Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni kəllə deformasiyası
Süni kəllə deformasiyası
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 229
Səs ver:
Süni kəllə deformasiyası insan kəlləsinin məqsədli şəkildə deformasiyaya uğradıldığı bədən modifikasiyasıdır. Bu uşaq kəlləsinə qüvvə ilə təsir edərək onun normal böyüməsinin qarşısını almaqla edilir. Yastı, uzadılmış (iki odun arasında bağlanaraq), yuvarlaqlaşdırılmış (parçada bağlanaraq) və konus formasında olur. Əsasən, bu əməliyyat uşaq üzərində aparılır. Çünki bu vaxt kəllə elastik olur. Başın bağlanması təqribən doğumdan bir ay sonra başlayır və təqribən 6 ay davam edir.

Tarixi
Məqsədli şəkildə edilən kəllə deformasiyası coğrafi mövqeylərinə və mövcud olduqları dövrlərə görə fərqlənən bir çox mədəniyyətlərdə təcrübədən keçirilib və bu təcrübə hələ də Vanuatu kimi bəzi yerlərdə müşahidə edilir.
Məqsədli şəkildə edilən insan kəlləsi deformasiyasının yazılı tarixdən əvvəl mövcud olduğu fikirləşilir. İlk nümunələrə İraqdakı Şanidar mağarasından olan ön Neolit Homo sapiens (eramızdan əvvəl IX minillik) tərkib hissəsi daxildir və həmçinin Cənub-qərbi Asiyadakı neolit insanları arasında da müşahidə edilib. İlk əvvəl Şanidar mağarasının neandertal tərkib hissəsində tapılmış neandertal kəllələrinin on min illərcə edilən təcrübələrin ən qədimi olduğu və süni şəkildə formasının dəyişdirildiyi fikirləşilirdi, ancaq daha sonra bunun doğru olmadığı sübut edildi. Şanidar 5-in kəllə qalıqları 1999-cu ildə antropoloji komanda tərəfindən yenidən quraşdırıldı. Burada kəşf edildi ki, kəllənin ilk quraşdırılması səhvdir. Nəticə kimi komanda qeyd etdi ki, "biz bundan belə hesab edə bilmərik ki, süni kəllə deformasiyası bu nümunəyə aid edilə bilər".
Kəllə deformasiyasının ilk dəfə yazılı şəkildə qeydə alınması eramızdan əvvəl 400-cü ilə təsadüf edir və Hippokrat tərəfindən Makrofali və ya Uzun başlıların təsvir edilməsidir. Onlar adlarını kəllə deformasiyası təcrübələrindən alırlar.
Köhnə dünyada hunlar oxşar kəllə deformasiyası təcrübəsinə malik olmaqları ilə bilinirdilər və Qədim yunan və Roma dünyasının son dövründə (b. e. 300-600) alanlar[8] , hunlar tərəfindən idarə edilən şərqi alman qəbilələri, gepidlər, ostrogotlar, Heruli, Ruqi və burqonlular bu adəti mənimsəmişdilər. Qərbi alman qəbilələrində süni kəllə deformasiyaları nadir hallarda rast gəlinir.
Amerikada maya, ink və Şimali Amerika yerlilərinin müəyyən qəbilələrində bu adət müşahidə edilir. Şimali Amerikaya, xüsusilə şimal-qərbin çinuk qəbilələri və cənub-şərqin çoktavlarına bu təcrübə məlum idi. Düzbaş hindilər kimi bilinən Şimali Amerika qrupunda başın hamarlaşdırılması görünməyib, ancaq başlarını yuvarlaqlaşdırmaq üçün kəllə modifikisiyasını istifadə edən ayrı saliş xalqlarından fərqli olaraq düzbaş hindilər adı onlara verilib. Çoktav , çehalis və nuksak hindilərinin də daxil olduğu başqa qəbilələr uşağın başının bağlanması yolu ilə başın düzləşdirilməsini təcrübədən keçiriblər.
Baham adalarının Lukayan xalqı bu adəti tətbiq edib. Süni kəllə deformasiyası Avstraliya aborigenləri arasında da bilinirdi.
1896-cı ildə bəşəriyyətin tarixi kitabında Fridrix Ratsel qeyd edir ki, kəllənin deformasiyası (həm düzləşdirərək, həm də təpəyə doğru gərərək) Taiti, Samoa, Havay və Paumotu qrupu kimi təcrid olunmuş yerlərdə tapılıb və bu ən çox kəllənin qəribə şəkildə sıxıldığı Yeni Hebraydlardakı Mallikolloda (hal-hazırda Malakula, Vanuatu) tapılıb.
Tuluza ərazisində belə kəllə deformasiyaları aralıqlarla XX əsrin əvvəllərinə qədər mövcud olub. Ancaq bunun bəzi erkən Avropa mədəniyyətləri kimi qəsdən edilməsi yerinə Tuluzadakı deformasiya fransız kəndliləri arasında bandeau olaraq bilinən qədim tibbi təcrübənin arzuedilməyən nəticəsi idi. Bandeau təcrübəsində körpənin başı doğumdan sonra baş verə biləcək hər hansı bir təsirdən və ya hadisədən qorumaq üçün sıx bükülür və örtülür. Əslində deformasiyanın erkən müasir dövr müşahidələrinin çoxu bunu kəndli uşaqları yazıq vəziyyətə gətirəcək bir şəkildə qeydə alınıb və bu kəndli uşaqları qədim Avropa ənənələri davam etdiyi üçün ağıldan kəm hesab edilirdilər.

Metodlar və növlər
Deformasiya adətən doğumdan sonra başlayır və növbəti iki il istənilən forma əldə edilənə qədər və ya uşaq aparatdan imtina edənə qədər proses davam edir.
Kəllə deformasiyasının xüsusi qurulmuş bir sistemi yoxdur. Bir çox alimlər öz sistemlərini inkişaf etdiriblər, ancaq onlar bütün formaların olduğu sadə sistem də razılaşa bilməyiblər.
Avropa və Asiyada Jirov tərəfindən süni kəllə deformasiyasının üç əsas növü müəyyən edilib:
dairəvi
fronto-oksipital (ön ənsə sümüyü)
saqital

Səbəbləri
Kəllə deformasiyası hansı qrupa mənsub olmağı bildirmək  və ya sosial statusu göstərmək üçün yerinə yetirilə bilərdi. Bu Maya cəmiyyətində önəmli rol oynaya bilərdi. Süni kəllə deformasiyasının məqsədi estetik cəhətdən daha cəlbedici olan və ya rəmzlərlə əlaqələndirilən kəllə forması yaratmaq ola bilər.

Sağlamlığa təsirləri
Peru nümunələrində süni şəkildə deformasiyaya uğramış kəllələr və normal kəllələr arasında beyinin xüsusi bir statistik fərqi yoxdur.


Şərhlər: 3
Baxılıb: 229
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunay342
ilk defedir ki esidirem
23 aprel 2016 21:16
# 3
vipbetul
maraqli melumat oldu
23 aprel 2016 14:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
vot!!! "dikbashligin", "yekebashligin", "taxtabaşlığın" tarixi aciqlamasi)))) təşəkkurlər!
22 aprel 2016 20:41
# 1
Bir hissimi itirmishem - TEECCUBLENMEK
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz