Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hədiyyə, gül vermə və təşəkkür metodları
Hədiyyə, gül vermə və təşəkkür metodları
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 659
Səs ver:
Hədiyyə həm verəni, həm də alanı şad edən əsilzadə bir davranışdır. An­caq seçilən hədiyyə bahalı olma­malı, adamın yaşı, zövqü və cin­siy­yə­tinə uyğun, dostluq və yaxınlıq də­rəcəsilə mütənasib olmalıdır. Çün­ki hədiy­yə­nin mənası insanı xa­tır­latmaq və sevgi duyğularını bil­dir­məkdir.
Hədiyyə qarşılıqsız verilməli, heç vaxt reklam və ya mən­fəət məq­sədi güdülməməlidir. Ailə fərdləri xaric, heç kimə pul hədiyyə edilməz.
Əl ilə (hədiyyə edən tərəfindən) gə­ti­rilən hədiyyə dərhal açılır və gə­ti­rən adama təşəkkür edilir.
Ev üçün gətirilən hədiyyə açılır və görünən bir yerə qo­yulur.
Hədiyyəyə qarşı soyuq və müna­si­bət­siz qalmaq, hədiyyə gətirənə «Ni­yə zəhmət çəkdiniz?», «Nə vacib idi?» kimi ifadələr demək doğru de­yil.
Hədiyyə gətirənə «Çox ali­cə­nab­sı­nız», «təşəkkür edirik», «minnət­da­rıq» və s. deyil­məlidir. Ayrılar­kən də hədiyyəyə görə minnətdarlıq bir daha edilir.
Hədiyyə göndərilmişdirsə, göndə­rə­nə əvvəl məktubla, daha sonra da ilk görüşdə sözlə təşəkkür edilir.
Hədiyyə bir vasitə – maşın, təyyarə, gəmi və s. gön­də­ri­lər-kən ona vizit­kart qoyulur və əlyazısı ilə uyğun bir-iki söz yazılır. Amma əl ilə verilən hə­diyyəyə vizitkart qoyulmaz.

Gül (çiçək) vermə və qəbul etmə:
Gül vermək ictimai davranışlarda insanın duyğularını əksetdirən gözəl və alicənab bir davranışdır. Ancaq gül seçiminə və verilməsinə diqqət etmək lazımdır.
Güllər üç cür formada nizamlanır: Buket, səbət və çələng. Bun­la­rın işlənmə yerləri və stili ayrıdır.
Buket əl ilə verilir, səbət və çələng isə göndərilir.
Çələng: abidələrə qoyulur və dəfn mərasimlərinə gön­də­rilir. Bəzi açılışlarda və şənliklərdə də istifadə olunur.
Səbət: Nişan, nigah və toylara, sənətdəki müvəffə­qiy­yə­tə, açılış mərasimlərinə göndərilir. İş həyatındakı yük­səl­mə, vəzifəyə başlama və vəzifədə yüksəlmə müna­si­bə­ti ilə ümumi olaraq səbət içərisində gül-çiçək təqdim edilir.
Buket: Sevgiliyə, həyat yoldaşına, anaya, xəstəyə, yemə­yə dəvət edən ev sahibinə, səhnədəki aktyora (aktri­sa­ya), konfransda çıxış edənə, yola (səyahətə) salınan ada­ma verilir.
Nə münasibətlə olursa olsun, vasitə ilə göndərilən güllə­rin üzərinə ad yazılmış kartlar ev sahibi tərəfindən alı­nır. Ev sahibi daha sonra gül-çiçək göndərənə yazılı tə­şək­­kür edər.
Təbrik, təşəkkür, yeni uşaq, sağalma və ya evdə axşam yeməyi dəvəti səbəbi ilə buket içərisində qısa saplı gül (çiçək) aparılmalıdır. Əl ilə verilən büketə kart bağlan­maz.
Buket sol əldə daşınmalı və qapını açan adama ve­ril­məlidir.

Təşəkkür etmə:
Təşəkkür minnətdarlıq, şükr duyğularının şifahi, yazılı və hərəkətlə ifadə edilməsidir.
Təşəkkür, gündəlik icti­mai və sosial həyatda alicənab və nəzakətli bir adamın insani vəzifəsidir. Buna görə insan, keçmək üçün qapı açana və tutana, məktubu gətirənə, sevincini və kədərini paylaşana, mehmanxanada və yeməkxanada xidmət göstərənə, özünə bir şey öyrədənə, özünə xidmət, yardım və yaxşılıq edənə təşəkkür borcludur. Ancaq təşəkkür səmimiyyətlə – ürəkdən və təbəssümlə söylənməlidir.
Təşəkkür edənə də «Dəyməz», «Mən də təşəkkür edi­rəm», «Sağ olun» kimi sözlər deyərək təbəssümlə cavab verilməlidir.


Şərhlər:
Baxılıb: 659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz