Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Unudulan Novruz adətləri
Unudulan Novruz adətləri
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 769
Səs ver:
Folklorşünas alim: "Novruza aid elementlərin bizə ən yaxşı halda üçdə biri gəlib çatıb"
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. "Novruz" farsca "Yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Qədim zamanlardan Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Novruz Azərbaycanla yanaşı, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.

İranda süfrələrdə fərqli səməni olur və bu səməni ən çox mərcidən göyərdilir. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.

Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolad kimi olur.

Azərbaycanda isə adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. Ancaq bir sıra adətlər var ki, günümüzə təhrif olunmuş formada çatıb.

Folklorşünas alim, professor Məhərrəm Qasımlı da Bahar qızı, atəşdən od götürüb tonqal qalamaq kimi adətlərin qondarma olduğunu bildirdi: "Novruzla bağlı olduqca çox adətlər var ki, onlar hazırda unudulub. Novruza aid elementlərin, ünsürlərin bu gün bizə ən yaxşı halda üçdə biri gəlib çatıb. Bu dünya folklorunda da var ki, baharın gəlişi münasibəti ilə insanlar kosa ilə keçəli məsxərəyə qoyub ələ salırlar.

Onlar sırf məsğərə obrazlarıdır. Kosa da Keçəl də qışın rəmzidir. Fikir versəniz, görərsiniz ki, onların əyni-başı tör-töküntüdür, pay dilənirlər və sairə. Burada əslində tarixi mərasim təhrif olunub. Tarixi mərasimdə kosa, keçəl, bir də keçi olmalıdır. Keçmiş rəsm əsərlərinə baxsanız ,görə bilərsiniz. Keçi yeni ilin, yazın rəmzi hesab edilir. Hazırda Keçini ortaya çıxarmaq çətinləşib deyə çıxarmırlar. Tarixi mərasimdə Kosa ilə Keçəl savaşır, meydana gələn keçi isə Kosanın qarnını vurur dağıdır, Keçəli isə qovub uzaqlaşdırır. Yəni köhnə ili, qışı qovub uzaqlaşdırır və özünün gəlişi ilə yazı, baharı gətirir.

Tonqal yandırma mərasiminə gəlincə bu odun-ocağın şəfaverici, aydınlaşdırıcı gücü ilə bağlıdır ki, adamlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başlayırlar. Bunun atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlərdə tonqal, od müqəddəs idi. Müqəddəs odun üstünə də adam atılıb deyər ki, ağırlığım tökülsün?! Ona görə atəşpərəstlikdəki odla Novruz bayramındakı od ayrı-ayrı şeylərdir. Novruz bayramındakı tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, bir müddət öncə papaq atmanın yığışdırılması ilə bağlı müzakirələr aparılırdı. Folklorşünas alim isə bunun tamamilə yanlış düşüncə olduğunu deyərək papaq atma mərasiminin qədimlərə söykəndiyini bildirdi: "Papaq atma uşaqların əylənməsi üçün olan bir şeydir. Adamlar gəzişir, papaq atırdılar. Onların papağı isə qırmızı boyanmış yumurta, qorğa, konfetlə doldurulardı. Deyirlər ki, böyüklərin papağını qapıya atmaq olmaz. Bu düz fikirdir. Ancaq qapıya atılan böyüklərin yox, uşaqların papağı olur.

Kimlərsə özündən nəsə uydurur ki, papağın yerinə kağız və torba atılsın, bu gülməlidir. Tarixə nəzər salsaq bu adətin olduğunu görərik. Qeyrət rəmzi böyüklərin papağı sayılır, uşaqların yox. Novruz bayramında gedib atəşdən od gətirirlər. Bu, qondarma, uydurma bir şeydir. Bu bizim mədəniyyətimizə yamaqdır. Bahar qızı da sovet hökuməti dövründə uydurulmuş və Novruz bayramına yamanmış bir şeydir. Azərbaycan ailəsində kim öz qızını qoyar ki, bahar qızı kimi çıxıb ortada oynasın. Milli mentalitet tarixi ona uyğun deyildi".


Şərhlər: 11
Baxılıb: 769
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
men sevirem novruz bayramini semeni qoymagi qonaq getmeyi tonqal qalamagi sufre bezemeyi yumurta doyusmeyi yumurta boyamagi cox sevirem
28 avqust 2015 16:14
# 11
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Catwoman666
Nifrət edirəm bayramlara! Bayramlar da mənim həyatım kimi adi, maraqsız, darıxdırıcı...

...666...
20 avqust 2015 00:01
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
En cox sevdiyim bayramdir Novruz bayrami, adetleri de gozeldir, ancaq zaman kecdikce bezi adetleri unudulur, cox heyif.
19 avqust 2015 07:47
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Narın Yağış
Onların papağı isə qırmızı boyanmış yumurta, qorğa, konfetlə doldurulardı. - Bu cümləni gördüm rayonda keçirdiyim bir novruz bayramı yadıma düşdü.. onu deyimki uje novruz adətlərindədə müasirləşmə gedir 23 rayonda olduğum il düz 30 yumurta qaynat qəşəy qızart papaqlara qoy ver səhər dur görki darvazanın qabağına yumurtadan ayağ basmaq olmur.. 23 indikilər yumurta falan istəmir puldu əsas 11
18 avqust 2015 23:12
# 8
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Meleknur
Novruzu cox sevirem cox maragli adetler olur o bayramda
18 avqust 2015 23:01
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Lola_Maya_
en cox sevdiyim bayramlardan biri
18 avqust 2015 22:56
# 6
tek umidim sen
Cox sevirem Novruz bayramini. Burda yazilanlarla da tam raziyam...
18 avqust 2015 22:42
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
bu bayram Azərbaycanda keçirilməsi qadağan edilmişdi bir müddət bundan əvvəl,lakin bunu yenidən keçirilməsi qərarı veridli H.Əliyevin dövründə.yoxsa indi novruzu ancaq nənənlərdən-babalardan eşidərdik ama unudulan adətlərədə heyif
18 avqust 2015 22:27
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Novruz en sevdiyim bayramlardandir.adetlerini cox sevirem severek emel edirem
18 avqust 2015 20:59
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
VIP
Novruzu cox sevirəm.Yaxşıkı bu bayramımız var.Əfqanlıların hazırladıgı həft meyvəsindən məndə hazırlamışam.Cox şirin ləzzətli olur.Novruzun ənənələrin sevirəm
18 avqust 2015 20:56
# 2
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
en cox sevdiyim bayramdir nOVRUZ BAYRAMI,OZ ADET ENENELERIYLE BOLLUQU BEREKETIYLE OYUNLARIYLA SEVINGIYLE ISDI NEFESI GOZEL TERAVETIYLE
18 avqust 2015 20:36
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz