Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nənəmizin qanunları - inanclar
Nənəmizin qanunları - inanclar
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 1195
Səs ver:
İllərdirdir ,hətta əsrlərdir ki, inanclarımız dildən - dilə keçir. Nənələrimiz , babalarımız, xüsusilə yaşlı nəsil bu inanclara çox bağlıdırlar. Hər zaman bizə misal çəkərlər : Bala filan şeyi eləmə, düşər -düşməzi var. Amma yaşlılar üçün bu inanclar ,inancdan çox qanun kimidir. Nəinki, yaşlılar , hətta bəzi gənclər və uşaqlar belə yaşam tərzlərində bu inanclara xüsusi yer ayırır. Əslində hər xalq özünəməxsus inanclara və adət-ənənələrə malikdir. Əksəriyyətimiz, bunu yalanlasa da,inanmıram desə də az da olsa bu etiqadlara maraq duyur. Xüsusilə, Novruz bayramı ərəfəsində adət -ənənələrimizlə və inanclarımızla daha da yaxından tanış oluruq. Qulaq falına çıxmaq, tonqal üzərindən atlanmaq, subay qızların fala baxmağı və s. Əslində bəzilərimiz bütün bunlardan əyləncə vasitəsi kimi istifadə edir. İstərdim bu inanclardan bir neçəsini sizlərlə paylaşım :
Başı daz olanın ağlı da çox olar – deyərlər.
Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər
Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar.
Burnu böyük olanlar qədirbilməz sayılır.
Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.
Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar — deyәrlәr.
Yaşılgöz xain, insafsız olar — deyәrlәr.
Mavi gözlü adamın baxdığı hər şeydә gözü qalar — deyәrlәr.
Xalq arasında çәrşәnbəni nəhs gün һesab edәrlәr. Deyәrlәr, nə sən gәl, nə də ilin axır çərşənbəsi.
Cümә ertәsi qulağı cingildәyәn adamın muradı һasil olar — deyәrlәr.
Qulağı uzun olanın ömrü dә uzun olar — deyәrlәr.
Qulağı böyük olanın baxtı da açıq olar — deyәrlәr.
Bəs bütün inanclarımız nə dərəcədə doğrudur?
- Doğrusunu desəm ,hər kəsin şəxsi fikridir.İnsanların düşüncələrinə hörmətlə yanaşmalıyıq.Əgər, kimsə bu inanclara inanmırsa, həmin insanı nələrəsə məcbur etmək olmaz. Necə deyərlər, insan düşünməkdə azaddır. Biz hər nə qədər inansaq da,inanmasaq da, nəsillərdən bizə ötürülüb bu inanclar. Yenə də seçim sizindir. Hər nə də olsa, bütün bunlar adət -ənənələrimizdir. Və məncə onları qoruyub saxlamaq gərək.


Şərhlər:
Baxılıb: 1195
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz