Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruz inancları
Novruz inancları
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 825
Səs ver:
İlimiz Novruz bayramına yaxınlaşdıqca insan da toxum kimi içərisindən cücərməyə, ruhu oyanışa başlayır. Budaqlarda tumurcuqlar oyandığı kimi insan ürəyində də həyat eşqi cücərir. Təbiətlə insan ruhunun oyandığı gün bir vaxta təsadüf etdiyindən qədim soydaşlarımız həmin vaxtın bayram edilməsi qərarına gəlmişlər.
Zərdüştün dini təlimində qeyd olunan 7 bayramın ən təntənəlisi fars mənbələrində "Novruz” Yenigün kimi adı qeyd olunandır. Bir maraqlı faktı qeyd edək. Məşhur şair və alim Ömər Xəyyam (1048-1131) "Novruznamə” adlı əsərində özündən əvvəlki müəlliflərə və astronomik tədqiqatlara əsaslanaraq göstərir ki, qədim yeni il bayramının yaranması Günəş təqvimi ilə bağlıdır. Şair Novruz bayramının qeyd edilməsini Günəşin dövrləri ilə əlaqələndirir, birinci dövr: 365 gün və sutkanın bir qədəri keçdikdə Günəş Qoç bürcünün ilk dəqiqələrinə qayıdır, bu dövr ildən-ilə qısalır. "Yaz bayramı” adı ilə Novruzun qeyd edilməsi haqqında ilk yazılı məlumat eradan əvvəl 505-ci ildən məlumdur. Novruz bayramından yazan orta əsr müəllifləri göstərirlər ki, hətta Şərq aləmində İslam dini yarandıqdan sonra da bu bayramda yaz-əmək ənənələri, onun inancları möhkəm yer tuturdu. Məsələn, Kəsvəri nəql edir ki, Novruz bayramı günü padşahın süfrəsində buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt, paxla və lobya unundan bişirilən qoğallar düzülür. Süfrənin ortasına müxtəlif ağaclardan kəsilmiş 7 budaq qoyulur, müxtəlif kağızlara isə "artıb”, "artacaq”, "artan” sözləri yazılırdı.
Novruz inanclarından biri Xızırla bağlıdır. Əcdadlarımızın ilkin soy qəbilə birləşməsi Xızırdan od istəyir. Boz atla gələn Xızır od, istilik gətirir və beləcə yaz gəlir.
Xızır Nəbi, Xızır İlyas,
Bitdi çiçək, oldu yaz.
Kosa-kosa törəni də bu baxımdan maraq doğurur. Bu törəndə Kosa qışın, Keçi isə yazın simvoludur.
Mənim Kosam canlıdır,
Qolları mərcanlıdır.
Kosama əl vurmayın,
Kosam ikicanlıdır.
Bununla bildirilir ki, Kosa, yəni qış yazı doğacağı üçün ikicanlıdır, çünki yaz qışdan doğulur.
Qışı-çilləni yola salmaq, yazı-yeni günü qarşılamaq məqsədi ilə keçirilən "Novruz çərşənbələri” adlı rituallarda qədim azərbaycanlıların təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı çağırmaq arzu-niyyəti öz əksini tapmışdır.
Çərşənbələrdə və Novruz axşamında tonqal qalanması, göyə yanar fişənglər atılması, bayram süfrəsi açılması Azərbaycanda qədim el adətidir.
İlaxır çərşənbə təmtərağı ilə özündən əvvəlkilərdən fərqlənir. Bu çərşənbədə hər ev, hər ailə tonqal yandırmalıdır. Həm də bu tonqalda yandırılanların içərisində mütləq tikanlı kol da olmalıdır. Bu tonqalın üstündən ailənin bütün üzvləri atlanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdırlar.
Novruz bayramında oğlan uşaqları, cavanlar arasında keçirilən oyun-əyləncələrin ən maraqlısı yumurta döyüşdürməkdir. Çünki, yumurta Novruz bayramının əsas atributlarından biridir. Novruzun 4 çərşənbəsinin əlamətləri öz ifadəsini məhz yumurtada tapıb.
Novruz bayramı axşamı çatılan tonqalda üzərlik yandırmaq adəti də vardır. Bu bayramda sayılan adətlərdən biri də papaqatdıdır. Bu adətdə daha çox uşaqlar, yeniyetmələr iştirak edirlər.
Qulaq falı, axar suyun üzərinə getmək, çilə çıxarmaq, su içində fala baxmaq kimi Novruz inancları bu gün də yaşanmaqdadır.
Xalqımızın sevilən şairi M.Şəhriyarın bu  misraları yəqin ki, xatirinizdədir:
Yumurtanı göyçək güllü  boyardıq,
Çaqqışdırıb sınanları soyardıq.
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə Novruzgülü dərərdi.
Üzümüz ümidlə dolu yazadır. Deyirəm, hər dəfə ilimiz gəlib Novruza yetəndə dünyanın rəngi-ahəngi dəyişir. Ulu dədələrimiz deyib: daş həmin daşdır, zaman dəyişib. Qədimlərdən üzübəri bizim ellərin yazı yaraşıq hesab olunur. Atalar ilin 4 cəhətini tanıyıb: yaz, yay, payız, qış. Yaz bitirir, yay yetirir, payız yığıb gətirir, qış vurub dağıdır. Bitirən yazınız, təravətli Novruzunuz mübarək! Bu əziz günlərdə qapınızı xoş xəbərlər döysün, mətləbiniz murada yetişsin.

Nigar HƏSƏNZADƏ


Şərhlər: 18
Baxılıb: 825
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
melorida
Bayraminiz mubarek
20 mart 2016 00:44
# 18
vipbetul
BAyramimiz Mubarek bu il butun arzularimizin dualarimizin gerceklesmesini Yuge Rebbimden dileyirem insallah
19 mart 2016 12:42
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zzz
en sevdiyim bayramdir novruz
19 mart 2016 12:07
# 16
Totu
Cox sevirem bu bayrami maraqli bayramdi
19 mart 2016 09:32
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
Qəşəng bayram olsa da,yorucu bayramdı:)Deməli Novruz başlamamışdan 1 ay qabaqdan başlayırıq ev-eşik yıxışdırmağa,sonrasında da biş-düş.İnanclara fallara gəlincə,həmişə fallardan,inanclardan çəkinmişəm.Nəysə ürəyimə pis gəlirki,ay aman birdən bunu sınayaram uğursuz olar.
19 mart 2016 02:13
# 14
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
_damla_
Maraqlı inanclar var.Amma men fallara inanmiram.Nese tebietimde yoxdu belə şeylər 08
18 mart 2016 23:20
# 13
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
Miss_Angel
falar elemiwem subay vaxdi duz cixib
18 mart 2016 23:05
# 12
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
yarpaq33
Bu inanclara adetlere qeti inanmiram kimlerdense bize qalma uydurmalardi
18 mart 2016 22:39
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
SENSİZ
Oqlum her gun yumurta doyuwdurur evde yumurta qalmayibhihih
Uzuk fali mende etmiwem subay vaxti 20 yaw gelmiwdi elede oldu .
Cox sevdiyim bayramdi novruz bayrami.her birinizin bayrami mubarek
18 mart 2016 22:37
# 10
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
lale.veliyeva19
ən sevdiyim bayramdır hər kəsin bayramı mübarək olsun
18 mart 2016 21:55
# 9
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

gulay..
Haminin bayramini tebrik edirem! Bu əziz günlərdə qapınızı xoş xəbərlər döysün, mətləbiniz murada yetişsin.
Amin...
18 mart 2016 21:50
# 8
Sən xiristianlar ölkəsində tək müsalaman, Mənsə sənə həsrət qalmış `azan...
Tomris Müslümova
Bu bayramı xüsusi sevirəm amma inanclara bir o qədər də inanmıram.Məsələn qapı-qapı gəzirsən sap istiyirsən qara versələr yaxşı hal deyil.Gələk xoş rəngdə sap verəsən,üzüklə baxmaq və neçə yaşda ailə qurmaq proqnozu..Bu kimi bir neçə fallar var ki,inanmıram.
18 mart 2016 21:44
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Maraqli inanclari var novruzun
18 mart 2016 21:29
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Sevdiyim bayramdir. Inanclarida adetleride cox maraqlidir
18 mart 2016 21:19
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sizin 1205
Men inanclara inanmiram
18 mart 2016 20:57
# 4
L
Marta
Maraqla oxudum meqaleni, cox sevdiyim ve onem verdiyim bayramdir. Calisaq adet~enenelerimizi unutmayaq harda oluruqsa olaq. BAYRAMINIZ MUBAREK!!!
18 mart 2016 20:49
# 3
Немного терпения, и у тебя все получится..
S.Heydarova
Maraqlı məlumatdır Novruz Bayramı ən sevdiyim bayramdır.
18 mart 2016 20:49
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
___Jasmin___
maragli oldu oxumag
18 mart 2016 20:46
# 1
وكنت للتو في الحب
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz