Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyadakı salamlaşmaq adətləri
Dünyadakı salamlaşmaq adətləri
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1218
Səs ver:
Salamlaşmaq adət və mərasimləri ölkədən- ölkəyə fərqlidir və bu naməlum adətlər bəzən çaşdırıcı ola bilər. Görüşəndə qadınla kişi, qadınla qadın, kişi ilə kişi arasında müxtəlif salamlaşmaq jestlərindən istifadə olunarsa vəziyyət daha da gərginləşir. Səyahət edən insanlar, xüsusi ilə əgər adətlərdən xəbərsizdirlərsə, mütləq məlumat almalıdırlar ki, görüşəndə və ya salamlaşanda digərini incitməsinlər.

ABŞ-da kişilərin əl ilə görüşməsi normal haldır, ancaq görüşəndə bir- birini öpmələri qeyri-adi haldır. Bu ölkəyə gedirsinizsə, əllə görüşmək, gülümsəmə və sadəcə salam demək kifayə edir.

Britaniyalılar adətən görüşəndə sadəcə salam deyirlər. İlk dəfə görüşəndə onlar əllə görüşürlər. İctimai mühitdə öpüşmək adətən yanaqdan öpmək şəklində olur. Bir- birini yaxşı tanıyan kişi və qadın, həmçinin iki qadın arasında qeyri-rəsmi vəziyyət adi sayılır.

Fransızlar, uşaqlar da daxil olmaqla salamlaşanda və vidalaşanda öz dostları ilə əl ilə görüşürlər və bir-birinin hər iki yanağından öpürlər.

Yaponiyada qucaqlaşmaq, əl ilə görüşməyin əksinə olaraq, ümumi salamlaşma şəkili bir-birinə baş əyməkdir.

Ərəb ölkələrində yaxın kişi dostlar və iş yoldaşları bir-birini qucaqlayıb, hər iki yanağından öpməklə salamlaşırlar. Yalnız sağ əli yüngülcə sıxaraq görüşürlər. Cəmiyyət içərisində əks cinsdən biri ilə əlaqə ədəbsizlik hesab olunur. Əgər hər hansı ərəb ölkəsinə səyahət edəcəksinizsə, əks cinsdən birinə salamlaşmaq üçün əl uzatmayın.

Macarlar səmimi şəkildə bir-birinin yanağından öpərək görüşürlər. İlk əvvəlcə sağ, sonra sol yanaq öpülür. Kişilər ilk dəfə görüşdükdə, salamlaşma qaydası kimi əks tərəfin əlini möhkəm sıxaraq salamlaşırlar.

Belçikada insanlar cinsindən və yaxınlıq dərəcəsindən asılı olmayaraq, bir yanaqdan öpərək salamlaşırlar.

Çinlilər qədim ənənələrinə riayət edirlər. Kiminləsə ilk dəfə görüşdükdə başlarını tərpədib gülümsəyir və ya rəsmi şəkildə əl ilə görüşürlər.

Rusiyada adi görüş şəkili əli bərk sıxmaqdır. Görüşərkən əsas məsələ birbaşa gözlərə baxmaqdır. Kişilər qadınlarla görüşərkən qadını 3 dəfə yanağından, hətta əlindən öpmək cəsur tələb edən hərəkətdir.

Ermənistanda adətə görə, xüsusilə ucqar ərazilərdə görüşmək üçün qadın kişinin ona əl uzatmasını gözləməlidir. Yaxşı dostlar və ailə üzvləri bir-birinin yanaqlarından öğürlər. Yüngül şəkildə qucaqlamaq da olar.

Siyahını genişləndirə də bilərik, ancaq biz qısa şəkildə sizlərə dünya xalqlarındakı salamlaşma qaydaları haqqında məlumat verdik. Həmçinin jestlər də hər ölkədə fərqli mənada işlədilə bilər. Buna görə xarici ölkəyə səyahət etməzdən əvvəl jestlərin mənlarını da öyrənməlisiniz, əks halda çətin vəziyyətdə qala biləsiniz. Məsələn: çox ölkədə bütün qolunu bir tərəfdən digər təfərə yellətmək "salam”, " sağ ol” mənasını ifadə etdiyi halda, şərqi Asiya ölkələrində bu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu "xeyir”, ümumiyyətlə inkar cavab sayıla bilər. Hindistanda isə bu "bura gəl” deməkdir.

Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və Avstraliyada insanları bir az çaşdıra bilər. Çünki, bu ölkələrdə şəhadət barmağını qaldırmaq, içki sifariş edərkən bir əvəzinə ikisin istəmək deməkdir. Yaponiyada isə baş barmağını qaldırmaq 5 mənasını verir.

Şəhadət barmağını bükmək və ya 4 barmağını kiməsə tərəf uzatmaq onu yaxına gəlməsini istədiyinizi bildirir. Cənubi Avropada isə bu "sağ ol” deməkdir. Filippin və şərqi Asiyada şəhadət barmğını bükmək təkcə itləri işarə ilə çağırmaq üçün istifadə edilir.

Avropada birbaşa kiməsə və nəyəsə şəhadət barmağı ilə işarə etmə nəzakətsizlikdir. Çin, Yaponiya, Latın Amerikası və İndoneziyada bunun çox kobud mənası var. Çox Afrika ölkəsində şəhadət barmağı sadəcə cansız əşyaları göstərmək üçün işlədilir.


Şərhlər: 9
Baxılıb: 1218
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Azerbaycanda oglanlar uz gorusmese yaxsi olar.
16 may 2015 12:02
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
Nergız33
Ermeniler siyahıda olmasaydı yaxşı olardı. Qaldı ki salamlaşmaq ele bizde hamısınnan yaxşıdı.
16 may 2015 02:29
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
vipbetul
ermeniistanin gorusme uslu yazilmasiaydi dahada yaxsi olardi,maraqliydi bildiklerimde vardi
15 may 2015 22:13
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Oz adetlerimiz hamisindan yaxwidi
Guya bu milletler opuwende bir birinin yanagini opurler? Yalandan uz uze yapiwib havani macildadirlar
15 may 2015 21:48
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Yaponiyada qucaqlaşmaq, əl ilə görüşməyin əksinə olaraq, ümumi salamlaşma şəkili bir-birinə baş əyməkdir.
En maraqli adet yaponlarindir.yene en yaxsi adet ele ozumuzun adetidir
15 may 2015 21:17
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bezileri ferqlidi ama turklerde bir qayda olaraq iki yanaqdan opurler ama bizimkiler gah iki yanaqdan gah da sadece bir yanaqdan opmekle kifayetlenirler :) yada bezi adamlar dalbadal 4 5 defe març març ...
15 may 2015 21:05
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Maraqlı məlumatlardı ən çox Abş - ın salamlaşma qaydasını bəyəndim yəni normaldı bu ancaq bizdə bəzən elə insanlarla rastlaşıram ki, elə bil doğması kimi qucaqlayıb görüşürlər halbuki ilk dəfədi görürəm və bu nəsə süni gəlir mənə) daha sonra heç bəyənmirəm ərəblərin görüşmə qaydasını kişilər bir - biriylə bir neçə dəfə öpüşürlər( ermənilərdəki heç onlar çıxdaşdırlar və etikalarıda burdan bəllidir ki, kişi qadına əl uzadır salamlaşmaq üçün, mədəniyyət anlayışı olmayan üzdən iraqlar..təşəkkür.
15 may 2015 20:49
# 3
ALESSANDRA
MARAQLI ADETLERDİ AMA QURRBAN OLUM ÖZÜMÜNKÜLƏƏRRƏ NƏ VARR BİZDƏ VAR)))
15 may 2015 20:43
# 2
Don't trust anyone ∆
xeyalperest
Boy barmaqlarin menasindan başim qarişdi.ama kaş bizde de sadece elle goruşmek olsaydi.yoxsa bir meclise gedende mecbursan marca muc marca muc ufff yaa
15 may 2015 20:35
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz