Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Danışıq mədəniyyəti
Danışıq mədəniyyəti
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 1662
Səs ver:
İnsan sözə başlamadan əvvəl fikirləş­mə­lidir:

1. Nə danışıram?   2. Niyə danışıram?   3. Kimə danışıram?

Bundan sonra insan öz fikrini müəyyən istiqamətdə, tərzdə və xüsusi ifadə şəkli ilə izah edə bilər. Nə da­nış­dığını bilməyən, mənasız danışan və ki­mə danışdığını bilməyən (deyinən) ada­ma kimsə qulaq asmaz.
Bir şey izah edərkən danışanın çox vaxtı, təkrar oxu­ma və düzəltmə  imkanı olmaz. Buna görə üsuluna uyğun və təsirli nitq söyləmək eyni mövzu yazı yazmaq­dan daha çətindir. Gözəl və təsirli danışmaq nə qədər çətin olsa da aşağıda göstərilən qaydalara riayət etmək, yanlışlardan çə­ki­nmək və mövzu ilə əlaqədar qaynaqları və nümunələri araşdırmaqla daha yaxşı və uğurlu bir nitq söyləmək olar.
Dinləməyi öyrənmək vacibdir. Qarşı­da­kını dinləməyi (si­zin əleyhinizdə da­nı­şıldıqda belə) bacarmaq böyük qabiliyyətdir. Başqaları danışarkən dinləməsəniz, siz da­nı­şarkən dinləməyi tələb etməyə haqqınız olmaz.
Yerə, zaman, vəziyyətə və qarşıdakı insana uyğun möv­zu seçin və boş danışmayın. Xəstə yanında bazardakı ba­halıqdan söz et­mək, futbolu sevməyənə futboldan bəhs etmək, itmiş əş­ya­sını axtarana dünən başınıza gə­lən əhvalatı danışmaq və s. mənasızdır.
Danışıq bir təqdimat və ya konfransda olarsa, əvvəl­cə­dən ona uyğun hazırlıq aparılması və danışığın planlaş­dı­rılması şərtdir.
Düşündüklərinizin hamısını söylə­mə­yin, amma söylə­dik­lə­rinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin.
Sizi dinləyən adama dəyər verin, hörmətlə yanaşın və özü­nüzdən çox bəhs etməyin (öyünməyin).
Sözü mənasız yerə uzatmayın. Çatdırmaq is­tə­diyiniz fik­ri mümkün qədər qısa və aydın tərz­də (lakonik) ifadə etməyə çalışın. Uzun ifadələr səbrin daşmasına və əsas möv­zu­nu an­lamamağa səbəb ola bilər.
Ətrafınızdakılara tez-tez nəsihət verməyə çalışmayın. Si­zin fikriniz soruşularsa, uyğun cavab verməyə çalışın.
Danışarkən kəlmə seçiminə, onları doğru söyləməyə (tə­ləf­füzə) və üsluba fikir verin. Söz bazanızı (lüğətinizi) ge­niş­lətməyə çalışın. Dar çərçivədə və təkrarlanan kəl­mə­lər­lə danış­ma­yın. Sinonim (yaxın mənalı) sözlər ara­sındakı mə­na fərqinə də diqqət yetirin.
Ədəbi və mədəni bir dildə danışmağa çalışın. Mənasını tam bilmədiyiniz sözləri, argo – küçə ifadələrini və ko­bud sözləri işlətməyin.
Mümkün olduğu qədər dolğun ifadələr və mənalı cümlə­lər işlətməyə çalı­şın. Uzun cümlələrə hakim ola bilmir­si­nizsə, qısa cümlələrdən istifadə edin.
Unutmayın! Səs, insanın şəxsiyyətini əks etdirir. Yor­ğun­luq, xəstəlik, qorxaqlıq, çəkingənlik, yekəxanalıq və s. kimi xüsusiyyətlər danışığınızda nəzərə çarpma­ma­lı­dır. Kobud, sərt, özündən razı və ya çox incə, fısıltılı, zəif səs dinləyənlərə tam təsir etməyə bilər.
Səsinizin tonunu duyğu və düşüncələrinizin xüsusiyyəti­nə görə nizamlayın. Monoton səs tonu ilə danışmayın, lazımi yerdə səs tonunuzu dəyişdirin. Vurğulara diqqət edin.
Danışan adamın nəfəs alması mü­sa­hibi tərəfindən hiss olun­ma­ma­lı­dır. Fikrini izah edər­kən nəfəs vermə za­ma­nı danışmağa vərdiş etmək la­zım­dır.
Danışıq zamanı jest və mimikadan – bədən, əl, üz-göz və baş hərəkətlərindən istifadə etmək üs­luba ləzzət qa­tar. Amma bu hərəkətlər aşırı olma­ma­lı­, söz və ifadənin ahənginə uyğun olmalıdır.
Çox yüksəkdən və ya alçaqdan, sürətlə və ya çox yavaş danışmaq yaxşı deyil. Əsas odur ki, nitq aydın eşidilsin və sözlər tam tələffüz edilsin.
Yeri gəldikcə nümunə olaraq bənzətmə, məcaz, təzad, ata­lar sözü, məsəllər, lətifələr və s. yararlanmaq olar.
Danışan zaman ağızdan tüpür­cək dam­cılarının ətrafa sıçraması, do­daq­ların dillə tez-tez isladılması və ud­qun­ma, öskürmək, əlavə səslər çı­xar­maq yaxşı əlamət deyil.
Nitqdə başqa dillərdə olan və ha­mı­ya aydın olmayan terminlərdən is­ti­fadə etmək düzgün deyil. Müsa­hi­bi­niz bu sözləri başa düşməyə və ya tam mə­nası ilə anlamaya bilər. Belə sözlərdən is­tifadə edilən halda hə­min sözün ar­dın­ca onun izahı müt­ləq verilməlidir.
Bir neçə nəfər adam içində bir nə­fər­lə digərlərinin an­la­yamayacağı xa­rici dildə və ya qaş-göz hə­rə­kətləri ilə danışmaq məsləhət deyil. Bu kənar­da­kı­la­ra hörmətsizlik sayılır.
Danışarkən öz fikrinizin hamı tə­rə­findən qəbul edil­mə­sinə çalışma­yın. Başqalarının da fikrini eşitməyi və ona hörmət etməyi, qiy­mət­lən­dir­mə­yi ba­car­maq lazımdır.
Danışarkən ağızdan qoxu gəl­mə­si, nəfəsin müsahibin üzünə verilməsi və ona həddindən artıq yaxın dur­maq yaxşı deyil.
Çox aralı məsafədə olan adam­la­rın danışması da yaxşı deyil.
Danışarkən doğruluğuna əmin ol­madığınız faktlardan və gös­təri­ci­lər­dən (nümunələrdən) istifadə et­mək yax­şı deyil.

Gözəl danışıq qaydalarını qısaca yekunlaşdırmaq istəsəniz:
1. Dinləyin.
2. Az danışın.  

Bu xüsusa diqqət edin:
Bir alimdən soruşmuşlar:
– Bir insanın zəka səviyyəsini haradan anlayarsınız?
– Danışığından.
– Əgər heç danışmazsa?
– O dərəcədə ağıllı insan yoxdur ki.

3. Çox az zarafat edin.
4. İncə təkliflər edin.
5. Dedi-qodu etməyin.
6. Öyünməyin.
7. Qarşıdakına dəyər verin.
8. Kobud və arqo sözlərə yer verməyin.
9. Söyləmə şəklinə diqqət edin.
10. Danışığınızı yerinə, zamanına və adamına görə edin.
11. Səmimilikdən uzaqlaşmayın.
12. Özünüzə güvənin. Rahat olun.
13. Sözü mənasız yerə uzatmayın.
14. Səs, mövzu və məna uyğunluğuna diqqət edin.


Şərhlər: 18
Baxılıb: 1662
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
ne gozel movzudi icindede her sey gozel verilib hal hazirda bizde danisiq medeniyyeti cox asagi seviyyeye enir cox lazimsiz menasiz sozler dilimize gelir danisiq medeniyyetini yaxsica oyrenmeliyik
13 dekabr 2015 15:27
# 18
kiraz mevsimci kiz
esas odur ki ne ve kime danisdigini bilesen
26 noyabr 2015 16:24
# 17
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
senay))
indikiler ne daniwdiqlarini bilirler ki heç medeniyyet daniwiqdan bawliyir buda insanin ozunnen aslidir
25 noyabr 2015 22:35
# 16
coooooooxxx xosbextem
Fialka
İnsanın ilk öncə ən vacib xüsusiyyətlərindən biridə danışıq mədəniyyətidir hansı ki, bundan xəbəri olmayanlar təəssüf ki, az deyil. Öz güvəni , intellektual səviyyəsi yerində olan kəs qısası yerini bilən harada və kiminlə nə danışdığından xəbərdardır. Lakin bunun əksi olaraq bəziləri yerli yersiz danışmağı , arqo və jarqon ifadələrdən istifadə etməyi pilusda dinləməyi bacarmayanlardır. Xüsusilə bu hal bəzi qızlarda kənardan çox çirkin və banal görünür təəssüf ki, ona görədə düşünüb danışılmalıdır, danışandan sonra düşünülməli deyildir..
25 noyabr 2015 12:08
# 15
Dosta_inam
Bacardıqca danışığıma diqqət edirəm, insan danışmağı bir yana, dinləməyi bacarmalıdır, təşəkkür gözəl xəbər üçün.
25 noyabr 2015 06:43
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Çox gözəl xəbərdi. Şükür Allaha az danışanam və çox dinləyirəm. Nifrət edirəm çox dedi qodu edən insana...
24 noyabr 2015 23:59
# 13
Lola_Maya_
İlk növbədə gözəl xəbər üçün təşəkkürlər.

Bizim millətdə həqiqətəndə danışıq o qədərdə inkişaf etməyib.Hələ ictimai yerlərdə insanların danışıq tərzini demirəm,heç olmasa ətrafında olanlara hörmət etmirsənsə,özünə hörmət qoy.Dinləmək qabiliyyəti 0 heç yoxdu,sözü yarımçıq kəsmək..və s.

Nizami Gəncəvidən bir misal yadıma düşdü.

Sordu: “Köhnə qızıl, təzə sözmü yaxşıdır?”
Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır!”
24 noyabr 2015 23:50
# 12
14MsM
daniw seni gorum ..dogurdanda beledi

ele insani insan eden agzindan cixan sozdur
24 noyabr 2015 23:12
# 11
Miss_Angel
duz deyirsen insan daniwigindan bilinir cox daniwmaq olar bu movzuda
Sitat: BARBI
Medeniyyet ele danisiqdan baslayir. Bir agzini ac deyim ki sen kimsen
24 noyabr 2015 22:57
# 10
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Catwoman666
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
24 noyabr 2015 22:52
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Ümumiyyətlə bizim millətdə dinləmək qabiliyyəti qətiyyən yoxdu! Və bunu nə demək olduğunu çoxları bilmir! Və adiyyatı olmadan sözə burunlarını soxmağı çooox sevir bizim millət.Və elə bizim saytın bəzi qızlarıda.Hər hansısa bir xəbərə fikir bildirirsən istər pis istər yaxşı.Hərə başını aşağı salıb öz münasibətini bildirmir,durub sənin bildirdiyin fikirə münasibət bildirərək şərh yazır! Adama deyəllər sənə nə? Mən istəyərəm pislyərəm istiyərəm tərifliyərəm.Sənə nə? Burunlarını hara gəldi soxmasalar olmaz!
Çox zarafat edən insanlardan mən həmişə uzaq olmuşam.Həqiqətən yersiz səmimiyyətlər insanı gözdən salır.Bir insanda natiq nitq qabiliyyəti olmaya bilər.Amma dinləmək,hər işə burnunu soxmamaq qabiliyyəti isə artıq qalır onun tərbiyəsinə! Elə burdanda fürsətdən istifadə deyirəm! Saytda artıq çox müşahidə edirəm bu halları.Şəxsən özümə qarşı birdə bildirdiyim firkə kimsə sataşsa,ya çıxış etdiyim mövqedən kimsə ona əsasən fikir bildirsə sərt danışa bilmərəm əks halda qovulacam amma şikəət edəcəm və bu hallar dəfələrlə hansı xəbərlərdə baş verib onlarırda adminə nəzakətsizlik oalraq göndərəcəm! Baş qoşmadıqca insan ağ eləməz!
Təşəkkürlər mövzü üçün
24 noyabr 2015 22:32
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Aysu Tagızadə
Ən əsəbləşdiyim qadınların və ya qızların hamısının bir danışmasıdıR...İnsanda dinləmək mədəniyyəti olmalıdır..Zarafatında bir həddi var..O həddi aşanda artıq o zarafat yox axmaqlıq olur və qarşındaki insandan sərt reaksiya aldıqda təəccüblənməməlisən..Hər kəs bilməlidir bu mədəniyyəti
24 noyabr 2015 21:24
# 7
vipbetul
1. Nə danışıram? 2. Niyə danışıram?
Düşündüklərinizin hamısını söylə­mə­yin, amma söylə­dik­lə­rinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin. 3. Kimə danışıram?
gozel fikirlerdi her kes bu danisiq etiketlerinden isdifade etmelidir
24 noyabr 2015 21:09
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
Etrafdaki insanlaarin coxu danisiqlarini bilmirler,bu da meni coox eseblesdirir
24 noyabr 2015 21:02
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
evli.mutlu.cocuklu
insanin danisigi ozunden aslidi
24 noyabr 2015 20:49
# 4
Dj_Vampir
Her bir insanin daniwiqi,onun hansi evden cixdigi,hansi terbiyeni aldigindan cavab verir.

daniwiqim cox diqqet edirem,bacardiqc sade daniwiram,ama seiiyyetleri sevmirem,yani gerksizcesine olanda
24 noyabr 2015 20:48
# 3
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
arzum-aysum
indi insanların coxu agzini acanda ne danışdığını bilmir.
24 noyabr 2015 20:36
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Medeniyyet ele danisiqdan baslayir. Bir agzini ac deyim ki sen kimsen
24 noyabr 2015 20:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz