Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qonaqpərvərlik - Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...
Qonaqpərvərlik - Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 746
Səs ver:
Qonaqpərvərlik xalqımızın əxlaqında xüsusi yeri olan bir keyfiyyətdir. Ən qədim zamanlardan bəri Azərbaycan xalqı qonaqpərvərliyi, qonağa xüsusi dəyər verməsi ilə digər xalqlardan seçilmişdir. Dədə-babalarımız özlərinə ev tikərkən mütləq qonağ nəzərə almış, onun üçün ayrıca otaq nəzərdə tutmuşlar. Evdə qonaq üçün həmişə ehtiyat yorğan-döşək, qab-qacaq, gözlənilmədən gələ biləcək qonağın yeməsi üçün ehtiyat ərzaq tədarük edərdilər.
Bu gün də bu adət yaşamaqdadır. Ən darısqal mənzillərdə belə, otaqlardan biri qonaq üçün bəzədilir. Hər evdə mütləq "qonaq otağı" deyilən bir otaq vardır. ora həmişə diqqətdə saxlanılır ki, istənilən vaxt gələn qonaq üçün səliqə-sahman, rahatçılıq olsun. Kənd yerlərində gözlənilmədən gələn qonaq üçün toyuq-cücə bəslənilir. Maddi imkanı olanlar isə bu məqsədlə qoyun-quzu bəsləyirlər. Hamı qonağı layiqincə qarşılayıb, yola salmağı özünə borc bilir. Bu, xalqımızın dədə-baba qanunudur.

Qonaq nədir, kimlərə qonaq deyilir?
Qonaq sığınma, qorunma kimi xüsusi şəfqət və mərhəmətə ehtiyacı olan adama deyildiyi kimi, həm də hər hansı bir səbəbə görə başqasını ziyarət edənlərə də deyilir.
Əxlaqımıza görə bu sadalanan halların hər hansı birində kiminsə qapısını qonaq açmışdırsa, ev shibi maddi çətinlik qarşısında qalmış olsa belə, ona lazımi

Qonaqpərvərlik göstərməyə borcludur.
Bəs əxlaqımıza görə qonağı qarşılamaqda, ona qulluq etməkdə və yola salmaqda hansı qayda-qanunlar vardır və onlar necə yerinə yetirilməlidir? Gəlin, qonaq qarşılamaq, qulluğunda durmaq, yola salmaq kimi mərhələlərdə bəzi etiket normalarını bir-bir nəzərdən keçirək. O zaman əxlaqımızın gözəlliyi və böyüklüyünü bir daha dərk etmiş olacağıq.

Ev sahibinin öz geyim-keciminə diqqət verməsi.
Mənəviyyatımızın ilkin əmrlərindən birinin təmizlik olmasını bilirsiniz. Buna görə də qonaq qarşılayarkən təmiz, səliqəli, zövqlə geyinmək dədə-babadan qalma adətimizdir. Əxlaqımız evə qonaq gəldikdə ev əhlinin təzə, təmiz, səliqəli geyinməsini vacib sayır. bu, həm də qapına gələn qonağa sevindiyini ifadə edir.

Gülərüzlə qarşılamaq və qəbul etmək
Qonağı gülərüzlə, məmnunluqla qəbul etmək ona göstəriləcək qonaqpərvərliyin ilkin əlamətidir. Qonağın salamını gözəl şəkildə, gülərüzlə almaq da əxlaqımızın əmridir. Nahaq yerə demirlər ki, qonağı gülərüz qarşılayıb salamını gözəl şəkildə almaq qonaqpərvərliyin yarısıdır. El arasında birisinin qonaq getdiyi yerdən gec gəlməsini zarafatla "Niyə gecikdin, yoxsa salamını ucadan almışdılar?" - deyərək qeyd etmək də bu fikri sübut edir. Deməli, qonağı gözəl qarşılamaq, salamını alıb "xoş gəlmisən" demək, sevinc içərisində evə dəvət etmək qonağı qarşılayanların əxlaqının gözəlliyindən xəbər verir.

Qonağı bir müddət təkbaşına buraxmaq
Qonağı gözəl qarşılayıb istirahət edəcəyi yerə (otağa) apardıqdan sonra uyğun bir şəkildə onlardan ayrılıb, bir müddət təkbaşına buraxmaq İlahi əxlaqın uyğun gördüyü davranışdır. Çünki yol gəlmiş, xüsusilə də uzaqdan gəlmiş qonaqlar bir az rahat olmaq, özlərini, st-başlarını səliqəyə salmaq istəyər, lakin bunu ev sahibinin yanında etməkdən utanarlar. Qonağı evə girən kimi uzun-uzadı söhbətə tutmaq, onlara dərhal yemək gətirmək, yorğunluqlarını nəzərə almamaq doğru deyildir. Qonaqlara yuyuna biləcəkləri yer göstərilməli, onların özlərini sərbəst hiss etmələri qayğısına qalınmalıdır. Bununla yanaşı qonağı uzun müddət təkbaşına buraxmaq da ədəbdən deyildir. Qonaq qəbul edən adam çox həssas olmalıdır.
Qonaqpərvərlik - Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...

Yemək hazırlamaq
Əgər qonağın gələcəyi əvvəlcədən bəllidirsə, yemək öncə hazırlanmalıdır, yox, qonaq qəflətən gəlmişdirsə, təlaşa düşmək, hy-küy salmaq, qab-qacağı bir-birinə vurmaq lazım deyil. Yemək nə qədər gizli və səs-küysüz hazırlansa, bir o qədər münasib olar, qonağı narahat etməz, utandırmaz. Əxlaqımız qonaq qarşılayarkən yalnız hazır yeməyi gətirməkdə gecikməməyi tövsiyə edir.
Yemək hazırlayarkən ehtiramlı davranışlardan biri evdə olanın ən gözəlini hazırlamaqdır, yoxsa mümkün olmayan şeylər üçün ora-bura qaçmaq şərt deyildir.
Qeyd etmək lazımdır ki, şəhərdə yaşayanlar üçün dükan-bazara getmədən yemək hazırlamaq mümkün olmaya bilər. Bu zaman gördüyü işi nmayişkəranə kimi diqqətə çatdırmaq ədəbsizlik olar. Nəzərə almaq lazımdır ki, qonağa yemək yedirmədən, əgər bundan imtina edirsə, meyvə, çay təklif etmədən yola salmaq mənəviyyatımıza uyğun deyildir.

Yemək təqdim etməyin ədəbi
Qonaqlara yemək, imkan daxilində, ayrıca yemək otağında təqdim edilir. Əgər qonaqlar evin ayrı mərtəbəsində, yaxud qonaq üçün ayrılmış xüsusi evdə yerləşdirilmişlərsə, bu zaman yeməyi oraya aparmaq lazımdır. Yemək əsnasında onlarla xoş söhbət etmək məsləhətdir, lakin bu zaman da uzun-uzadı, qonağı maraqlandırmayan, bezdirən söhbətlərə yol vermək olmaz. Uşaqlar bir qayda olaraq öz yaşıdları, balacalarla söhbət edərlər. Bu zaman onlar ucadan danışıb-gülməməyə diqqət yetirməli, bu hərəkətləri ilə böyükləri narahat etməməli, onların diqqətini yayındırmamalıdırlar. Onlardan söz soruşmadıqları halda söhbətə qarışmaq, böyüklərin sözlərinə əlavələr etmək, sözlərinə düzəlişlər vermək kimi hərəkətlər ədəbsizlik olar.

Qonağa yeməyi başlamağa təklif etmək lazımdır, lakin çox təklif etmək, yeməsi üçün and içmək qətiyyən uyğun deyildir. "Mən ölüm, bunu da ye", "Sən Allah, bundan da götür" şəklində iltifat əxlaqımıza uyğun deyildir. Qonağa bir təklifi ən çox üç dəfə etmək münasibdir. Çalışmaq lazımdır ki, qonaq yeməyi özü götürsün. Onun boşqabına ev sahibinin yemək qoyması qonağı narahat edər. Uşaq və gənclər öz yaşıdlarına və özlərindən yaşca kiçiklərə qulluq göstərməlidirlər.
Qonağın yeyib-yemədiyinə diqqət etmək lazımdır, lakin ev adamının qonağın ağzına baxması, tez-tez boşqabına, ağzına apardığı tikəyə baxması ədəbsizlikdir.
Qonaqların yola salınması
Qonaqları qarşılayanda gülərüz olduğunuz kimi, yola salanda da gülərüz olun, təkrar qonaq gəlmələrindən məmnun olacağınızı səmimi qəlbdən söyləyin. Bu, qonağı məmnun edər. Qonağı qapıyadək yola salmaq, əgər yol qaranlıq və qonaq yola nabələddirsə, yoluna işıq tutmaq, yaxud da münasib yerədək yola salmaq əxlaqın gözəlliyinin əlamətidir.


Şərhlər: 12
Baxılıb: 746
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
cox sevirem qonagi.bilendeki gelecek elden ayaxdan kecirem..o olsun bunu edim .qonaqsiz eve ev demerem.. 127
24 iyun 2015 10:37
# 12
lelos
sevinirem eve qonaq gelende
3 iyun 2015 13:45
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
cinqosh
Allahada qurban olum, qonağına da.çox sevirəm bu məsəli. azərbaycanlı olan hər kəs qonaq sevir.evimiz həmişə qonaqlı-qaralı olub. biz mehriban ailəyik.
3 iyun 2015 12:43
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Cimbom Nilay
Azərbaycan xalqı çox qonaqpərvər xalqdı.. Biz də qonağımızı razı salmaq üçün əlimizdən gələni əsirgəmirik... İnanıram ki, bu saytdakı bütün bacılarımın hamısı qonaqpərvərdi. Hamınızı 123
3 iyun 2015 10:03
# 9
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Dosta_inam
Özüm qonaq getmeyi elede sevmirem,ama isterem her zaman qonaq gelsin,ve yeterince de gelen qonaqlara hörmet edir lazimi şekilde qarşilar lazimi şekilde yola saliram.
3 iyun 2015 07:50
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Marta
Qonaqperverem evimizde cox sukur qonaqli olur:)
3 iyun 2015 00:47
# 7
Немного терпения, и у тебя все получится..
Catwoman666
qonaq getmeyi sevmirem yeni tanimadigim bir yere sevmirem qonaq gedim
3 iyun 2015 00:18
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Fərqi yoxdur evinə gələn insanla münasibətin necədir, qonaqdırsa söhbət qurtardı, layiqincə qarşılanmalı və yola salınmalıdır. Elə ev sahibləri var ki, soyuq tiplərdən evinə getməyə peşman olursan az qala yəni laqeydlik canlarına hopub qısası qonaqpərvər deyillər) Ancaq qonaqpərvər olmasan belə ən azından insanın mədəniyyəti olmalı və buna görədə heç olmasa qonaqpərvər kimi davranılmalıdır..)
2 iyun 2015 23:53
# 5
vipbetul
biz qonaqperver xalqiq,aileyik cox sukur her zamanda evimizde qonaqlarimiz olur
2 iyun 2015 22:16
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Men de qonaq qebul etmeyi cox sevirem. Bizim ruhumuzda qonaqperverlik var. qonaga qarsi olduqca hormet gosteririk
2 iyun 2015 21:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Nə yalan deyim daha çox qonaq getməyi sevirəmutandim
2 iyun 2015 21:23
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Qonaq qebul etmeyi cox sevitem ev dediyin qonaqli qarali olmalidi Qonaq evin yarawigidir bu yazilanlar bilirem emelde edirem tewekkurler 127
2 iyun 2015 21:15
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz