Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir çin işgəncəsi: Lotus ayaqlar
Bir çin işgəncəsi: Lotus ayaqlar
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 838
Səs ver:
Ayaq bağlanması (başqa adla Lotus ayaqlar, qız uşaqlarının ayaqlarının müəyyən bir ölçünün üstündə boyüməməsi üçün edilən"estetik" əməliyyat) ənənəsi,10-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər təxminən min il boyunca milyonlarla Çinli qadının məruz qaldığı "işgəncədir" əslində.

Ənənənin mənşəyi
Ənənənin mənşəyi 10-cu əsrin ikinci yarısında Çində hökm sürən Tan sülələsindən başladı. İmperator Li Yu'nun çox sevdiyi bir kölə qızın kiçik ayaqları ilə lotus şəklindəki platformanın etdiyi rəqs bütün Çində bir "moda" başlatdı. Saray içindəki və xaricdəki qadınlar bu gözəl qızın imperatorun gözünə girməsinin səbəbinin ayaqlarının kiçikliyi olduğu qənaətinə gələrək öz qızlarının ayaqlarının böyüməməsi üçün bir çarə axtarışına başladılar. Nəhayət 3-5 yaş arasındakı qızların ayaq barmaqları qırılıb ipəkdən sarğılarla yaxşıca, olduqca bərk bağlanması şəklində bir metod kəşf edildi və yüzlərlə il ərzində milyonlarla aristokrat Çinli qadın bu işgəncəyə məruz qaldı. Bu şəkildə ayaqların 7,62 santimetrdə qalmasıyla birlikdə, dabandaki əyilmə də ortadan qalxdı. Bu görüntü o zamanlar gözə çox gözəl göründüyü halda, indi anormal, şikəst bir ayaq görüntüsünü verir.

Buna niyə razı olurdular?

Kiçik ayaqlı qadınlar, özlərini imtiyazlı hiss edirdilər, çünki bütün həyatları boyunca müstəqil hərəkət etmələri əngəllənirdi. Bəs buna nə üçün sevinirdilər ki? Ayaqlarının barmaqlarının qırıq olması, elə də buraxılıb, bərk-bərk bağlanması (ağrını təsəvvür edin) nələrinə lazım idi? Niyə bu cür ağrıya dözürdülər? Çünki Çin şəhərlərində qadınların küçələrdə gəzmələri, kişilərlə eyni mühitlərdə olmaları, xüsusilə aristokrat qadınlardısa, xoş qarşilanmırdı. Ayaq bağlama əməliyyatı qadının tək başına gəzməsinə maneə törətdiyindən onların tək şəhərə çıxmaması, tək gəzə bilməməsi namusuna bir zərər gəlməməsi demək idi. Geydikləri xüsusi ayaqqabılara "qızıl lotus" deyilirdi.

Əməlliyyatdan sonrakı mərhələlər
Kiçik ayaq yaxşı bir evliliyə atılan ilk addım idi. Kiçik ayaqlı qız uşaqlarına əməliyyatın reallaşması anından etibarən bir də kölə verilirdi. Kölə və bu "işgəncəyə"məruz qalmış qadın bütün həyatlarını birlikdə keçirir, bir növ asılılıq əlaqəsi qururdular. Lotus ayaqlı qızların evliliklərindən sonra məsuliyyətləri qaynanasına keçir, ona bir şey olarsa da, ərlərinin bacılarınının (baldızı) məsuliyyəti altına girirdilər. Onların bir çoxu bu prosesdən şikayət etmirdilər. Çünki ömür boyu bir şikəstliyin, güclü ağrının qarşılığı yüksək status, zənginlik, möhtərəmlik və yaxşı bir evlilik idi. Eyni zamanda bir qız uşağının ayaqlarının bağlanması, onun imperatorun arvadı olmağa namizəd olması demək idi.

Etirazlar
Bu ənənəyə qarşı 17-ci əsrin başlarından etibarən etiraz başladı. Tzin sülaləsinin 1645-ci ildə ayaq bağlamanı qadağan etdi, amma bunda müvəffəqiyyət qazana bilmədi. 1911-ci ildə Çinlilərin və Qərblilərin də köməyiylə bu əməliyyat cinayət sayılmağa başlandı. Bəzi qadınların bu qadağaya qəti etiraz etdi. Bunun üzərinə gənc Çin Xalq Respublikası Hökuməti, üç mərhələli bir program başlatdı. Proqramın ilk mərhələsi bütün təhsil mərkəzlərində bu əməliyyatın fəsadları haqda məlumat verilməsi idi. Digər 2-si isə təhsil almayanların müxtəlif yollarla məlamatlandırması və lotus ayaqlara sahib olanların bundan sonra evlənə bilməyəcəyi idi. Qısacası kiçik ayaqlı qadınları bu dəfə də "evdə qalma" təhlükəsi gözləyirdi.

Bütün bunlar işə yaradı və qısa zamanda Çinin çox böyük bir qismində bu ənənə sona çatdı. Çindən qaçan ailələr arasında isə davam etdi. Xüsusilə ABŞ-da bu ənənənin 1950-lərə qədər davam etdiyi deyilir.


Şərhlər: 16
Baxılıb: 838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tenha cicek
neye lazimdir ki bu cox menasizdir qadinlara isgence vermekden otru olurler
4 yanvar 2016 15:49
# 16
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Catwoman666
İşgəncədir bu! bu haqda tvde görmüşdüm bir dəfə.

...666...
29 iyul 2015 21:49
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Brilliantam
Bu ne demekdir,ne axmaq adetdir.
25 iyul 2015 12:10
# 14
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
roksi1995
bilirdim bu adetlerini
25 iyul 2015 11:05
# 13
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Dosta_inam
Boy bu neydi, Allah agil versin, qadinlara o qeder zulum neye lazim ki.
25 iyul 2015 05:44
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
cox sefeh adetlerıymıs yszıq usaqların barmaqlarını sındır nedı nedı esıyee
25 iyul 2015 01:27
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Bowuna demirler cin iwkencesi
25 iyul 2015 01:17
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aLoNe AnGeL
Azerbaycanim sevirem seni gozel vetenim heart
25 iyul 2015 01:07
# 9
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Bebiw
ncncnc fawistlerden betwrdiler
24 iyul 2015 22:35
# 8
sowu
Mrs.Pianist
Allah uzaq etsin
24 iyul 2015 21:59
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
sadecə mən
Qorxuncdu hətta faciədi.Görün qadın ərə getmək uğruna nə günə düşüb.
24 iyul 2015 21:05
# 6
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
BARBI
Heqiqetende esl cin iskencesiymis qadinlara yasadirlar. Ayaqlar deformasiya olunur
24 iyul 2015 21:00
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gul_Konul
Fuu ALLAH uzaq etsin
24 iyul 2015 20:56
# 4
qanadli melek
Boy neler var dunyada Allah uzaq elesin
24 iyul 2015 20:46
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lale.veliyeva19
boooy allah uzaq eləsin
24 iyul 2015 20:33
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Canavar sevgisi
Cin iwgencesi adli kitab oxumuwam bir insanin xatireleridi. Coooox dehwetdi cinliler
24 iyul 2015 20:31
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz