 70 gün gözlədilər və 70 gün sonra cəsəd yaxşıca büzüşmüş olar. Bu mərhələdə bədənin daxili və xarici gözəl qoxulu yağ və ədviyyatlarla yuyunar.
İlk olaraq mumiyanın başı lentlər halındakı kətan parçalar ilə yağlanarak sıx sarılar. Bunun səbəbi ölən adamın həyatdakı görünüşünü yenidən əldə etməkdir. Mumiyalanan ölü qiymətli daş-qaşla ilə sarılmağa davam edilir.
Ölünün bütün bədəni həyatındakı ölçülərinə çatana qədər kətan parça ilə sarılmağa davam edilir. Mumiyalama əməliyyatı olduqca kompleks bir işdir və bir həftə qədər davam etməkdədir.
Bədənin kətan parçalar ilə tamamilə sarılması bitdikdən sonra ölən adamın üz qisimi bir maska ilə örtülür. Maskalanan mumiya yaldızla örtülmüş taxta bir tabuta yerləşdirilərək "Sarcophagus" adı verilən Sarkofaqa yerləşdirilir.


Şərhlər: 6
Baxılıb: 407
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
en cox qedimide sahlari mumiyalayirmislar
2 aprel 2016 00:43
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mugush
En cox fironlar mumiyalanirdi keçmişdə
2 aprel 2016 00:19
# 5
Aybə
Mumiya kinolarına əvəllər baxmışam qorxuludu ama maraqlıdı çox.Mumiya keçmişdə olub deyilənə görə.
2 aprel 2016 00:17
# 4
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
mawa1
mumiyalı kinolara baxıram maraqlı olur.twk.
1 aprel 2016 23:56
# 3
BARBI
Mumiya qedim zamanlardan movcuddur. Qedim zamanlarda fironlari mumyalayiblar. En cox misirde istifade edilir
1 aprel 2016 21:46
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lale.veliyeva19
mumiyalı kinolara baxıram maraqlı olur
1 aprel 2016 21:00
# 1
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz