Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qohumla ailə qurmaq düzgündürmü?
Qohumla ailə qurmaq düzgündürmü?
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 1554
Səs ver:
Ailə qurarkən,bu işdə hər kəsin məsuliyyətli olmasını unutmamaq və riskə girməməkdə fayda vardır.İslam dini əmi, dayı, bibi, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur, amma bəzi hədislərdə məsləhət görülür ki, adamlar uzaqdan evlənsinlər ki, uşaqları sağlam olsun.Ta Qədim Misirdə fironların arasında hətta bacısı ilə evlənənlər də tapılırdı. Avropa kral ailələrində də əmi, dayı, xala, bibi uşaqlarının nikahı da adi hal sayılırdı. Amma İngiltərə kralı 8-ci Eduard bu tilsimi sındırır və xalq arasından çıxmış adi qızla 2-ci Marqretlə evlənir.

Gəlin baxaq:Yaxın qohumla hansı səbəblər üzündən ailələr qurulur?(Aşağıdakı səbəblər Azərbaycan cəmiyyətində formalaşan düşüncələrdir.)

1."Deyirlər, əmi qızı ilə əmi oğlunun nigahı göydə kəsilib."

2."A bala, gəl özümüzkülərdən alaq,ətimizi yesə də,sümüyümüzü atmaz"

3."Mən Gəncədən oğluma qız almaram!" və ya "Yeraza adam qız verər?"

4.Bəzən qohum cütlər həqiqətən də,bir-birilərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.

5.Valideynlərin təzyiqi altında qohum cütlərin nigahı qurulur.

6.Gənclərin bəziləri bu cür düşünür:"Oğlan evlənəcəyi qız haqqında tam məlumatlı olur. Qızın əvvəlki həyatı barəsində nəyisə araşdırmağa ehtiyac qalmır. Qızın nəsil və nəcabatı, əxlaqı, sağlamlığı, əqidəsi barəsində tam arxayın olur."

7.Bir çox məsələlərdə qohumlar bir-birinin analmağa çalışırlar. Məsələn toy, nişan və .s kimi məsələlərdə bir-birini maddi xərcələrə salmırlar.

8.Qız qohum olduqda , oğlanın valideynləri ona öz balası kimi münasibət bəsləyir. Qaynana-gəlin məsələsi ortadan qalxır. Qız da həmçinin oğlanın valideynlərinə daim hörmətlə yanaşır. Çünki hər şeydən öncə qız anlayır ki, oğlanın ata-anası onun yaxınlarıdır, qohumudur. Qız da onlara öz doğma ata və anası kimi münasibət göstərir.

9. Qohumçluq əlaqələri daha da güclənir. Hətta ailədə qızla oğlan arasında baş verən münaqişə əksər halda sülh ilə nəticələnir. Çünki valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istmillər. Belə ailələrdə boşanma halı da az olur.

Səbəbləri araşdırsaq,sayını bir qədər də artırmaq olar.Amma məsələ bundadır ki,qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nigahdan yarana biləcək nəticələrdən xəbərləri varmı,kifayət qədər məlumatlı olaraqmı nigah bağlayırlar?Bu da doğrudur ki,qohum cütlərin normal keçən nigah durumu da vardır ki,ailələrində əksər uşaqları sağlam dünyaya gəlilər və problemsiz yaşayırlar.Amma,baxaq görək bu bütün ailələrdə belə olurmu?

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Antropoloq Erik Lepisto başqa səbəblər gətirir: «İnsanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Və bu, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir».


Şərhlər: 19
Baxılıb: 1554
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Bele deyim ki men yad insanla evlendim ama hec xosbext ola bilmedim bosandim dogurdanda qohumla evlenmek cox yaxsi biseydi cox yaxin qohum yox esas odurki qohumnan evlenende daha yaxsi olur qismet Allahdan
20 may 2015 20:22
# 19
Happy
Men pis baxiram. Nede olsa o menim qardashim sayilir.
20 may 2015 15:15
# 18
efsane..
qohum evliliyinin eleyhine deyilem men qohum eviliyinde valideynlerin cox mudaxilesine qarsiyam ki bezen sevmeden evlendirililerki qohumdu bes amma sevdikden sonra bir birine hormet etdikden sonra evlilikleri cox gozel olur
20 may 2015 14:00
# 17
tatyana
qohum evliliyine pis baxmiram,iki insan bir biriyle aile qurmaga qerarlidirsa ya qohum,ya yad ne ferqi varki?.sonradan ailede problem olmagininda qohumluqla ne elaqesi,pis olanda,yola getmedikde yad daha cox pislik eder neyinki ozununku.biz terefde coxxxxx qohum evlilikleri var hamisida cox xosbext,ovladlarida var ne sikest deyil ne kor deyil.
20 may 2015 11:38
# 16
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Menim balam
mende qohumla evliyem ama tövsiye elemirem qeti evlenmeyin qeti qeti qeti not
20 may 2015 03:14
# 15
Marta
Men de mamanin dayisi ogluyla evliyem bir birimizi ilk gorene kimi tanimirdiq gorduk gorduyumuz zamanda evlenmeye qerar verdiy.xoşbəxtəm Allaha sukur ovlad nesib etse Yaradanim dahada xosbext olariq.
20 may 2015 02:17
# 14
Немного терпения, и у тебя все получится..
gulka azeri
adamin gerek bexti ola ya qohum ya yad.alnina ne yazilib yaxsi ya pis qohumla da evlensen basina gelecek yadla da evlensen,yene de gerek evvelceden cox dusunesenki sonra pesman olmuyasan,mende qohumla aileliyem evvel olmasamda ama indi pesman olmusam,bilmirem yene de qismet ve xeyirlisi
20 may 2015 02:14
# 13
lelos
menimde her zaman nifret etdiyim şey idi qohumla evlenmek nece oldu özümde bilmedim başima geldi xalamoqluyla evlendim çox şükür xoşbextem
19 may 2015 23:55
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Sitat: xalilova gozel
Şərhlərə baxıram hamı maraqlı yazıb.
Şəxsən mən həyatda ən nifrət etdiyim qohum evlilik olub. Oda başıma gəldi.
Xalaoğlu ilə həriləndik. Mən istəmədən oldu bu iş.
Mənə məsləhət verin çox ümidsizəm gələcək uşaq ürahatam.
Onu deyimki bağlanmışam çox ona

Allah köməyiniz olsun sadəcə onu deyə bilərəm ki, həkimə əvvəlcədən hər ikiniz müraciət etsəz bəlkə hardasa kömək etmək olar , çox şey qeyd etmirəm zatən yazılan şərhlər öz özlüyündə sizə bir məsləhətdi özünüz üçün nəticə çıxara bilərsiz, bir daha Allah köməyiniz olsun.
19 may 2015 23:10
# 11
xalilova gozel
Şərhlərə baxıram hamı maraqlı yazıb.
Şəxsən mən həyatda ən nifrət etdiyim qohum evlilik olub. Oda başıma gəldi.
Xalaoğlu ilə həriləndik. Mən istəmədən oldu bu iş.
Mənə məsləhət verin çox ümidsizəm gələcək uşaq ürahatam.
Onu deyimki bağlanmışam çox ona
19 may 2015 23:01
# 10
YA ALLAH
vipbetul
bızde qohumla evlenılmır qohum usaqınada bacı qardash kımı baxılar her zaman qohumların evlılıyınede pıs baxmıram

bızde qohumla evlenılmır qohum usaqınada bacı qardash kımı baxılar her zaman qohumların evlılıyınede pıs baxmıram
19 may 2015 22:53
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Men qohumumuzla evlenmişem . Uzaq qohumdu eminevesiyik.
19 may 2015 22:47
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Tomris Müslümova
her sey allahin elindedi xosbextlikde bedbextlikde...qohumlarin evlenmesine pis baxan ele insan ola bilerki vaxt geler oz qohumunu delicesine seve biler,ve her seyi goze alaraq onla evlene biler.insan dogulanda onun taleyi qismeti nece yazilibsa ewel axir elede olacaq.sexsen tanidigim ve cox yaxsi munasibetde oldugum sinif yoldasim bir qiz,hemise deyirdiki hec vaxt qohumla evlenmerem ele seye pis baxiram...nece yerden elci geldiler,nece gozel ailelerden istediler getmedi.axirda oz xalasi ogluna raziliq verdi nisanlandi....
ama sexi fikrim olaraq qeyd etmek istiyiremki men pis baxiram.hem fiziki cehetden hem bioloji hemdeki tibbi cehetden...men oz xalam ogluna dayim ogluna ve basqa qohumlarima oz qardasim kimi baxiram olara hec vaxt o gozle baxmaram.qohum evlililerinin 98% usaqlari fiziki qusurlu olur,bu riskli bir evlilikdi.sans uzlerine gulende saglam ovlad dunyaya getire bililler...menim nenemle babam emi oglu emi qizidilar.5 usaqlari var olarin 2 si fiziki qusurludur.dayim danismir esitmir,xalam (dunyasini deyisib ) o ayaqlarinda qusur vardi.3 ise normal olub..yenede her sey allahin bize yazdigi taledi qismetdi.ne bilmek olar oz qohumuna getsen xosbext olassan ya tanimadigin birine getsen bedbext olassan..?? allah kimi-kime taleyini yazibsa xosbext elesi,ama yenede deyirem men bir menali olaraq pis baxiram bu ise..tesekkurler :)
19 may 2015 22:29
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Oxatan
muselmanin bawina ne gelirse gic gici xurafat ve curuk mental duwuncelerden gelir.emi qiziyla emi oglunun kebini goyde kesilirmiw)))kesilen mament kim goyde wahid olub goresen?))))evde qalmiw qizlar oz qohumuna geden qizlara deyir ki,baxey xow halina kiwionun ucun goyden duwme oldu)))))bu ruslarin her weyi pis olsa da o iwleri yaxwidir ki,bele yaxin qohumlara qardaw,baci kimi baxib aile qurmurlar.her wey qoyaq bir terefe,meselenin tibbi terefine baxaq,elm bar-bar bagirir ki,ay xurafatizm qurbani xalq saglam nesil istiyirsense qohum evliliyi etme.ne xeyri var?bize cox yaxin bir aile nene baba deyek de,qohum evliliyi edib,uwaqlari saglam oldu,hami dedi ewi demek ki,tibb o qeder de duz demir,ancaq geldi nevelerde cixdi qarwisina iraq olsun,ikisi de onurga sumuyunden eziyyet cekir biri vapwe anadan gelme geze bilmedi.imkanli ailedi haralara apardilar xeyri olmadi.ne bilim Vallah Allah mentiq versin.
19 may 2015 22:28
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aliceWOnDer
Əmi,dayı,xala, bibi usaqları ilə ailə qurmağa qəti şəkildə yaxşı baxmıram, amma uzaq qohum yani ata -ananın qohumlar ilə məncə olar
19 may 2015 22:06
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Qohum evliliyin eleyhine olanlardanam. Evvela qohum evliliyi duzgun deyil hem de bir sira fesadlari var. evvela bu evlilikden dogulan usaqlarin yuzde ellisi sikest xeste anormal olur.
19 may 2015 22:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
Eeh o qeder varki xalaqizi xala oqlu qiz alirlarda dehshet oluree o xala bacisi qizinin bashina ele oyunlar acirki inan dyir kash yad biriyle eveleneydim.
Ele vaxtda olurki ushaqlar birir birirlerini isteyir.amma olmurki ushaq xeste olar.cox qohumlar varki evlenirler amma ushaq sap saglam
Her shey Allahin elindedi.ne meseleh gorurse oda olur.
Amma bele insan gerey qohum qizi ve ya oqlu biri birilerine baci qardash kimi baxsinlar.en cox qizlar ya emisi oqlu,dayi oqlu bibi oqlu xala oqlu na ushaqliqda ashiq olurlar.amma qohum ne bili e.sora insan ister istemez qelbi qirilir.(Bezileri tebiki)luccu bashkasi ile olsun.
Gerden valideynlerde sef dushunurler.qohum olsa basha dusher yox.ne bilmek olruee.
19 may 2015 21:09
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
konka84
mən pis baxıram.mən heç istəmərəm qızım qohumla ailə qursun.
19 may 2015 21:01
# 2
Fialka
Qohum evliliyinin qəti əleyhinəyəm düzgün deyil necə yəni insan qan qohum ilə evlənə bilər axı o bir növ qardaş və bacı sayılır mənim aləmimdə düzgün deyil ancaq bunu anlamayanlarda var . Bunun bir çox problemləri sonradan ortaya çıxır məsəl üçün öz doğma bilib evləndirdiyin qohum sənə yadın etmədiklərini də edə bilər hansı ki, buda nəsildə heç xoş hal deyil bundan başqa uşaqların qüsurlu olma ehtimalları da var düzdür uşağı sağlam dünyaya gətirənlərdə var ancaq bu cür evliliklərdə doğma bildiyin yada çevirilir münasibət həminki olmur ) . Və düşünürəm ki, valideyn heç bir halda övladını məcburi şəkildə öz qohumları ilə evləndirə bilməz .
19 may 2015 20:53
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz