Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy adətlərimiz
Toy adətlərimiz
Göndərən: Nazlı_qız
Şərhlər: 21
Baxılıb: 2025
Səs ver:
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.

Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.

Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.

Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?


Şərhlər: 21
Baxılıb: 2025
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
eh bu mağar toyudu...heç sevmiremde belə toyu restaran toyu bunnan yaxşıdı..men istiyremki toyum açıx havada olsun yani çölde her yer güzel bezedilsin...diskoteka mahnıları bide romantik mahnılar çalınsın ancaq...i vso
13 iyun 2015 17:58
# 21
Don't trust anyone ∆
Catwoman666
men ne magar toyu ne de restorandaki toylari sevirem. indiki toylar (ele indiye kimi olan butun toylar) hamisi eynidi yaa. men gorduyum toylari deyim: coxlu ve artiq qalan yemekler, toy medeniyyeti olmayan icib gic gic oynuyan insanlar, oz ozune danisan ve hec kimin qulaq asmadigi , ne danisdigini hec ozu de bilmeyen Tamada, tort kimi bezenen qadinlarin qizillari ile birlikde ortaliga dusub oynamasi ve s. ve s..... Mene lazim deyil ki nenemin qardasinin bibisi qizinin oglunun usaginin dayisi oglu gelib toyumda oynasin. ya da mene lazim deyil ki hec tanimadigim 400 neferin bir hissesinin eline mikrofon alib meni tebrik edib teriflesin, bir hissesinin yemeyi uzr isteyirem _ gozune soxa soxa yesin, bir hissesinin icib ortaliga dusub axmaq hereketlerle reqs etsin ve s. Toydan sonra da yeni evlenen cutluk ve arxasinda bir qosun qohum qardas eve gelir. Biyabirci sohbetler gedir. toydan qonaq kimi ayrilan insanlar oz aralarinda sohbet edir (kecirilen toyun analizini edir desek daha duzgundur) - toyda yemekler dadli idi (ve ya deyildi), "o eynine filan paltari geyinen arvadi gordunmu sencani a baji?" ve s. kimi yersiz tehliller aparilir. yeni men gorduyum toylarin ekseriyyeti boyuk bir 0-dir!! ona gore de indiye kimi ennn ferqli toy menim olacaq. aciq havada olacaq ve s.... bu barede uzun uzadi yazmaga ehtiyac yoxdur. burasi artiq menim zovqumle ve isteyimle bagli olan bir seydir... en esasi menim toyumda bir yigin yemek olmayacaq!!! guya ki 6dan sonra yemek olmaz da!! amma butun toylar 6dan sonra baslayir, partlayana qeder de yemek yeyirler!!! ona gore de men bunu ilk once aradan qaldiracam. toyda saaadeeceee menim ve gelecek beyin 09 tanidigi insanlar olacaq. yeni 7 sulalemin toyumda el qaldirib urekden oynamasi lazim deyil mene. icki olmayacaq! ya da olacaq amma araq olmayacaq. en esasiiiiiiiiiii TAMADA olmayacaq!!!!! TOY MUGENNILERI eslaaaa olmayacaq!!!!! MARAL muzikasi ise hecccc seslenmeyecek!!!! vobse toy mahnilari ESLA olmayacaq!!!!! offf her neyse bu barede daha coooxx yaza bilerem amma ehtiyac yoxdu. cunki kiminse menim serhimi axira qeder oxuyacagini da fikirlesmirem)) oxuyan da insallah menim ne demek istediyimi anlamisdir
13 iyun 2015 15:37
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Toyu necə və harda etmək insanın zövqündən asılıdır. Hər iki yerdə keçirilən həm şadlıq evində həm də mağar toylarında olmuşam . Hərəsinin özünə görə yeri var lakin indi şadlıq evində edənlər daha çoxdu nəninki mağar toyları çünki belədə daha rahat olur, sadəcə lazım olan məbləği ödəyib vaxtında toyda iştirak edirsən lakin mağar toylarında hər bir şeyə nəzarət edirsən yəni biraz əziyyəti çox olur. Toyun keçiriləcəyi məkan önəmli olsada fərqi yoxdur istər şadlıq evi olsun , istər hansısa xüsusi bir məkan , istərsədə mağar əsas odur keçirilən toyu layiqincə yola verəsən həm də xoş , yadda qalan keçirəsən ən əsası isə toyla başlayan evlilik həyatı uğur olsun .
13 iyun 2015 08:44
# 19
zayka15
Heqiqetende palatka toyunun yeri tamamile ferqlidi.Bir nece defe kend toylarinda olmusam.Heqiqetende seherden gelenler kend ehlinin diqqet merkezinde olur nedense
13 iyun 2015 01:11
# 18
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
SENSİZ
menimde toyum palatqa toyu olub coox maraqli kecib. evvel toy sonra xina yaxdi merasimi sonra oqlan toyu soz yoxki,her birinin ozune mexsus adeti var ister palatka istersede sadliq evi olsun.men ozum evladlarimin toyunu sadliq evinde etmeyi dusunurem gorek qismet
13 iyun 2015 00:52
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
qedmi maqara toylarininda oz maraqi olubdur o zamanlar daha isdi munasibetler olunub indise her kes rahatliqiycin restarani secir tebiki restaran daha rahatdir daha gozeldir isdi munasibet maraqin dahada artmasiycin berkemde maqara toyu daha maraqli ola bilerdi
13 iyun 2015 00:38
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Heresinin oz yeri var qiwda elbetteki restoran toyu yaxwidi amma yayda agaclarin alti cemenllik yawilliq gozel menzere bunun ayri lezzeti olur birdeki indi kend toylarinda ev yiyeside cox eziyyet cekmir qabyuyan getirirler ofsiantlar etirirler bele iwlercun bir soznen kim nece isteyirse twk
13 iyun 2015 00:26
# 15
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ulduz
Sitat: Svetoklana
Şəxsən özüm kend toylarini çox sevirem))o ki,isti isti yemeklər telem-telesik süfreye gelir,pambiqla "xoşbəxt olun"falan yazilir ve s.))həqiqətən,çox xoşuma gelir...))

BACI DAYY PAMBIQINDA EVEZIN RENGLI ISIQLAR TUTUB ....
12 iyun 2015 23:54
# 14
aziz a
butun bu adetler yavas yavas tarixe qovusur..ama bu movzudaki adet bizim kendimizde indide da vam etmekdedi sukur...Sadece insanlar cetinlikden qacirlar, uzaqlasmaq ucun restoran toylarina ustunluk verirler, ama palatka toyu daha maragli ve rengareng olur....
12 iyun 2015 23:47
# 13
Qelbim doludu !!!!
ayka95
menim toyumda magar toyu olub .Biz terefde toylarda qiz toyu ile oglan toyu ayri olur. qiz toyunda gelin meclise gelende beyde onunla birlikde gelir magara axsam da xinayaxti gecesi olur burda ise qohumlar qunsular ve yaxin etraf olur .gelini meclise getirdikden biraz sunra gelinin eline xina yaxirlar ve hemin xinadan biraz beye gonderirler
12 iyun 2015 23:16
# 12
GünƏşimƏ_AiD_
Tebiki palatka toyu daha maraqlidi omrumde 2ce defe defe kent toyunda oolmusham prosda mohteshemdi....o qeder oynamishamki o qeder oynamisham uydaa...yemekleri ozleri pishirirdiler dadli dadli ye oyna.hele ayrica qiz toylarinda olmusham men.baxmayaraqki palatka toyu edenler ev yiyesi eziyet cekir amma mence ushaqlarinin xoshbextlikleri ucun cala bashka edirler.zennimce.
Mene daha maraqli olur palatka toylari,
Shadliq sarayinda bezi toylar maraqli olur amma oynami bacaranlar ucun..bizde ana terfede hami bir neferki oynamaqi bacardiqi ucun bizde shadkiq sarayinda olan toylara maraqli kecir amma hecne palatka toyu kimi olmur,
Yeende ne ce olursa olsun esas xshbextcilik olsun.
12 iyun 2015 23:02
# 11
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
rəmsə
Çox maraqla oxudum,məncə kənd toyları çox maraqlı olurdu.Mən hal hazırda kənddəyəm ama bir dənə də palatka toyu olmur,əvvəllər gündə bir palatka toyu olurdu gedirdik.Yəni palatka toylarına imınna şərt deyilki yaxının ola gedəsən,kənddə toy olan kimi bütün kənd yığışıb gedirdi.Şadlıq evində isə yer puluna görə hər evdən bir nəfər gedir,kənar adamlar gedmir.Bir də palatka toylarında bəzi adət ənənələr var idi,onlar da maraqlı idi.Məs.xonça gətirmək mərasimi,toyun ortasında çay gətirmə mərasimi,gəlinin və ya bəyin boynuna xalat atmaq mərasimi hamısı keçmişdə qaldı...
12 iyun 2015 22:56
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Niquw Abdulayeva
Palatka toyuda maraqli olur restaran toyuda. Palatka toyunda ev yiyesi her yemekleri ozu hazirlayir her eziyyeti dusur onun ustune. Restoranda gelir hazir hazir yeyir deyir gulir oynayir. Her iki halda her iki aile eziyyet cekir. Esas xosbext olmaqdir.
12 iyun 2015 22:48
# 9
...AdaDunyam``
kendde palatka toylarina getmisem,fikrimce restoran toyundan daha maraqli ve sen kecir,neneler qazanin basinda otrurdular,yemek bisirirdiler,biz de orada yeyirdik,axx usaqliq xatireleri...
12 iyun 2015 21:30
# 8
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
anonim
palatka toyuda restoran toyuda maraglidi.ama menim en cox restaran toyundan xosum gelir.oz toyumda restaranda olub.
12 iyun 2015 21:19
# 7
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
my_angel
Palatka toyu xüsusilə kənd yerlərində keçirilir.Restoran toyu daha rahat olur fikrimcə, restoran toyunda bir o qədər də yorğunluq müşahidə olunmur.Təşəkkür 20
12 iyun 2015 21:07
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Antikvar
Maraqla oxudum bir zamanlar iştirak etdiyim palatka toyları yadıma gəldi)Bor söz diqqətimi çəkdi(şəhərdən gələnlər ,kənd sakinlərin Diqqət mərkəzində olur)Tamamilə razıyam,çünki mən xalamqızı ilə rayona getdikdə qonşuda olan dostların palatka toyuna gedərdik dəvətnaməyə əsasən)Toyxanaya girməyimizi görərdik gənc qızların acıqlı baxışlar,və dedikləri sözlər(şəhərli qızlar gəldilər ,indi bizə baxan oğlanlar bunlara baxarlar))necədə kobud mənasız,iyrənc söyləntilərdi,baxın ilk ağıllarına gələn nələr olur"mənə baxmazlar Onlara baxarlar",orta nəslin nümayəndələri,bir birilərinin arasında pıçıltılar,axırda dözməyib (ay qız sən kimin qızısan,kimlərdəsən soruşmalari))Palatka toylarını sevirəm öz toyum restaranda olsa belə)Fərqlilik insanların toylarda bir araya gəlib işləmələri,toyları yola vermələri,birlik olur həmən anlar nəinki restaran toyunda,restaran toyunda saat altıda çıx hazıra çat )Bir yöndəndə fikirləşdikdə palatka toyu edənlərin ev sahibinin əziyyətləri daha çox olur,amma restaran toyunda əksinə bir dəfə söhbətə gedib yeməklərdən danışır qurtarır.Qeyri adət ənəb dedikdə yuxarıda yazılanlar biz tərəflərdə hamsı edilir,indi rayon yerində belə olsa insanlar əvvəlki kimi palatka toyuna üstünlük vermirlər restaranda edirlər,bir tək yeməkləri özləri tərəfində gətirilir toya.Sonda qısaca deyərdimki,fərqi yox harda olursa olsun əsas xoşbəxtlik olsun.
12 iyun 2015 21:06
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Meleknur
Restoran toyunu xowlayiram palatka toyu ujey rayonlarda kendlerde de kecirilmir deyim cunki bizim rayonda yeno Sabirabadda hec palatka toyu eden yoxdu amma bacimin niwani olmuwdu o da hec paltkaya oxwamirdi Vallah ele bil restoran toyu idi bibilerim wekilde gorende ele bilmiwdi yeni)
12 iyun 2015 20:55
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Elbetteki restoran toylarini sevirem. Palatka toylari kecmis zamanda qaldi hem de ki heyetde toy ev sahibine cox cetin anlar yasadir.
12 iyun 2015 20:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Ozumu bir anliq, palatka toyunda hiss eledim)))Men hem restoron hem de palatka toyunda olmusam... Her ikisi de maraqli olur menimcun. Bizim kentde de toylar cox vaxt restoranda kecirilir....Amma palatka toyunun basqa lezzeti var..Tebiiki hec vaxt istemerem toyum palatkada olsun. Cox cetin meseledi 02
12 iyun 2015 20:36
# 2
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
ewela allah hamiya qismet elesin ferqi yoxdu ya palatka toyu yada luxs bir restoran easa sonraki xosbextlikdi.ama men sexsen itemerem palatkada olsun cunki toy seliqesiz kecir millet yorgunluqdan qirilib batir.ama restoranda toy sahibleri qonaqlari ile maraqlana onlarla rahat unsiyyet qura bilirler.palatka toyu insana olduqca eziyyetdi olduqca.hemde indi nadir hallarda edirler palatka toyu oda artiq yavas yavas tarixe qovusacaq.maraqli oldu bu movzu menim ucun tesekkur edirem))
12 iyun 2015 20:34
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz