Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uydurma milli mentalitet
Uydurma milli mentalitet
Göndərən: Nermin..
Şərhlər: 9
Baxılıb: 672
Səs ver:
Mentalitet - Hansı ki, bu heç bir zaman, heç bir dövrdə bizim toplumun genində mövcud olmayıb. Biz insani və ya dünyəvi qaydaların, yaşam tərzinin əvvəlinə "Milli” sözünü əlavə etməklə yetinmişik. Bir özünüzə bu haqda sual edin görək, milli mentalitet deyəndə nəyi başa düşürsünüz? Siz artıq mentalitet sözünün mənasını bilirsiniz, düşünmək asan olmalıdır.

Ataya, anaya hörmət bütün dünya ölkələrində var, deməli bu, "milli” ola bilməz. "Milli” adlandırmağın, bir hərəkətə, həyat tərzinə "milli” deməyin üçün öz keçmişindən gələn, öz yaşam tərzin, öz hərəkət tərzin olmalıdır. Yəni sadəcə sənin xalqına məxsus. Məsəlçün; Yaponiya. Sizcə, yaponlarda "milli” mentalitet deyəndə nə ağla gələ bilər? Ən sadəsin deyim, mənim ağlıma "Xarakiri” gəlir. Tarix boyu sadiqlikdən irəli gələn, mərdliklə ölümün milliləşməsi. Heç bir ölkəyə xas olmayan intihar hərəkəti. Bax bu, bir ölkənin özünə, tarixinə, yaşamına xas olan mentalitetidir, özü də "milli” mentalitetdir.

Və ya hamımıza məlum olan "alman dəqiqliyi” ifadəsi. Nə üçün fransız dəqiqliyi yox, məhz alman dəqiqliyi. Çünki bu dəyər, bu mentalitet almanlara məxsusdur, onlara xasdır. Bu onların tarix boyu qoruyub saxladığı mentalitetdir. Necə ki xalq, millət, istehsalçı, istehlakçı işinə, hərəkətinə bu prizmadan yanaşır, qoruyur, saxlayır.

Bizim mentalitet deyib hər kəsə namusdan, hörmətdən dərs keçməyimiz, əslində əlimizdə heç nəyin olmamasındandır. Bizə görə qadınların, qızların namusunu kişilərin çəkməyi mentalitetdir və ya daha doğrusu "milli” mentalitetdir. Sanki dünyanın hamısı binamusdu və ya sanki namus məsələsini Azərbaycan olaraq biz yaratmışıq və qoruyub saxlamışıq. Əxlaq nurdur. Bu başqa. Ancaq namus anlayışı bəşəri yaşam tərzidir ki, dünya xalqlarında da bu tərz var. Deməli bu bizim "milli” mentalitetimiz deyil. Biz bu tərzi özümüzə örnək götürmüşük.

Aftafa

Gəlin başa düşək. Tarixlər boyu özümüzə izahını gətirmədən və ya heç bir yerdə hətta izahını pıçıldamadan belə adına mentalitet deyərək etdiyimiz hərəkətlər dünyəvi deyilmi? Nə namus bizimdir, nə dini dəyələr, nə cəmiyyət içində hörmətsizlik etməmək, nə qonaqpərvərlik, nə böyüklərə hörmət, nə də marşrutda durub böyüklərə yer vermək. Biz bütün bu hərəkətləri "insan belə olmalıdır” və ya "hörmət”, "mədəniyyət”in mahiyyətini anladığımız üçün edirik. Bu bizim mentalitetimizdir deyə yox, bu mədəni həyat tərzidir deyə.

Bu həyat tərzini də Azərbaycan olaraq biz yaratmamışıq. Biz bu tərzə uyğunlaşmışıq. Və bu tərzin də hər bir xalqa görə nümayiş fərqliliyi var. Deməli, nümayiş fərqliliyi olsa da, hərəkətin kökündə duran "mahiyyət” dünyəvi olaraq qalır. Fərdiləşmir. Əksinə, şaxələnir.

"Seri” qatillərin özlərinə məxsus tərzi var. Belə qatillərin tərzi heç vaxt bir-birinə oxşamır. Məsəlçün; öldürülmüş bir insanın orta barmaqlarının kəsilməsi, sonra iki hissəyə bölünərək qurbanın sol hissəsində, yerə "T” hərfində qoyulması və beləliklə bu hərəkətin azı beş qurbanın üzərində edilməsi, deməli tərzdir, qatilin tərzi.

Biz Azərbaycanı "seri” qatillə müqayisə etsək, açıq şəkildə görə bilərik ki, ölkə olaraq tərzimizin olmaması acı həqiqətdir. Bəs tarix boyu, hətta milliləşdirərək mentalitet dediyimiz şeylər nədir? Nəsildən-nəslə ötürdüyümüz nədir? Bizim etdiklərimizi dünya xalqları etmirmi? Toyumuz, yasımız, ad günümüz, nişan, xına, elçilik, döyüş, əsgər, maşın, atom, H2O, aftafa... hansıdır "milli” olan?

Azərbaycan olaraq sinəmizə döyüb bu hərəkət bizim MİLLİ MENTALİTETimizə sığmır demək nə dərəcədə doğru ifadədir? Məgər biz bəşəri baxışdan, bəşəri tərbiyədən çıxış etmirikmi?

Müəllif : Nahid


Şərhlər: 9
Baxılıb: 672
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Bu həyat tərzini də Azərbaycan olaraq biz
yaratmamışıq. Biz bu tərzə uyğunlaşmışıq.
burda cox gozel qeyd olunub bu uygunlasmisiq bu movcud olan var ve bizde bunnan istifade edirik
umimilikde yazi xosuma geldi tesekkurler
25 iyun 2015 11:49
# 9
Catwoman666
mentalitet nedir sualina Bulistan qrupu bele cavab verir: "mentalitet-yengedir, mentalitet- qeyretdir, mentalitet- 18-22 yas arasinda qiz usagidir, mentalitet-kirvedir, mentalitet-ciyerdir, mentalitet- qardasdir, mentalitet-bizim millii menevi medeni bedeni ve semeni seylerden birisidir.. mentalitet ureydir, bir sozle heyat demekdir..."

mentalitet adini gorende yadima Bulistan qrupunun Mentalitet haqqinda olan 3 deqlik videosu dusur)) ona gore de istedim ki mentalitetin ne oldugunu bulistanin cavabinda goresiniz....
24 iyun 2015 18:01
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Antikvar
Mənim bu mövzu barəsində bir müzakirəm varıydı(gərək bir daha gündəmə salım))
Bu yazanın özü belə öz danışıqlarına "mentalitet"adını qoydu...Qeyrət ,namus,arvad kişi, bu sözlərı sadəcə bizim təbiətə uyğun deyil anlamında ad vermək olar sadəcə biz bu adı belə savremenni edib "mentalitetlə"əvəzləmişik...
Bizim milli dəyərlərimizə nəzər yetirdikdə,biz Azərbaycanlılarında özünə xas şəkildə bir mentaliteti var,və indiyəcan qoruyub saxlayırıq,nə qədər erməni köpəkləri bizimdi deyə neçə min ölkələrə elan versələrdə...
24 iyun 2015 03:24
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
bu muellif hec bilmirki kimdir nedir dini irqi cemiyyeti dili nedir bunu yazan muellifde zerre qederde axcildan heysiyyetden eser elamet yoxdur bu cur menasiz yeri olmiyan abir-zubur yazilari bura yerleshdirilmesun,en azindan dovletimizin her boyuk lahiyesinde Mill deyerlerimiz oz eksini boyuk genish terzde numayish etdirilir
24 iyun 2015 00:19
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Bu movzu hagginda cox daniwmaq olar
Bir namusu ozumuze mentalitet bilirdik yeqinki o da indiki zamanede elden gedir avropalawir artiq
23 iyun 2015 22:27
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canavar sevgisi
Mentalitet sozunu kim ozune serf edirse elede iwledir: / ele adamlar herden mentalitetden daniwirki onlarin umumiyyetle daniwmaga jaqqi yoxdu:: /
23 iyun 2015 21:29
# 4
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Fialka
Bu mentalitet sözünü elə qavrayıb elə hərəkət edirlər ki, artıq mentalitet deyəndə mental dəyərlər yerinə "Mentalitet" gəlir ağıla ikrah hissi ilə bərabər...Hələ milli mentaliteti demirəm...nəisə bu haqda çox fikir bildirmək olar qısası müzakirəlik mövzudur ən əsası isə düzələ bilməyən ...
23 iyun 2015 20:48
# 3
Tomris Müslümova
İndi heç bu sözü qəbulda etmirlər,nə dəki ona uyğun hərəkət edən var.hərə öz bildiyini düz bilir,vəssalam
23 iyun 2015 20:38
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mentalitet cox derin movzudur. Milli mentalitet deye bir sey yoxdur. Her olkenin ozune gore dusunce terzi mentaliteti var.
23 iyun 2015 20:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz