Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam
Salam
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 621
Səs ver:
Salam (ərəbcə السلام) sülh və əmin-amanlıq deməkdir. Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Əs-Səlam Allahın adlarından biridir - sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Əs-Səlamu əleykum" (Allah sizə salamatlıq bəxş etsin!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir.
İslamda salam vermək müstəhəb, salamın cavabını allmaq isə vacibdir.
Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. Bu barədə Qurani-Kərimdə buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır."[1] "Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verildikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazımdır. Daha yaxşı olar ki cavabı "Əleykum əs-Səlam və rahmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun!)
Salam "Əs-Səlamu əleykum və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!) kimi verildikdə, yaxşı olar ki, cavabı "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuhu əbəda" (Allahın salamı, rəhməti və bərəkəti əbədi olaraq sizin də üzərinizə olsun!) kimi verilsin.
Burada bir xüsusu nəzərə almaq lazımdır. Namaz qılan zaman verilən salamın cavabını salamın miqdarında almaq lazımdır və cavab zamanı salam sözü əvvəldə işlədilməlidir. Məsələn, namaz qılana "Əssəlamu əleykum" deyilsə, cavabı "Aleykumus səlam" kimi almalıdır.


Şərhlər:
Baxılıb: 621
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz