Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İkiqat qohumluğa ehtiyac varmı?
İkiqat qohumluğa ehtiyac varmı?
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 619
Səs ver:
Qədim adət-ənənələrimizdən biri olan qan qohumlarının nikaha girməsi uzun illər psixologiyamızda özünə dərin kök salıb. Adətən, belə izdivacların təşəbbüskarları valideynlər, həmçinin xalalar, bibilər, dayılar, əmilər olublar və olurlar. Şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağıllarımızda, dastanlarımızda, bayatılarımızda "əmioğlu ilə əmiqızının kəbini göydə mələklər tərəfindən kəsilib” fikrinə rast gəlirik. Keçmiş adətlərimizdən olan ikiqat qohumluğa güclü meylin olması uzun illər, əsasən də, Sovet hakimiyyəti illərində belə nikah aktlarının sayını ilbəil artırıb. Bəlkə də, bilərəkdən bu adət-ənənənin qarşısı alınmayıb. Bu izdivacdan dünyaya gələn əksər uşaqların fiziki sağlamlığında böyük problemlərin olduğu, yəqin ki, elm adamlarına bəlli olub. Amma buna baxmayaraq, bu qohumluq əlaqələrinə bu gün də cəmiyyətimizdə rast gəlinir.

Görəsən, ikiqat qohumluğa nə ehtiyac var? Əlbəttə ki, birmənalı şəkildə deyə bilərik ki, bu, sadəcə olaraq, valideynlərin istəyindən doğan bir izdivac olur.
Məlum bir həqiqətdir ki, irsiyyət əlamətləri nəsillərdən nəsillərə ötürülür. Və mütəxəssislər tərəfindən o da sübut olunub ki, ata ilə ananın qanqohumluğunun olmaması nəslin əqli və fiziki sağlamlığında özünü daha çox büruzə verir.
Müasir tibb elmi ikiqat qohumluğu zərərli hal sayır və bunun yolverilməzliyini faktlarla sübut edir. Statistik məlumatlarda göstərilir ki, qan qohumu ilə evlənənlər arasında anadangəlmə əsəb xəstəliyinə tutulan uşaqlar daha çox doğulur.
Bu gün hər birimizə bəllidir ki, dünyada minlərlə irsi xəstəliklər, xüsusilə də müxtəlif qan xəstəlikləri mövcuddur. Elə bu irsiyyət xəstəlikləri nəticəsində fiziki imkanları məhdud uşaqlar doğulur. Bunlardan başqa, daun, audizm kimi müalicəsi, müayinəsi çox böyük vəsait tələb edən xəstəliklər də bu cəhətə diqqət etməyin vacibliyini önə gətirir.
Mütəxəssislərin fikrincə, qohum olmayanlar arasında bağlanmış nikahlardan doğulan uşaqlarda irsi xəstəliklərə 4-5 dəfə az rast gəlinir.
Qanqohumluğu olan valideynlər fərqinə varmadan, müxtəlif səbəblər üzündən gənclik həvəsi ilə atdıqları bu addımın acısını bəzən ömür boyu yaşamağa məhkum olurlar. Çünki ikiqat qohumluqla qurulan belə ailələrdə, mütəxəssislərin fikrincə, anadangəlmə əlil uşaqların dünyaya gəlməsi qaçılmazdır. Ona görə də belə nikahlardan doğulan qüsurlu uşaqlar təkcə ikiqat qohumların, yəni ata və ananın deyil, həm də cəmiyyətimizin yaşadığı böyük bir problemə çevrilib.
Sevindirici haldır ki, bugünkü gənc­lərimizin əksəriyyəti qohumlararası nikaha köhnəlmiş adət-ənənə kimi baxır, keçmişin zərərli qalığı olan belə nikahlardan imtina edirlər. Amma "dədə-baba adəti ilə gedən” valideynlərin təkidi, tələbi ilə yenə də belə ailələr qurulur. Elə buna görə də hər bir ziyalı və cəmiyyətimizin aparıcı qüvvələri bu istiqamətdə aparılan tədbirlərin fəal iştirakçısı olmalı və maarifləndirməni genişləndirməli, təbliğat işini gücləndirməlidirlər ki, gənclər bu adətin zərərli olduğunu tam mənası ilə anlasınlar və ondan üz çevirsinlər. Çalışmalıyıq, belə zərərli adət-ənənələri yaşatmağa çalışan ahıllarımızın düşüncə tərzini dəyişək ki, onlar kor-koranə öz nəvə-nəticələrini, oğul və qızlarını böyük bəlaya düçar etməsinlər.
Bu gün cəmiyyətin hər bir nümayəndəsinin qarşısında duran vəzifə ikiqat qohumluğun yaranmasına yol verməmək və bu izdivacın qarşısında keçilməz sədd yaratmaqdır.
Xalqımızın uzun illərdən bəri yaşatdığı dəyərlərdən, ulularımızdan bizə miras qalan zəngin adət-ənənələrdən günlərlə danışmaq olar. Onların bu gün də gərəkli olanlarını qoruyub saxladığımız kimi, zərərli olanlarını da aradan qaldırmağa çalışmalıyıq. Tarix boyu, zaman içərisində tədricən bu proses getsə də, günümüzə qədər gəlib çıxan bəzi adət-ənənələrimiz var ki, artıq onlara üz çevirməyin vaxtı çatıb. Ona görə ki, belə adət-ənənələr bir zamanlar insanların savadsızlığı, dünyagörüşünün azlığı ilə yaranmış zərərli cəhətlərinə görə, ümumiyyətlə, qəbuledilməzdir.
Qeyd etmək lazımdır ki, belə adətlər şəhərlərə nisbətən kənd yerlərində, ucqarlarda keçmişin ənənələri kimi daha çox mühafizə edilir. Çünki gözünü açandan bu adətlərlə, ənənələrlə yaşayan yaşlı insanlar dədə-baba "qaydalarına” üz çevirməyi nankorluq sayır və onları öz ailələrində yaşatmaqla sədaqətlərini göstərməyə çalışırlar. Əlbəttə ki, bizim hər birimiz keçmişimizin yaxşı adət-ənənəsini, milli mentalitetimizə aid dəyərləri yüksək qiymətləndirir və onları yaşatmağı vətəndaşlıq borcu sayırıq. Bu istiqamətdə elə dövlətimiz tərəfindən də ciddi tədbirlər həyata keçirilir. 2012-ci ilin muxtar respublikamızda "Milli dəyərlər ili” elan olunması təsadüfi deyildi. Məqsəd xalqımızın əsrlər, qərinələr boyu yaratdığı və kimliyinin təsdiqinə çevirdiyi milli adət-ənənələrin yaşaması və gənc nəslə aşılanması üçün cəmiyyəti səfərbərliyə almaq, hər yerdə gərəkli tədbirlərin həyata keçirilməsinə nail olmaq idi. Sözsüz ki, bu tədbirlər öz nəticəsini verir. Bəllidir ki, bu gün daha çox milli mentalitetimizlə bağlı görülən işlər gənclərin mənəviyyatına, dünyagörüşünə müsbət mənada təsirsiz ötüşmür. Lakin bu da danılmaz bir faktdır ki, yaxşı ilə pis həmişə yanaşı olub. İnsan istədiyi vaxt pisdən yaxa qurtara bilsəydi, onda həyat çox yeknəsəq olardı. Bəlkə, ona görə insanoğlu yarandığı gündən pisə qarşı mübarizədə mətinləşir və yaxşılara sahib olmaq amalı ilə yaşayır. Bu mənada cəmiyyətimizin inkişafına mane olan cəhətlərə qarşı həmişə barışmaz mövqedə dayanmalıyıq.


Şərhlər: 11
Baxılıb: 619
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
qohum evliliyine yaxsi baxiram desem yalan olar. mence duzgun deyil bildiyim qederile dinimiz de buna yol vermir. hem de xestelikler de yaranir usaqlarda! evvelceden muttleq hekim yoxlamasindan muayineden kecmek lazimdir
27 may 2015 17:50
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Qohum evliliyi mənim aləmimdə qəbul edilməzdir , hələ lap yaxın əmi uşaqları , xala, dayı və s. bunlara isə çox pis baxıram çünki onlar qardaş və bacı sayılırlar necə evlənmək olar axı mənə görə düzgün deyil, lakin özlərini bacı - qardaş gözündə görməyən qohumlar evlənir və bəzən nəticələri ağır olur çünki uşaqlar qüsurlu dünyaya gəlir bundan başqa ailə daxilində xoşa gəlməz hərəkətlərə yol verildikdə münasibətlər əvvəlki kimi olmur. İstər valideyn olsun istərsə də evlənmək istəyən əmi uşağı və s . olsun evlənməzdən əvvəl bunun sonrasını da fikirləşsə yaxşı olar.
27 may 2015 14:58
# 10
Marta
Yoldasim anamin dayisi ogludu. Sevib evlenmisik bir problemde yoxdu cox sukur.
27 may 2015 14:34
# 9
Немного терпения, и у тебя все получится..
Nur k-off
Hec sevmirem bu qohumlarla olan nikahi qarsiyam Allah uzaq etsin
27 may 2015 11:17
# 8
SVETA
Menim balam
meni beşik kesti edibler. bibimoğlu ile evlenmişem ama o meni ozü sevib alıb.
27 may 2015 09:31
# 7
Antikvar
Qohum evliliyinə əsasda əmi oğlu və əmi qızı nigahına yaxşı baxmıram sözü fikirlərimin yanında aciz qalar.Bacı və qardaş evliliyinə necə düzgün baxmaq olar?Gənc yaşda olan uşaqlar narazı çıxmırlar bəs neçə yaş eləmiş ailələr bu izdivaca necə razı gəlirlər?Özgənin olmaqdansa yaxınımda olsun deyə fikir geriləməsini bəhanə gətirməsinlər.Eksinə qohum evliliyi hər tərəfli pisdi...söhbət olduqda valdeynlərin müdaxilə etməsi ilə hər iki tərəf münaqişə edib küsülü olurlar..yada gənc ailənin dünyaya gətirdikləri övlad qusurlu olur,valdeynlərinin səhlənkarlığı ucbatından əziyyətlərini uşaqlar çəkir.Yadıma gəkmişkən bir heç xoşlamadığım hallardan birinidə qeyd edim.Beşikkəsti...Yazıq uşaq balaca heç nədən baş açmayan balanın başını beşikdə bağlamaq hansı qayda qanunda var?Bəlkə gələcəkdə qəlbində biri yer aldı bəs onda başını bağladığın birinə verməklə sizcədə günah sayılmazmı?Çox təəsüf olan gənclərimizə olur...
27 may 2015 03:10
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
Men bu barede agah oldugum bir problemi yazacam.demeli bir nesil hemiwe deyirdi ki,biz ogeyle qohum olmuruq,qiz alanda bir birimizden aliriq,sebebde xeyri ozumuzunkune veririk,etini yese sumuyunu atmaz,ozumuzunku qocalanda baxar ve s.hamiya sebeb bunlari deyerdiler.Ilahi qismet ele getirdiki biz onlarla qohum olduq,hec ay yarim cekmediki onlarin niye belke de esrlerle ozgelerle qohum olmadigini anladiq.cox cekmedi melum oldu ki,meger ele insanlardi ki,iclerinde ele uzden iraq xarakterleri var ki,bu emellerine ele ozleri dozub tab getirer ve qebul eder.ozleri ozlerini yaxwi taniyirmiw deye qohum evliliyi edirlermiw,cunki munasibet etmeyi,qohumluq etmek qabiliyyetleri yox derecedeymiw.heyatda her weyi bacarmaq ucun qabiliyyet lazimdir,qohumluq etmeyi bacarmaq ise en vacib qabiliyyetdir,insan icine cixmagi her aile bacarmir.ona gore de cox aileler buna gore qohum evliliyi edir.elbette hamisina wamil etmirem.ama var beleleri.hemde coxu vapwe mecbur olur oz qohumuyla qohum olur bu xasiyyetlerine gore,cunki taniyir hami qiz alib vermir,mecbur qohuma uz tutur.her bir halda bu genetikaya zidd bir addimdir,saglam nesiller yetiwdirmek ucun bu "adetden" qurtulmaq lazimdir.umumiyyetle evliliye aid gic-gice iki mental qanundan uzaqlawmaq lazimdir,1 qohum evliliyi,2 erken evlilik.
26 may 2015 22:56
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aliceWOnDer
Qohumla evliliye qarsi deyilem , amma istisnasi var ki, emi, dayi,bibi,xala usagi ile evlemek duz deyil mence , amma yenede qismet
26 may 2015 22:49
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Qohum evliliyi baslica problemdir. Nesil artiminda bir cox problem yaranir . Ona gore ne evlenmerem nedeki meslehet gormurem.
26 may 2015 22:37
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Eslinde cox valideyinler aileden qiraga cixmaga qorxurlar cunki yadlari tanimirlar necediler ne curduler xasiyyetine beled deyiller ona gorede olarin diliyle desek coreyini yadlara vermrk istemirler bu sebebdende qohumdan qiz alirlarki hem taniyirlar cunki gozleri onunde boyuyub namuslu oldugunuda bilirler kecmiwinden xeberdardilar coxlari mehz bu sebebden qohum nigahina ustunluk verir
26 may 2015 22:21
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
qohumsanda daha ikingi defe qohum olmaqin ne menasi varki,no qohumlarin yeniden qohum olmasinada pis baxmiram,ikingi defe qohum olduqda esasende baci qardash qohumluqlari onda problemler olduqda qohumlarin soz-sohbeti dushur budaki yaxsi olmur
26 may 2015 22:16
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz