Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağdam toyları
Ağdam toyları
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 1265
Səs ver:
Qarabağ toylarında oğlan ilə qız bir-birlərini toy günü görərdi. Qızı papaqla vurardılar, əgər qız tərpənmirdisə, hesab edirdilər ki, onu ərə vermək olar. Bu "papaq atmanı" kənd ağsaqqalı edərdi.

Ağdamda bir dəfə elçi gəlməklə qız vermirdilər. Əvvəlcə bir "kəşfiyyatçı" göndərirdilər ki, görsünlər qız tərəfi nə deyir. Ağızlarını arayırdılar. Sonra oğlanın xalası, anası, ya da bacısı qız tərəfin xalası, yaxud bibisi, daha son­ra isə qızın anası ilə danışardı. Anası isə qızın atasına deyirdi, ata da "Baxarıq" deyirdi. Bir müddət belə keçirdi... Qaçdı-qovdu ilə qız vermirdilər. Böyük-kiçik hamı yığışar, məsləhətləşərdilər. Qız verən ata nə qədər ağsaqqal olsa da, deyərdi ki, "Mən tək deyiləm, böyüyüm-kiçiyim var". Qızın dayısını, əmisini və kənd ağsaqqallarını çağırırdılar. Məclisdə onlar mütləq olmalı idi. Elçi üç dəfədən çox gəldikdən sonra razılıq olduqda "həri" verilərdi. Bu "həri"də isə oğlan evi özü ilə qənd gətirərdi. Qız evi çay süzərdi. Çay elə süzülərdi ki, suyu ilə dəmi qarışmazdı. "Hə”dən sonra çay qarışdırılıb gətirilmiş qəndlə içilərdi. Bu isə о deməkdir ki, daha qohum kimi qaynayıb-qarışdıq.

Sonra nişan mərasimi olardı. Oğlan və qız evindən adamlar yığışardı. Oğlan evindən xonçalı adamlar gələrdi. Qızın barmağına "barmaxçıl" - üzük taxardılar, bu isə rəsmi nişanlanma sayılırdı. Əgər toya qədər bayramlar olardısa, oğlan evi qız evini hər dəfə şirniyyatlar və parçalarla bəzədilmiş xonçalarla yad edərdi. Qızın gəlinlik libası qırmızı, yaxud ağ rəngdə olardı, belinə qızıl kəmər taxılardı, başına "qızıl beşlik”lərlə bəzədilmiş duvaq qoyulardı. Nişandan sonra qız toyu olardı. Buna bəzi yerlərdə "şərbət", yaxud "paltarbiçdi" deyərdilər. Qız toyu üçün oğlan evi "başlıq" verərdi.

Bu məclisə yaxşı nitq sahibi olan qadın seçərdilər. О da hündür bir yerdə dayanaraq oğlan evindən gələn çamadanları bir-bir açaraq hamıya göstərərdi və deyərdi: "Bu gəlinin ayaqqabısı", "Bu gəlinin şalı" və s. Beləliklə, hamısını göstərdikcə уегdən hər kəs "Allah xeyir versin" deyərdi. Bundan başqa, qızın ata-anasına, bacı-qardaşına və ən yaxınlarına xüsusi parçalar, "xələt'lər gətirilərdi.

Ümumiyyətlə, toy 3 gün-3 gecə keçirilərdi. Qız toyunda ancaq çadır olardı.  Toyda  "nəmər”lər (içində noğul, konfet və peçenye olan dördkünc paketlər) olardı. Pul yazılan hər kəsə bu "nəmər"lərdən verərdilər ki, evində uşaqlarına paylasın.

Qız toyundan sonra oğlan toyunu ləngitməzdilər. Toydan əvvəl isə "xınayaxdı” olurdu. Oğlan və qız evindən yaxın qohum və qonşular çağırılırdı, oğlan evi xına gətirirdi və qız evi isə xına düzəldərək gəlinlə birlikdə məclisdə iştirak edənlərin əlinə çəkilərdi. Xüsusilə, gəlinin ovcunda bəyin adının baş hərfi yazılırdı. Oğlan evinə göndərilmiş xınayla isə bəy ovcunda qızın adını yazardı.

Oğlan toyundan bir gün əvvəl kənddəki çapar xəbər yayardı. Bu xüsusi çaparı görəndə artıq hər kəs toy mərasimi olacağını bilirdi. Çapar isə kənddəki bütür qapıları döyüb, hamını toya dəvət edərdi. Toy axşamı bütün qohum-əqrəba, qohum-qonşu bir yerə yığılaraq məsləhət-məşvərət qurardı. Heyvanlar kəsilərdi, "ciyər axşamı” təşkil olunardı. Toydan bir gün əvvəl toyun azuqəsi alınardı, mağar qurulardı, gəlinin evi bəzənmiş olardı. Gəlin cehizini gətirmək üçün oğlan evi nəqliyyat vasitəsi göndərərdi. Qız evindən isə qızın yaxın qohumlarından, rəfiqəsi və bacısı "ev bəzəməyə” gələrdilər. Oğlan evi isə gələnlərə "xələt” verərdi. Cehizdə yorğan-döşək və qab-qacaq mütləq olmalı idi. Hər bir ana qızına sandıq verərdi. Toydan bir gün əvvəl qız evində aş bişirərdilər. Buna "ayrılıq aşı” deyərdilər. Hamı  masa ətrafında yığılaraq bu aşdan yeyirdi. Qızı ata evindən gətirərkən onun belini qırmızı lentlə üç dəfə düyün vurub-açardılar, bunu oğlanın qardaşı edərdi. Bu zaman deyilərdi:

Anam-bacım, qız-gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.

Sonra gəlini otuzdurub, qucağına oğlan uşağı verərdilər və "Qucağı uşaqlı olsun” deyərdilər. Oğlan evi isə qızın anasına "süd pulu” verərdi, bunun mənası isə o idi ki, anadan halallıq alardılar. Daha sonra gəlinin əlinin birinə qızın qardaşı, digərinə isə oğlanın qardaşı dəsmalla pul bağlayırdı. Bu pul toy gecəsi açılaraq balışın altına qoyulur ki, bu da yengəyə çatardı. Atası isə qızını üç dəfə yanan çırağın ətrafına fırladaraq ona xeyir-dua verərdi. Bu o demək idi ki, gəlinin ocağı nurlu olsun, heç zaman sönməsin. Qız evdən çıxarkən ona duz-çörək verərdilər ki, evinə ruzi-bərəkət aparsın. Qapıdan çıxarkən isə üzərlik yandırılar, müqddəs kitabımızın altından keçərdilər. Qız üçün "Gəlin atlandı” havası çalınardı, faytonda yaxud at belində aparılardı.

Toy günü əsasən günortadan sonra başlayardı. Günortaya qədər çaylar qaynadılır, yeməklər bişirilirdi. Yemək zamanı gələndə isə aşbaz deyərdi ki, "Qazan açılmır”, çayçı isə deyərdi ki, "Samovar süzmür”. Hər kəs "xələt”ini aldıqdan sonra "qazan açdı” olardı. Qız evində toyda da "qazan açdı” üçün "xələt”i oğlan evi verərdi. Məclisdə əsasən plov, dolma, kabab və məşhur "Qarabağ souzu” verilərdi. Hamı yeyib-yığışandan sonra çalıb-oynamaq  başlayardı. Toyda mütləq "qara zurna” çalınardı. Zurnaçılar toy başlayanda evin damına çıxıb oradan, hamı toplaşdıqdan sonra isə mağaradan ifa edərdilər. Mağar isə xalı, gəbə və kilimlərlə bəzədilərdi. Qız-gəlin toya mütləq təzə allı-güllü libas geyinərdi.

Gəlin həyətə girəndə qurban kəsilərdi, qanından isə gəlin və bəyin alnına çəkilərdi. Şirniyyatı yarı bölərək yarısını gəlinə, yarısını isə qaynanaya verərdilər ki, mehriban olsunlar. Evin kandarında  gəlin ayağı altına qoyulmuş boşqabı sındırardı, su və buğdanı isə evə səpərdi. Bu isə özü ilə ruzi-bərəkət gətirməsinə işarə idi. Gəlin oğlan evində onun üçün xüsusi bəzədilmiş "gərdəyə” gətirilərdi. Gəlin oturmamışdan əvvəl "xələt” istəyirdi. Oğlanın valideynləri isə ona nəsə boyun olurdu. Sonra gəlin əyləşərdi.

Oğlan toyunda toyun "şahı” və "fərraşı” olardı. Onlar məclisdə sakitlik yaradaraq onun maraqlı keçməsini təmin edərdilər. "Fərraş” toyun "şahı” tərəfindən buyrulardı. Məsələn, filankəsi gətir ortaya. Əllərində nar çubuğu olardı. Durmaq istəməyəni zarafatla yavaşca vuraraq ortaya gətirərdi. Nə qədər utancaq adam olur-olsun, oynamalı idi. Toyu elə idarə edirdilər ki, məclisdə dava-dalaş düşməzdi. Məclisdə "sözbaxmayan”ı isə toyun şahı cəzalandırardı.

Toyun sonunda "bəy tərifi” olardı. Bəy sağdişi və soldişi ilə birgə mağara gələrdi. Toydan sonra isə "üçgünlük”, "üzəçıxdı” olardı. Qız evi plov, fətir və şirniyyat dolu xonçalarla oğlan evinə gələrdi. Gəlin üzə çıxaraq ailə ilə birlikdə oturardı. Qızın anası, xalası və yaxınları ona "qızıl beşliklər”, saat, üzük, sırğa və digər qızıl məmulatları bəxşiş verərdi.

Bir müddət sonra qız evi yeni ailəni qonaq çağırardı, bu isə "ayaqaçdı” adlanardı. Gələn qonaqların hər birinə "xələt” verərdilər.


Şərhlər: 15
Baxılıb: 1265
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
her bolgenin oz maraqli adetleri eneneleri var amma men hec birini sevmirem bu enennelerden. heec vaxt toyumda bele adetler olmayacaq
17 iyun 2015 15:58
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
aLoNe AnGeL
maraqlidi heqiqeten angel_mini
17 iyun 2015 13:27
# 14
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
mən Ağdamlıyam...mamagilində toyları orda olub.

maraqlıa dətlərdi

ama bular keçmişde qaldı...
17 iyun 2015 12:47
# 13
Don't trust anyone ∆
GünƏşimƏ_AiD_
Men bele adetleri cox sevirem.sadece qurban kesib alna cekmekden bashka aman aman ordaca ureyim gederee yaziqim geler o qoyunaa menim o qoyunla birlikde aq gekinlkdee yere cokeremee..ne edirler etsinler menim gozum gormesin.men bakili olduqma gore bizde ciraqin bashina firadiriq,qirmizi lent baglayirlar..o meqamda yeginki men cox pis olub honkur honkur aqliyaram ailemden ayrilirma deye bashima siqnal catar hele atam meni ciraqin bashina firradanda nece ayrilacam ondan Allah bilir..adice Vagzali sesi gelende men aqlmayan adam men gozlerim dolur pis oluram.niye bilmirem evlenmek isteyine gore deyil bu sadece mene o Vagzali hemishe tesir edib
Bele adetleri sevirem....he bolegem olan adetler mene cox maraqli gelir..
Beyenerek oxudum cox saqolun..
17 iyun 2015 00:38
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Menim balam
Maraqlı adetlerimiz çoxdur her bölgede toyda olmaq isterem.
16 iyun 2015 23:31
# 11
Fialka
Maraqlı adət - ənənələrdi. Bəziləri indidə icra edilir ancaq bəzilər artıq götürülüb bu adətlərin yenədə hər bir bölgənin öz adəti - ənənəsi var . Əsas onları qoruyub saxlamaqdır..
16 iyun 2015 22:45
# 10
yarpaq33
Bizdede qalir bele adetler bir tek bey terifi yigiwilib nedense
16 iyun 2015 22:31
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
anonim
yazilan adetlerin coxu bizdede var.ama beyle gelinin toy gunu bir birlerini gormeleri yoxdu.kecmisde var idi.indi yox
16 iyun 2015 22:15
# 8
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
lelos
bizdede davam edir beyterifi qiz gördü
16 iyun 2015 21:40
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Maraqli adetlerdi. Her rayonun kendin oz adeti var onlari yasatmagi bacarmaliyiq
16 iyun 2015 21:05
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
indide bu adetler vardir bezi regionlarda bezileri ise ele vabse olan adetdir
16 iyun 2015 21:04
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
cox qeribedir ki kecmisde oglanla qiz bir birini toy gunu gorurduler ve onlaribn evliliyide 30 40 il cekirdiçama indi oglanla qiz bir birilerini deli kimi sevirler 3-4 il bir birlilerini taniyirlar evlikden 5 6 il sonra anlasamadiq deyib bosanirlar.adetlerin bezilerini qeribedir meselen men istemerem ele adetleri ama indi artiq yavas yavas adetden uzaqlasiriq her sey demey olarki deyisir.maraqli geldi mene agdamin adetleri tesekkur edirem
16 iyun 2015 21:01
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Bizde gelini yanan ciragin bawina firlatmaq adeti yoxdu
16 iyun 2015 21:00
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Çox gözel,bir toyu etdik axira çixdiq,ama bey gelin kim oldu bilmedim,Allah xoşbext etsin her kesi,yaxşi adetleri var,bizdede bezi adetler qalib.
16 iyun 2015 20:59
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
tek umidim sen
Bezi adetleri yersizdi...
16 iyun 2015 20:33
# 1
Kadın derin ama adam yüzme bilmiyor...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz