Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızın cehizi nə olmalıdır?
Qızın cehizi nə olmalıdır?
Göndərən: aliceWOnDer
Şərhlər: 20
Baxılıb: 1509
Səs ver:
Qız beşikdə, cehiz eşikdə” atalar sözünü güman ki, çoxunuz eşitmisiniz. Aramızda elə valideynlər var ki, bu məsələyə sözün əsl mənasında tam əməl edir, hətta qız övladı doğulmamışdan öncə ona cehiz tutmağa başlayır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay sonra bu məsələni həll edir.

Bu yazıda qız övladı olan valideynlərin həm ən böyük problemi, həm də unudulmaz zövqü olan cehiz adətimizdən bəhs edəcəyik...

Cehiz adətinin kökü
Hələ qədim dövrlərdə valideynlər qız köçürəndə ona müəyyən əşyalar verərmişlər. Ancaq bu, indiki cehiz anlamında deyil, simvolik məna kəsb edərmiş. Məsələn, nənəm söylərdi ki, onun cehizi bir süpürgədən və bir qazandan ibarət olub.
Süpürgənin verilməsində məqsəd, yeni gəlinin təmizkar, səliqəli olmasına işarə, qazan isə gənc ailənin ruzili olması üçün bir simvol idi. Nənəmin söylədiyinə görə onun anası ərə gedəndə valideynləri ona bir ləyən və bir aftafa cehiz veriblər, hər axşam həyat yoldaşı işdən gələndə təzə gəlin o ləyəndə aftafa ilə ərinin ayaqlarına su tökərmiş...
Zaman irəlilədikcə, cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, daha dəyərli cehiz vermək barədə bir növ yarışa giriblər. O zamanların ən məşhur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi.
İllər ötdükçə, cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək paltarlar da əlavə edilirdi. Amma bunları maddi durumu daha yaxşı olan ailələr edə bilirdi. Elə o zamandan da cehiz adətində bölünmə başladı: kasıb ailələrin və varlı ailələrin cehizi...

Keçmişdə cehizlik əşyalar
Keçən əsrin əvvəllərində maddi durumu normal olan ailələrin gəlinlik qıza verdiyi cehiz də o qədər böyük olmurdu. Bunlar bir neçə qab-qaşıq, iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşəkdən ibarət idi.
Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri, güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd pul kisəsi, 20-30 cüt çarıqbağı, qələmdanqabı və s. də vardı. Məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" da cehizə daxil idi.
Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara dabandaşı da cehizdə olurdu. Bunlardan başqa, bir-iki xalça-palaz, çamadan-xurcun, saxsı qab-qacaq, nehrə, küpə, kuzə, aşsüzən, yeddi taxta qaşıq, taxta boşqab, oxlov, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, qazan, mis aftafa-ləyən, hamam sətili (bir növ stul), altı kabab şişi və s. metal əşyalar da cehizə qatılırdı.

Cağdaş cehiz adəti
Daha cox müsəlman aləmində əməl edilən cehiz adəti şişirdilməsə, olduqca gözəl ənənədir. Təəssüf ki, indi cehiz dedikdə adət-ənənə və bu adətin gözəlliyi düşünülmür, əksinə, qızın ailəsinin nə verəcəyi, nə qədər xərc çəkəcəyi, elektronikanı hansı marka alacağı, mebelin haradan sifariş ediləcəyi və s. kimi məsələlər marağa səbəb olur.
Dövrümüzdə qız ailəsi tərəfindən cehiz olaraq əsasən, qab-qacaq, yorğan-döşək, elektrik avadanlıqları, dekorativ əşyalar - bir sözlə, zəruri olan bütün əşyalar verilir. Maddi durumu yaxşı olmayan qız ailəsinə oğlan tərəf dəstək çıxır, mebeli oğlan valideyni alır. Maddi imkanı nisbətən yaxşı olan ailələr yataq və qonaq otağı üçün mebel dəsti, daha yaxşı maddi duruma malik olanlar isə mətbəx mebeli və uşaq otağı dəsti də də alırlar.
Özəlliklə qeyd edək ki, bəzi durumlarda qız atası bu cehizin yığılması üçün qızına ev də cehiz verir. Bütün bu bahalı cehizin, dəbdəbəli ev əşyalarının verilməsi, çox vaxt qızın baş ucalığı və şan-şöhrət üçün edilir...

Cehizə nə qədər pul xərclənir?
Araşdırmalarımıza görə, hazırda qızına orta səviyyəli, sadə cehiz vermək üçün valideynlər təxminən 5-10 min manat məbləğində pul xərcləməli olurlar. Amma bu, nisbətən azala və xeyli arta da bilər. Maddi durumu orta səviyyəli olan ailələrə ev qurmaq təxminən 10-15 min manata başa gəlir.
Amma təbii ki, bu durum hər cehiz üçün keçərli deyil. Elə ailələr var ki, cehiz üçün tam bir sərvət xərcləyirlər. Əyani bir misal:
Qonşuluğumuza yeni evlənmiş bir ailə köçdü. Toydan öncə oğlan tərəfi bu 3 otaqlı mənzili gənc ailə üçün 73 min manata aldı. Qızın ailəsi də xəsislik etmədi, cehizə təxminən 60 min manat civarında pul xərclədi. Evin hər bir əşyası qızın cehizi ilə alındı, hamısı da məşhur markalar...
Paytaxt sakini Sevinc Qocayeva deyir ki, valideynləri onun cehizinə 8500 manat pul xərcləyib: "Amma təbii ki, məsələ bununla bitmədi. Cehizimə qohumların da qatqısı oldu, ailə dostları və yaxın qohumlar xeyli cehizlik əşya almışdılar”.
Kompyüter mühəndisi Asəf Həsənov isə deyir ki, xanımı normal cehiz gətirib: "Həyat yoldaşımın ailəsi kredit götürüb cehiz aldı, amma məndən olsaydı, heç gərək görməzdim. Hələlik, mənim valideynlərimlə yaşayırıq, evdə də lazımı əşyalar var. Cehiz nəyimizə gərəkdi? İkimizin də işimiz var, öz qazancımızla ev alacağıq bu yaxınlarda, evimiz olandan sonra da işləyib hər şeyimizi ala bilərdik. Amma mən etiraz edəndə dedilər ki, adətdir, cehizsiz gəlin köçməz”
Bakı sakini Ceyran Rzayeva isə deyir ki, valideynləri onun cehizi üçün 12 min manat xərcləyiblər, yeni ailənin 3 otaqlı evi bu cehiz hesabına qurulub.

Lənkəranda qız cehizində mal-qara və ev quşları da olur
Bir-iki xırda nüansı nəzərə almasaq, Azərbaycanın bütün bölgələrində cehiz eyni formada tutulur, yalnız cənub bölgəsindən başqa. Cənub bölgəsində, əsasən də Lənkəranda cehiz adəti bir qədər fərqlidir.
Lənkəranın Veravul kəndindən olan Asimə Nəsirli deyir ki, Lənkəranda analar, qızları  10-11 yaşında olandan onlara cehiz tutmağa başlayırlar: "Elə ki qız nişanlandı, cehiz almaq ailədə ən prioritet sahəyə çevrilir. Əksər hallarda, valideynlər qızı bütün lazımi əşyalarla təmin etməyə çalışırlar.
Qız toyundan sonra, oğlan toyundan öncə, müəyyən edilmiş bir gündə bütün qohumlar qız evində təşkil olunmuş qonaqlığa gəlirlər və hərə cehiz üçün bir hədiyyə gətirir. Lənkəranda cehiz mədəniyyəti bir qədər fərqlidir, ərə gedən qızlara böyük ləyən dəstləri, toy və ya digər mərasimlərdə istifadə etmək üçün iritutumlu qazanlar və teştlər, 5 və ya 6 dəst namaz üçün canamaz verilir. Bundan əlavə, gəlinin gedəcəyi evdə yaşlı insan varsa, onlara xüsusi nimdər (döşəkcə), misdən hazırlanmış aftafa-ləyən də verilir”.
Asimə xanımın sözlərinə görə, Lənkəranda hətta cehizə mal-qara – inək, qoyun, at, ev quşları - qaz, ördək, toyu-cücə də əlavə edilir. Orta hesabla, normal bir cehiz üçün ailə 8-10 min manat xərcləməli olur. Cehiz almaq üçün bankdan kredit alanların da olduğunu söyləyən Lənkəran sakini qız cehizində əksər vaxt həm yataq, həm qonaq otağı mebelləri, həm də mətbəxt dəstləri də verildiyini dedi.

Cehizdə yemək sandığı
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən biri olan Marneulu rayonunun Sadaxlı kəndində qohumlarım var. Orada qız üçün alınan bütün cehizlər toydan öncə bir növ sərgi halına salınır, kəndin bütün əhalisi cehizə baxmağa gəlir.
Qız cehizi oğlan evinə toy günü gəlinin özü ilə birgə gedir. Daha maraqlısı isə odur ki, cehizin ən önəmli atributlarından biri, ağzına qədər yemək və şirniyyatla doldurulmuş sandıq olur. Gəlin bir həftə oğlan evinin mətbəxində bişəndən yemir, anasının sandığa qoyduqları 7 gün ona bəs edir.
İstənilən halda, cehiz adəti olduqca gözəl və gərəkli ənənədir, bir şərtlə ki, "ağ etməyəsən”. Cehizə, ailələrin mal-mülk müsabiqəsi kimi yox, milli adət kimi yanaşmaq gərəkdir. Cehizində nəyin olması və nəyin olmaması önəmli deyil, önəmlisi odur ki, ər evinə köçən qız ata yurdundan əliboş yola salınmır. Amma cehizsiz ailə qurmağı da heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan, ər evinə mənəvi cehiz - ismət, abır-həya və təmiz qəlb apara bilməkdir.

Bəs Sizcə indiki zamanda qızın cehizi çoxmu önəmlidir? Cehizdə nələrin olması mütləqdir? Fikrləriniz maraqlıdır...


Şərhlər: 20
Baxılıb: 1509
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Seher
Cehiz qizil hamisi bossdu esas odu xosbet olmaq
15 sentyabr 2015 11:16
# 20
1
Yusif Ulker
cehiz insani xosbext elemir esas sevgidi bir birini basa dusmekdi
31 avqust 2015 18:45
# 19
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
BARBI
Cehizin olmasi mutleqdir. Elede debdebeli cehiz xoslamiram esas odurki keyfiyetli olsun.
13 avqust 2015 15:54
# 18
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
efsane..
cehiz artiq adet enenelikden cixib cox heddi asirlar o qeder xerc odemek ozunu borca salmaq tebiiki israfdi hec yaxsi hal deyil hami behse dusub ozunu illerle borc odemeye mehkum edir
12 avqust 2015 21:39
# 17
Catwoman666
Cehiz lazımdır. Amma sözün düzü heç fikirləşmirəm ki, mənim cehizim necə olacaq. Çünki bunu düşünməyə nə marağım, nə də halım var))

...666...
12 avqust 2015 20:10
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
menim cehizim çoox gözəl olacaq çoox... 128
12 avqust 2015 18:46
# 15
Don't trust anyone ∆
vipbetul
evdeki adige zubatiskadan tutmuss shpilkaya qeder butun gorunen gorunmeyen ne varsa hamisindan verilir cehizlik qizcin
12 avqust 2015 11:10
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Cehiz de lazimdir tebii ki, ancaq qederinde, esas xosbextlikdir.
12 avqust 2015 03:51
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Niquw Abdulayeva
Bir birlerinw qarsi sevgi istek hormer anlayis qayqi olmayandan sonra hansi cehizden gede biler. Lap milyardliq cehizlik versinler ovladi xosbexr olmayandan sonra. Mesel var
neynirem o qizil tesdiki icinde qan qusuram. Esas yuxaeida sadaladiqim sevi hormer anlayis qayqi olandan sonra hec cehizede ehtiyac qalmaz cunki en boyuk cehiz ele sevgi hormet qayqi sedaqetdi
12 avqust 2015 02:10
# 12
WiRiN BaLaM
oğlan evinin hər şeyi olandan sonra cehizə ehtiyac duyulmur ama adetdendi mutləq cehiz verilməlidir..
əsas anlayış xoşbəxtçilikdir xoşbəxt ailə olduqdan sonra hər şey düzələcək ))))
12 avqust 2015 01:14
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
VIP
Məndən böyük bacılarıma mama alıb yıgmışdı.Mənə nişanlandıgdan sonra alıb yıgdı.Belə cətin olur.Elə balacalıgdan alınıb yıgılsa yaxşıdı.
12 avqust 2015 00:10
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
MODABAZ
Qiz evi bankrot olur
11 avqust 2015 23:45
# 9
Heyata daim gulmek lazimdii
aLoNe AnGeL
Cehiz qızlara yazılıbda çox heyif...
11 avqust 2015 23:31
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Laliçqaa
Her bir qiza cehiz lazimdir
11 avqust 2015 23:04
# 7
Meleknur
Mama alir yavaw yavaw mende beyenirem ki gelecekde men istifade edecemse mende beyenmeliyem mama her dee cehizden daniwa daniwa Gunewime Aid demiwken mene de kecib)) amma cehizden evvel xowbextcilikdi cehizse imkan daxilinde almaq daha yaxwidi
11 avqust 2015 22:36
# 6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
GünƏşimƏ_AiD_
ay cehiz eoinden evde terpenmek olmurki )))mama saq oldun insaAllah vaxti catamda lazim olacaqini deqiq bilirem..Allah hamiya qismet etsin teki pulu cehize xerclesinler.mende uje t.ez tez magaza flan gednede baxiram gorum ne var ne yox....bacimdan pis adet kecib mene 122
11 avqust 2015 22:18
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
lale.veliyeva19
ən önəmlisi xoşbəxtlikdi o olandan sonra cehiz olmasada olar
11 avqust 2015 21:34
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

amaril
Esas xosbextcklikdi.hre sey geldi gederdi.
11 avqust 2015 21:09
# 3
Fialka
Hər bir qız ata evindən köçən zaman ona mütləq ki, cehiz verilir. Sadəcə indi hər kəs də bu eyni cür deyil kimisi lazım olanı kimisi daha da artıq şəkildə cehiz verir övladına yəni bu baxır həmdə onların maddi durumuna amma bəzi insanlar xoşbəxtliyi cehizdə görüb bunu problemə çevirir sonradan, lakin əsas ailənin mehribanlığı, xoşbəxtliyidir. Düzdür cehiz vacibdir lakin bu yoxdursa bədbəxtçiliyə çevirmək düzgün deyil..
11 avqust 2015 20:55
# 2
sadecə mən
Qızın cehizi olmalıdı əlbəttə amma çocxda dəbdəbəli bir cehizə etiyac yoxdur.Təki xoşbəxtşilik olsun cehiz olsun olmasın.
11 avqust 2015 20:44
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz