Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qoy hər evdə toy olsun!
Qoy hər evdə toy olsun!
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1206
Səs ver:
Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar, kosmetik vasitələr, zinət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.

Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur.

Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir.

Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır.

Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir.

Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır.

Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir.

Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir.

Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar. Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər.

İnanclara və adətlərə görə elçiliyə gecə getməzlər. Baxmayaraq ki, müasir şəhərlərdə bu adət unudulub.

Elçilərin qarşısına qoyulan çay razılıq alınmamış içilməz.

Qızın rəyi soruşulanda həmişə qız susar. Susmaqsa razılıq əlamətidir – deyərlər. Ancaq yenə qəti söz deməzdi. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməli idi.

Qız evinə gələn elçilər ilk dəfə hər şeyə dərindən fikir verirlər. Bu zaman elçilər qız anasının bacarığına, qonaqlara açılan süfrənin nizamına, evin səliqə-səhmanına göz qoyurlar, eyni zamanda özləri haqqında da həmin ailədə müsbət fikir yaratmağa çalışırlar

Böyük nişan mərasimi – "nişantaxdı" zamanı oğlan evindən gətirilib ərə veriləcək qızın sol əlinin adsız barmağına nişan üzüyü taxılır.


Şərhlər: 13
Baxılıb: 1206
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Allah hamiya yox isteyenlere qismet elesin
2 iyul 2015 16:30
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
Subaylara qismət olsun.mən keçmişəm bu yollardan.təşəkkürlər
1 iyul 2015 17:55
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
her bir subay insana nesib olsun insallah
1 iyul 2015 17:00
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Allah her namuslu qiza nesib etsin..Amin..
1 iyul 2015 02:37
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayka95
Allah hamiy qismet etsin
30 iyun 2015 23:53
# 9
Tomris Müslümova
Gözəl adətlərimiz var allah bizədə yaında xeyirlisi ilə qismət eləsin səbirsizliklə o xoşbəxt sonluğu gözləyirik
30 iyun 2015 21:41
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Allah her kese qismet elesin bele gozel gunlerden
30 iyun 2015 21:31
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Allah her bir subaya qismet elesin nişan toy merasimini,xoşbext olsun hamı.
30 iyun 2015 21:03
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Canavar sevgisi
Allah hamoya sevdiyi adamla toy qismet elesin.
30 iyun 2015 21:02
# 5
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
nikuw
Darisi basimiza..
30 iyun 2015 20:56
# 4
Antikvar
İnşallah yayı qardaşımın nişan ,toy mərasimi baş tutacaq,gözəl adətlərimiz var bəzi inancları çıxmaqla)Allah hər bir sevəni xoşbəxt eləsin,dilədikləri kimi toyları gözəl olsun həmçinin qardaşımında:)
30 iyun 2015 20:54
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
maraqli ve gozel adetlerdi.mence bezileri yersizdi yigisdirilsa daha yaxsi olar
30 iyun 2015 20:45
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Nishanli olmaq en gozel hissdi. Hershey bashqa cure olur nagil kimi..
30 iyun 2015 20:43
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz