Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Haxıştalar
Haxıştalar
Göndərən: Nazlı_qız
Şərhlər: 22
Baxılıb: 6163
Səs ver:
Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.

Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.

Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.

Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.

Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.

Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

Bibərdən uzun, ay qız haxışta,
Göydə ulduzun ay qız haxışta.
Gəl alım qardaşıma, haxışta,
Olum baldızın ay qız haxışta.

Al almağın vaxtı var, haxışta,
Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta

Ağ dəvə düzdə qaldı haxışta,
Yükü Təbrizdə qaldı haxışta.
Oğlanı dərd apardı haxışta,
Dərmanı qızda qaldı haxışta.

Gülü atdım dənizə haxışta,
Batdı çıxmadı üzə haxışta.
Nolar bizim baxçada haxışta,
Yar gələ bir gün bizə haxışta.

Bir oğlan var biçində haxışta,
Sarı sünbül içində haxışta.
Nolar onu görərdim haxışta,
Bu həftənin içində haxışta.

Dağlar başında lalə haxışta,
Əlində var piyalə haxışta.
Mən səninəm ay oğlan haxışta,
Düşmə özgə xəyala haxışta.

Ağacın adamı var haxışta,
Yedikcə badamı var haxışta.
Hərə bir ağız desin haxışta,
Desinlər adamı var haxışta.

Bir qız gördüm biçində haxışta,
Sarı sünbül içində haxışta.
Burda bir toy olacaq haxışta,
Bu ayın içində haxışta.

Mən aşiq gözlərinə haxışta,
Qoy baxım gözlərinə haxışta.
Canım canına qurban haxışta,
Gözlərim, gözlərinə haxışta.

Bülbül qonubdu gülə haxışta,
Calaq olub gül-gülə haxışta.
Yar gəldi bağçamıza haxışta,
Xəzan gətirdi gülə haxışta.

Ulduz dönüb ay olmaz haxışta,
Yaz getməsə yay olmaz haxışta.
Könül sevən gözələ haxışta,
Gözəllikdə tay olmaz haxışta.

Qızılgül dəstə-dəstə haxışta,
Bülbül qonar gül dəstə haxışta.
Burda bir yar sevmişəm haxışta,
Ala göz, boyu bəstə haxışta.

Sənə qurban ay oğlan haxışta,
Mənə ver sən hay oğlan haxışta.
Gəzdim eli-obanı haxışta,
Yoxdur sənə tay oğlan haxışta.

Qaşların çatan oğlan haxışta,
Köynəyi kətan oğlan haxışta.
Nişanlın apardılar haxışta,
Bixəbər yatan oğlan haxışta.

Əzizim aydın olsun haxışta,
Ay doğsun aydın olsun haxışta.
İki həsrət qovuşdu haxışta,
Gözlərin aydın olsun haxışta.

Dağ başına bar gəldi haxışta,
Demə ahüzar gəldi haxışta.
Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.

Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.
Analar qız bəsləmiş haxışta,
İgid oğlanlar üçün haxışta.

Tanrı məni quş eylə haxışta,
Qanadımı gümüş eylə haxışta.
Dar yolda dar küçədə haxışta,
Yarı mənə tuş eylə haxışta.

Mən aşiqəm gün gəlir haxışta,
Ay dolanır gün gəlir haxışta.
Gözlərin aydın olsun haxışta,
Nişanlın bu gün gəlir haxışta.

Bu gün ayın onudur haxışta,
Zərxaradan donudur haxışta.
Qurban olum qardaşa haxışta,
Bu gün onun toyudur haxışta.

Gözəl yaşına gərək haxışta,
Sürmə qaşına gərək haxışta.
Toy günü tumə şalı haxışta,
Örtə başına gərək haxışta.

Bu gəlin özün bilməz haxışta,
Danışar sözün bilməz haxışta.
Suya tək gələn gözəl haxışta,
Çeşmənin sözün bilməz haxışta.

Ay gülü xonçadadı haxışta,
Atları yoncadadı haxışta.
Qurban olum qardaşa haxışta,
Güzgüsü xonçadadı haxışta.

Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.

Pəncərənin milləri haxışta,
Açıb qızılgülləri haxışta.
Oğlanı yoldan eylər haxışta,
Qızın şirin dilləri haxışta.

Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.

İydənin hal ləçəyi haxışta,
Ətirlidir çiçəyi haxışta.
Kaş bəxtimə düşəydi haxışta,
Oğlanların göyçəyi haxışta.

Armud ağacı haça haxışta,
Əlim dolaşdı saça haxışta.
İgid ona deyirəm ki, haxışta,
Sevdiyini ala qaça haxışta.

Sular kimi axmaram haxışta,
Başa xına yaxmaram haxışta.
Üzün görsəm bəsimdir haxışta,
Aya, günə baxmaram haxışta.

Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxışta.

Göydə ulduz olaydım haxışta,
Bəxtəvər qız olaydım haxışta.
Yar qapını döyəndə haxışta,
Evdə yalqız olaydım haxışta.

Yaşım üzümdən gedər haxışta,
Axar gözümdən gedər haxışta.
Çəkməyin oğlan adı haxışta,
Ağlım özümdən gedər haxışta.

Qaşların qarşı- qarşı haxışta,
Gözlərin bostan arxı haxışta.
Hara getsən tez qayıt haxışta,
Bilki, sən qoyma yalqız haxışta.

Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.

Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.

Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.


Şərhlər: 22
Baxılıb: 6163
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunka2000
qeweyy
22 iyun 2015 21:51
# 22
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
vipbetul
qesengdi mill adet-enenelerimzdendirki bunlarida bilmek lazimdir yaxsidir

qesengdi mill adet-enenelerimzdendirki bunlarida bilmek lazimdir yaxsidir

qesengdi mill adet-enenelerimzdendirki bunlarida bilmek lazimdir yaxsidir
11 iyun 2015 16:57
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
haxisttalari adeten xnalarda deyirler. amma men hec dememisem demek fikrim de yoxdu ne vaxtsa cunki sevmirem bele şeyleri duzunu desem hec mene maraqli da gelmir
10 iyun 2015 19:38
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
Qara toyuq hindədi haxışta,
Yumurtası hindədi haxışta.
Gəlnimizin qaş, qələmi haxışta,
Bəyimizin cibindədi haxışta.

Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.


maraqlıdı tşk
10 iyun 2015 16:28
# 19
Don't trust anyone ∆
Happy
Xahishtalardan xoshum gelmir :/
10 iyun 2015 13:23
# 18
Niquw Abdulayeva
Beyendim
10 iyun 2015 02:38
# 17
Menim balam
inşallah bibim qızı toyu olacaq bu sözleri deyecem 19
10 iyun 2015 02:23
# 16
tek umidim sen
Xosum gelmir haxistalardan
10 iyun 2015 00:54
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
Alok
Cox gozeldi beyendim ellerinize salliq
10 iyun 2015 00:53
# 14
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
aziz a
Sevirem haxi$talari...tesekkur.
10 iyun 2015 00:11
# 13
Qelbim doludu !!!!
guler19
Bunlar cox vaxti Novruz bayrami erefesinde xınayaxdı mərasimlərində oxunur,Bele ser kimi oxunusu maraqsiz gelir amma xorla oxunanda daha cox maraqli olur, Tesekkurler
9 iyun 2015 23:51
# 12
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Fialka
Haxıştalar ən çox xınayaxdı mərasimlərində deyilir. Və istifadə edənlər üçün lazımlı ola bilər, təşəkkür.
9 iyun 2015 22:22
# 11
BARBI
Hec sevmirem bunu . Menasiz ve yersiz deyismesir
9 iyun 2015 22:06
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Leylican
cox gozel beyendim amma hamisini oxumadim oxuduqlarim da ela idi
9 iyun 2015 21:58
# 9
SEBR....
Sevgi Meleyi
AA ne qewengg mendeelebulari axtarirdime Oh Wukur tapdim coxxxx saqolun..
9 iyun 2015 21:52
# 8
love love love
yasemin
Maraqlıdı… bacımında xınasında demişdiler men utanmışdəm demeye ama dinlemişdim maraqlı idi… tşklər
9 iyun 2015 21:48
# 7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Meleknur
Sozlerin yerin deyiwib xinayaxdilarda demey olar)
9 iyun 2015 21:40
# 6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Tomris Müslümova
men nedense heccc sevmirem de bu haxistalari hec ee hec niye bilmirem
9 iyun 2015 21:17
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
my_rules12
hamisin bilirem ferqli bir hakistalar isteyirem men hemde cox hakistalara gedirem ona gore isteyirdim ama eziyyet hedere getmesin twk
a dindile dindile haxista,
dindileni kim bile?haxista,
min haxista deyerem haxista,
sizin kimi yungullere haxista 01

deyirmanin unlari haxista,
Allah qirsin bunlari haxista,
nenemle yasitdilar haxista,
kim alacaq bunlari haxista 01
bunlarda menden gozel Qadinlar.biz bacilarima
9 iyun 2015 21:04
# 4
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
aliceWOnDer
esasen xina meclisinde deyilir, men cox sevirem, hec vaxt dememisem, ama dinlemisem
9 iyun 2015 20:58
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Demək olar ki, içlərində heç birini duymamışdım utancaq2 Toy adət-ənənələrinin əsaa ünsürlərindəndir-Haxışta. Xəbər üçün ayrıca təşəkkürlər 22
9 iyun 2015 20:40
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Dosta_inam
Maraqli idi,içinde eşitmediklerim de vardi,bu haxişda düşeeli olsun,saytin bütün subay qizlari aile qursun nişanlansin,amin,teşekkür.
9 iyun 2015 20:37
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz