Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər
Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1950
Səs ver:
Əllamə Məclisi "Hilyətül-müttəqin” kitabının "Xatimə” bölümündə yazır:

İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət edilib ki, bir neçə əməl kasıblığa səbəb olar, bəzi əməllər də ruzini artırar.

Kasıblıq gətirən əməllər bunlardır: evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq), hamamda çimərkən sidik buraxmaq, cənabətli halda yemək, ayaq üstə saç daramaq, süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq, yalandan and içmək, zina etmək, acgözlük etmək, şam və xiftən namazlarının arasında yatmaq, sübhdən sonra, Günəş çıxmazdan əvvəl yatmaq, çoxlu yalan danışmaq, ğinaya (haram musiqiyə) qulaq asmaq, axşam dilənən dilənçiyə heç nə verməmək, yaşayış xərcini həddən artıq çoxaltmaq (israf etmək) və yaxınlarla (qohumlarla) pis rəftar etmək.

Var-dövlətin çoxalmasına səbəb olan əməllər isə aşağıdakılardır: sübh namazından və əsr namazından sonra təqibat (dua) oxumaq, yaxınlara yaxşılıq və ehsan etmək, evin həyətini süpürmək, öz malını mömin qardaşlarla bölüşmək, səhər tezdən ruzi dalınca getmək, çoxlu istiğfar etmək (yəni günahlarını bağışlamaq üçün Allaha yalvarmaq), camaatın əmlakına xəyanət etməmək, düzgün və haqq söz danışmaq, müəzzinin (azan verənin) ardınca azanın sözlərini təkrar etmək, ayaqyolunda danışmamaq, dünyaya həris olmamaq, nemət verənə (həm Allaha, həm də ehsan edən insanlara) təşəkkür etmək, yalan yerə and içməkdən çəkinmək, yeməkdən qabaq əlləri yumaq, süfrədə qalmış qırıntıları toplayıb yemək. Hər kim gündə otuz dəfə "Sübhan Allah” söyləsə, Allah-təala yetmiş cür bəlanı ondan uzaqlaşdırar ki, bu bəlaların ən yüngülü kasıblıqdır (Bu hədis "Vəsailüş-şiə” kitabında da mövcuddur; XV, 347-348, hədis 20704).

Şeyx Səduqun "Xisal” və Tacəddin Şəirinin "Cameül-əxbar” kitablarında kasıblığı aradan qaldırmaq və ehtiyaca düşməmək üçün məsumların kəlamlarına əsaslanan bəzi tövsiyələr verilb. Onlardan bəzilərini diqqətinizə təqdim edirik:

İmam Mühəmməd Baqir (ə) buyurub: "Başqalarına yaxşılıq etmək və sədəqə vermək kasıblığı aradan qaldırar, ömrü uzadar və yetmiş cür bəlanı insandan uzaqlaşdırar”.

İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kim cümə axşamı günündə bütün dırnaqlarını kəsib, birini cümə gününə saxlasa, Allah kasıblığı ondan uzaqlaşdırar”.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim dilənmək qapısını bir dəfə açsa, Allah kasıblıq qapılarından birini onun üzünə açar (yəni hər kim ehtiyacı olmadığı halda başqasından nə isə istəsə və ya ruzi qazanmağa gücü çatdığı halda dilənçilik etsə, Allah onu həqiqətən kasıblığa düçar edər)”.

İmam Əli (ə) buyurub ki, evə daxil olarkən Ixlas surəsini oxumaq kasıblığı aradan qaldırar.

Peyğəmbər sağ əlin barmağına əqiq üzük taxmağı da kasıblığa qarşı faydalı hesab edirdi. İmam Cəfər Sadiq (ə) isə bu məqsədlə yaqut üzük taxmağı məsləhət görürdü.

Tacəddin Şəirinin "Cameül-əxbar” kitabında (səh. 125) yazılıb ki, Həzrət Mühəmməd Peyğəmbər (ə) kasıblığa səbəb olan iyirmi əməli sadalayıb. Bunları edən adamın ruzisi azalar, bərəkəti çəkilər. Bu əməllərdən bəziləri yuxarıda Həzrət Əlidən (ə) rəvayət edilmiş hədislə oxşardır. Fərqli əməllər isə aşağıdakılardan ibarətdir:

Gecə çılpaq halda yataqdan qalxıb sidiyə getmək, yeməkdən əvvəl əlləri yumağı tərgitmək, süfrədəki qırıntılara xor baxmaq (yəni onları tapdalamaq və ya zibilliyə atmaq), soğanı və sarımsağı odda yandırmaq, evin kandarında oturmaq, gecə evi süpürmək, ayaqyolunda yuyunmaq (övrət yerlərini pak etmək istisna edilir), qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq, su qabının ağzını örtməmək, namaza etinasız yanşmaq, məsciddən tez çıxmağa tələsmək (yəni məsciddə ibadətləri tələsik yerinə yetirmək), sübh tezdən bazara gedib axşamdan keçmiş qayıtmaq, övlada bəddua və lənət etmək, yalan danışmaq, paltarı əyində geyilmiş halda tikmək, çırağı üfürməklə söndürmək, doyduqdan sonra yeməyə davam etmək.


Şərhlər:
Baxılıb: 1950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz