Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanışlıq qaydaları
Tanışlıq qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 503
Səs ver:
Tanış olma ayas üstə və ilk qarşılaş­ma­da aparılır. Ta­nış­lıq əsnasında otu­ran kişi ayağa qalxar. Ancaq otu­ran yaşlı, xəstə, üst vəzifəli və ya xanım isə qalxmaya bilər.
Ümumi olaraq, gənc böyüyə, alt və­zi­fəli üst vəzifəliyə, yeni gələn orada olanlara təqdim edilir. Xanımlar an­caq üst idarəçilərə, yaşlılara və din adamlarına təqdim edi­lir. Bir xanım şəxsən özünü bir kişiyə tanıt­ma­malıdır.
Rəsmi təqdimdə əvvələ «hörmətli» və ya «cənab» sö­zü qoyularaq ada­mın sadəcə və­zi­fəsi – titu­lu söy­lə­nir (Məs: Hörmət­li şöbə mü­di­ri, Cənab polkovnik və s.).
Üst vəzifəyə yaxud topluluğa təq­dim­də ada­mın əvvəl ti­tu­lu, sonra adı, soyadı söylənir (Məs: Hör­mət­li Baş me­ne­cer Yusif Heydarlı).
Xüsusi və ictimai yerlərdə isə təq­dim və tanışlıqda isə adamın sadəcə adı və soyadı söylənir (Süleyman Əli­za­də). Lazımdırsa adamın ad və soyadından sonra titu­lu deyilə bilər (Hörmətli Musa İsayev, texniki di­rek­tor).
Rütbələr, elmi dərəcələr (akademik adlar) və pe­şə titul­ları adlardan əv­vəl göstərilir (General-mayor Məm­məd Əsgərov, Fəlsəfə elmlər nami­zə­di Teymur Həsənov).
İnsan özünü təqdim edər­kən/ta­nı­dar­kən adını, soyadını, lazım olsa rüt­bəsini (elmi dərəcəsini) söyləyər (Ra­miz Əhmədov, professor dok­tor). Özünü rütbəsi ilə tanıdan və ya rüt­bə­sini əvvəl deyən adam rütbəsi ilə qabağa çıx­mağa çalışan adam­dır. Əslində, insanın adı vacib­dir, ad əv­vəl gəlməlidir.
Yaş, vəzifə, titul və rütbə baxı­mın­dan bir böyüklə tanış­lıqda əvvəl ica­zə alınmalıdır. «İcazənizlə, sizi ya­xın dos­tum Mustafa ilə tanım edim», «İcazə versəydiniz sizə qo­hu­mum Nurəddini təqdim etmək is­tərdim» deyil­mə­li­dir.
Tanış edilən adam eyni səviyyədə isə «məmnun oldum», «çox şad ol­dum» kimi ifadələrlə cavab ver­mə­li­dir. Yu­xarı səviyyədə və ya xanım isə «şərəf verdiniz», «mü­şər­rəf ol­dum» və s. deməlidir.
Kişi yaşından asılı olma­ya­raq özü­nü qadına təqdim et­mə­li­dir.
Əgər iki nəfəri bir-biri ilə tanış edir­sinizsə, əvvəlcə kiçiyi təqdim etmək lazımdır.
Başqası ilə tanış olarkən onun gö­zünə baxmaq lazımdır. Bu zaman gü­lümsəmək yaxşı olar.
Düşüncə, iman, siyasət və s. baxım­dan əks olan adam­ları tanış etmək doğ­ru deyil. Tanış edilməyi rədd et­mək də xoş deyildir.
Xüsusi bir səbəb olmazsa küçədə ta­nış­lıq aparılma­ma­lıdır. İki kişi kü­çədə bir xanımla qarşılışarkən kişi­lərdən biri xanımı tanıyırsa, digər ki­şi də xanımı salamlayar. Xanım ta­nıdığı kişi ilə danışmaq üçün da­yanarsa, digər yad kişi danışığa qa­tıl­maz, bir neçə addım gedərək göz­lə­yər. Bu vəziyyət kişilər üçün də ey­ni­dir.
Bir kişi ər-arvad olan iki nəfərlə ta­nış edilərsə əvvəl ərə, sonra arva­da tanış edilər.
Ailə ilə tanışlıqda adam əvvəl ana, sonra ata ilə tanış edilər.


Şərhlər:
Baxılıb: 503
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz