Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adını mən verdim, yaşını Allah versin
Adını mən verdim, yaşını Allah versin
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1255
Səs ver:
Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib "Adını mən verdim, yaşını Allah versin” deyərdi.

Hər bir ad antroponimik vahiddir. Antroponimiya şəxs adlarının mənşəyini, prinsip və qanunlarını öyrənən dilçilik bölməsidir. Dilimizdəki antroponimlər yaranma əsaslarına görə igidlik, şöhrət, gözəllik, dini-mifoloji və digər məzmunlu adlardır. Bu adların çoxu dilimizə vaxtilə ərəblərin, farsların Azərbaycana kütləvi axını ilə daxil olmuşdur. Zaman keçdikcə ərəb-fars işğalı aradan qalxmış, bu dillər isə mədəniyyət göstəricisi kimi həyatımızda yaşamaqda davam etmişdir. Onlar dilimizə uyğunlaşmış, özlərinə leksik mühit qazanmış, şirinləşmiş və beləliklə, türk antroponimikasına xidmət etmişdir.
Bu saytın tələbləri baxımından biz yazımızda, sadəcə, antroponimikanın bəzi ümumi məlumatları ilə kifayətlənib, fikrimizi daha çox adlarımız haqqında düşüncələrə həsr edirik.
İlk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanları Xalqımızın adqoyma ilə bağlı təsəvvür və münasibətlərini dəyərləndirmək baxımından əvəzsiz mənbədir.

"Kitabi- Dədə Qorqud” dastanlarında ağzıdualı ailələr övlad arzusu ilə Tanrıya üz tutar, əl uzadarlardı. Tanrı da həmin ailələrə övlad bəxş edərdi. Oğuz eli yeddi gün, yeddi gecə bu sevinci bayram kimi qeyd edərdilər: şadlıq məclisi qurular, boy boylanar, soy soylanardı. Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib "Adını mən verdim, yaşını Allah versin” deyərdi.
Oğuz eli də Tanrının dərgahına əl uzadıb "Amin” deyərdi, dualar qılardılar.
Yəqin ki, söhbətin adlarla bağlı olacağı hamıya aydın oldu. Axı ad insanın yaraşığıdır. Axı adımız olmasa, bizi ümumidən seçə bilməzlər. Buna görə də uşağa ad seçərkən diqqətli olmaq, adın gözəlliyinə və məna xüsusiyyətlərinə fikir vermək lazımdır. Elə ad seçmək lazımdır ki, övlad yaşa dolduqca daşıdığı adın mahiyyətini öz üzərində hiss etsin. Məsələn, valideyn övladına "Cəsarət” adını qoyub, amma məlum olur ki, bu uşaq axşam düşəndən sonra qonşuya getməyə qorxur və yaxud uşağın adı "Alim”dir, Alim isə 4-cü sinfi iki ilə güc-bəla bitirib. Deməli, ad seçmək hələ işin hamısı demək deyil. Gərək valideyn övladaının şəxsiyyət kimi formalaşmasına, adının daşıdığı mənaya uyğun yetişməsinə səy etsin.

Bu gün diqqəti cəlb edən bir məsələ də valideynlərin övladlarına öz valideynlərinin adını verməsidir. Cəmiyyətin bu cür adqoymaya münasibəti birmənalı deyildir. Məsələn, Vəliyev Həsən Tofiq oğlu öz nəvəsinə "Tofiq” adını qoyur. Fikir verin, bu ad səslənəndə baba nəvənin oğlu kimi səslənir, həm də baba gəlib nəvənin yerində dayanır. Qatmaqarışıq olduğu kimi bir qədər də qeyri-etik münasibət yaranır. Yaxından münasibətim olan bir ailədə bunun şahidi olmuşam. Nəvəyə babanın adını qoyublar. Baba artıq haqq dünyasındadır. Nənə deyir ki, birdən elə vəziyyət yaranır ki, gəlin uşağa acıqlanıb, dilucu olsa da "qarğış" edir. Deyə bilməsəm də, ürəyimə toxunur. Digər tərəfdən, babanın adını daşımaq həm də uşaqlar böyüyəndən, bunu dərk edəndən sonra onları müəyyən çərçivəyə salır, sanki uşaq öz adıyla yox, babasının adıyla yaşamalı olur.
Körpəyə istənilən adı seçmək məsələsi də əhəmiyyət kəsb edir. Əlbəttə, valideynlər ad seçimində müstəqildirlər. Buna baxmayaraq, ümumi razılaşdırılmış normalar gözlənilməlidir. Bəziləri ancaq milli adların seçilməsini vacib sayırlar. Amma onu da unutmaq olmaz ki, yuxarıda qeyd etdiyimiz kimi ərəb- fars mənşəli sözlər illərin qovuşuğunda özünə yaşamaq hüququ qazanıb, bir növ özümüzünküləşib. Bir də unutmaq olmaz ki, İslam dini bütün müsəlmanlarındır, bu dinlə bağlı şəxs adları da bütün müsəlmanlarındır.
Uşaqlar yaşa dolduqca, bu adın mənasını anladıqca daşıdıqları adın ruhunda böyüyür, bu adın yazılışı və tələffüzündəki incəlik onun əqidəsinə işıq tutur.Odur ki, övladınıza ad qoyarkən yüz ölçüb, bir biçməlisiniz. Biz gəldi-gedərik, amma həyat davam edəcək. Biz bir xalq, millət olaraq tarixlərə gedib çıxa bilmək üçün mədəniyyətimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi qorumalı və yaşatmalıyıq. Bu baxımdan övladlarımıza verdiyimiz adlar da öz cövhərində milliliyi, türk ruhunu yaşatmalıdır.

İndi isə sizə 5 oğlan və 5 qız adının mənşəyi və izahını təqdim edirik.
Aysel – türk və ərəb mənşəlidir, ay işığı, ayın işığı, ayın nuru, eləcə də ay təkin, ay kimi, aya bənzər mənalarını ifadə edir.
Aygün - Ay və Günəş; abır, həya, ismət və Günəş-hərarət kimi rəmz mənalarını bildirir.
Aytac - türk və fars mənşəlidir,ayın haləsi,ay işığı deməkdir.
Ayçin- aya bənzər, parlaq, büsatlı
Bəyaz- ərəb mənşəlidir, ağ, ağ rəng mənasını ifadə edir.
Anar- yada salar, anan, anlayan, başa düşən,
Pərviz – fars mənşəlidir, parlaq, aydın; pərvazedən, qanadlanan mənasında
Pərvin - fars mənşəlidir,Ülkər, Sürəyya, Yeddiqardaş (ulduz)
Dəyanət - ərəb mənşəlidir, əslində "diyanət" kimi işlədilir; dəyanətli, dözümlü deməkdir.
Vüsal - ərəb mənşəlidir, görüşmə, qovuşma, birləşmə mənasındadır.


Şərhlər: 13
Baxılıb: 1255
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nigar.nika777
Hamiya aid deyil elbetdeki,ama aygün abir heya ismet....... Gülmelidi 23
6 iyun 2015 20:28
# 13
GünƏşimƏ_AiD_
Menim en sevdiyi adlar:shems,xedice,esnad,humay,cahangir,geray,kenan,ayxan:
Bu adlari dehset cox sevirem.
Qaldiki ushaqlara ad verende ele vermek lazimdiki ushaq gelecekde utanmasin.cunki ele ushaqlar vark hetda gozumun shaidi olmusham adi yazmiram amma adina gore depresiyaya dushmushdu.ushaqlar cagiranda onu gulurmushler
(Jale shirleri cixandan menlede zaravatlashirdilar 122 mektebde)
Esasende ushaqa dini ad qoymaq lazimdiki axiretde o ad ona komek olsun.buna gore menim adimi 2dene secdiler.mende ushaq oz adiyla hemishe feexr etmelidi.
6 iyun 2015 18:52
# 12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
aaa nə yaxşı mneimde adım var..) AYTAC-türk və fars mənşəlidi,ayın haləsi ay işığı deməkdi))) tşk
6 iyun 2015 17:00
# 11
Don't trust anyone ∆
Catwoman666
indi ele qeribe adlar qoyurlar ki(indi yox her dovrde) usaq adindan utanir. TVde xeberlerde gordum ki GEncede hansisa aile ogluna XIYAR qizina da XIYARE adlarini qoyub122122shok23 ne qeder gulmusdum aaa122 Menim oz admin menasi da NERMİN- yumsaq, ince, zerif demekdir)
6 iyun 2015 15:07
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist
Aytac - türk və fars mənşəlidir,ayın haləsi,ay işığı deməkdir.
Ad qoyarken ele ad secmek lazimdirki gelecekde o usaq utanmasin.
6 iyun 2015 14:29
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
adi qoyarken fikir vermek lazimdiki gozel ad qoyulsun sonradan ovlad utanmasun adindan ADIMIZIDA YASIMIZIDA TALEYIMIZIDE REBBIMIZ GOZEL YAZSIN INSALLAH
6 iyun 2015 13:15
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Allah bütün ballaları qorusundua
6 iyun 2015 04:05
# 7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Antikvar
Övladlarımın adlarını çox bəyənirəm,ikisinində adı əsl kişi adıdı,gələcəkdə öz adları ilə utanmazlar,yoxsa indiki valdeynlər uşaqlara elə adlar qoyurlarki,sanki xarici insanlardı,öz adımız qala qala başqa ölkənin adını uşaqa layiq görmək utanvericidi...Mən burda bir millətin oğluna qoyduğu ada görə o qədər utandımki ,yazıq uşaq gələcəkdə nə çəkər Allah bilər(Tomas)uşağın adı biridə olsun qoysunlar(jery))))Dəhşət haldı...Birdə heç sevmədiyim xusisiyyət kişilər öz valdeynlərinin adını uşaqa qoymaqıdı,o biri dünyalıq oldu,əyər normal addısa razılaşmaq olar,yoxsa yaşaya-yaşaya valdeyninlərinim adlarını uşaqa qoymaqla düzgün addım deyil düşüb düşməməyidə var...
Allah bütün balaları qorusun.
6 iyun 2015 00:01
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Happy
Menim bebeishim hele dogulmuyib amma adini Yolxanim qoymaq istiyir qaynatam. Oz anasinin adidi. Menim xoshum helmesede bu addan, hech vaxt qariwmaram. Teki salamatciqli olsum.
5 iyun 2015 23:55
# 5
Fialka
Uşağa ad seçərkən də diqqətli olmaq da fayda var, çünki bəzi valideynlər ata və analarının adını övladlarına qoyur bu bəzi ailələrdə normal olsada bəziləri qeyri - etik hərəkətlərə yol verib, böyüyə hörmətsizlik edirlər ona görə bu baxımdan tərəfdarı deyiləm. Ən çox dini adları bəyənirəm , qeyd olunan adların mənası haqqında da məlumatım var, təşəkkür.
5 iyun 2015 21:38
# 4
BARBI
dini adlari cox sevirem .insallah ovladim olarsa dini ad qoyacam
5 iyun 2015 21:30
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ay.dan
biz Xedice qoydug))
5 iyun 2015 21:27
# 2
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Tomris Müslümova
anar dayi oglunun adidi
5 iyun 2015 20:36
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz