Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İşyeri davranış qaydaları
İşyeri davranış qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 722
Səs ver:
Müasir idarəetmə yanaşmasına görə şirkət və təşki­lat idarə­çi­liyində mükəmməl liderlərə ehtiyac vardır. Şirkət­lə­rin idari sahədə müvəffəq olması müasir iş və xidmət me­tod­larını uğurla idarə etmələrinə bağlıdır. Bunun üçün sa­dəcə idari və təşkilati sahədə deyil, nəzakət və davranış qaydaları mövzusunda da bilik və bacarığa ehtiyac vardır.

İş həyatında da münasibətin əsasını nəzakət və dav­ra­nış qaydaları təşkil edir. İş yerində­ki qaydalar iş yoldaş­la­rı­nıza və əmək­daş­la­rınıza qarşı hör­mət göstərmək de­mək­dir. Eyni zaman­da nizam-intizama dəyər vermək işçiyə, təşkilata və dövlətə olan hör­məti artırar.

Bundan baş­qa davranış qay­da­larına riayət etmə­niz iş görüş­mə­lə­rin­də, ya da iş müraciətlərinizdə başqaları üzə­rində buraxdığınız təəssürata əsaslı şəkil­də təsir edə­cək­dir.

Qiyafə qaydasına və xarici görünüşünüzə diqqət edin! İş yerinə uyğun və səliqəli geyinin. Əgər müəyyən bir qay­da yoxdursa, üst pil­lə ida­rə­çilərdən nümunə götürün. Yad­da saxlayın! İnsan görünüşü ilə qarşılanar, danışığı ilə yola salınar.

Mümkünsə işə 10 dəqiqə tez gəlin. İşə başlamadan əvvəl oturduğunuz yeri – otağı səhmana salın və görəcəyiniz işlər planına nəzər salın.

İncə və nəzakətli olun! Ana dilinizdə mükəmməl, bildi­yi­niz xarici dildə gözəl üslubda danışın.

İş yoldaşlarınız və müştərilərlə danışarkən onlarla rahat münasibət qurmağa, həmçinin fikrinizi, tam aydın və kon­ket şəkildə izah etməyə çalışın.

Rəsmi və ya qeyri-rəsmi gələn qonağa qısa-konkret, tam və dolğun cavab verməyə çalışın. Kifayət dərəcədə izah edə bilmədikdə cavab verə biləcək adama yönəldin.

Öz işinizi mükəmməl və qüsur­suz şə­kildə yerinə yetir­mə­yə çalışın. Müəssisənin işini səmə­rə­li­ləş­dirmə, asanlaş­dır­ma barədə fik­ri­niz var­sa, bunu rəisinizə söy­ləyin.

İtaət çox vacibdir. Bütün qay­da­la­ra və özünüzdən yuxa­rı vəzifədəki adam­ların sözlərinə ciddi riayət edin. İşçi-müdir arasındakı pərdəni daima örtülü saxlayın.

Öz işinizi bitirdikdən sonra iş yoldaşlarınıza da kömək edin. Hətta fədakarlıq edərək xəstə, zəif və az bacarıqlı olanların yarımçıq qalan işini siz görə bilərsiniz.

İdarənizdə, otağınızda sizə lazım olan və səlahiyyətiniz çatan bütün sənəd­lə­rin, kitabların, hesabatların və s. harada olduğunu bilin. Bu sizin vəzifənizdir.

Bütün iclaslara (konfranslara) tam vaxtında gəlin, ge­cik­məyin.

İdarənin və ya iş yerinin prob­lem­ləri və onların həlli ilə əlaqədar tək­liflər irəli sür­mə­niz dü­şün­cəli bir işçi ol­du­ğu­nuz təsirini bağışlayar.

İclas əsnasında qələm, kağızlar və s. digər ofis əşyaları ilə oynamayın.

Çox vacib olmadıqda iclas əs­na­sında telefonunuzu bağlı saxlayın. Əgər bağlaya bilmə­sə­niz, o zaman qa­pının ya­xınına oturun. Beləcə te­lefonunuz ça­ğırdıqda səssizcə çölə çıxa bilərsiniz.

Oturuşunuza və duruşunuza diq­qət edin – kresloya uzan­mayın, stu­lu­nuz­da geriyə söykən­məyin və ya qol­­la­rınızı sinənizin üzərində qovuş­dur­ma­yın.

İş əsnasında verilən tapşırıqları, ad­ları, telefon nömrə­lə­rini, tarixləri qə­­tiyyən unutmayın.

Yazılarınızda və sənədlərlə iş­lər­kən xətaların olma­ma­sına çalışın.

Hər zaman təqdim edildiyinizdə və ya tanış edildi­yi­niz­də ayağa qalxın.

Siz insanları tanış edəcəyiniz za­man daha vacib olan in­sanın adını əv­vəl söyləyin.

Telesekretarınıza adınız, vəzi­fə­niz, şöbəniz və nə vaxt imkanınız ol­du­ğuna dair qısa və konkret məlumat verin ki, o da gələnləri lazımi qaydada məlumatlandırsın.

Axtardığınız adama mesaj qoyarkən adı­nı­zı və soyadı­nı­zı, niyə axtardığınızı və telefonunuzu bildirin.

Bir yerə gedərkən, sə­la­hiyyətiniz xaricində bir şeyi et­mək is­tərkən özünüzdən yuxarı vəzifədə olan­lar­dan izn (icazə) alın. Lazımi mə­lu­ma­tı iş yoldaş­ları­nı­za da verin.

Başqa yerə göndərilərkən təşkilatı təmsil etmək, idarə­nin hörmətini qorumaq əsasdır. Bütün hərəkətlərinizlə təmsil etdiyiniz şirkətin nüfuzunu yüksəltməyə çalışın.


Şərhlər:
Baxılıb: 722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz