Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
May ayında niyə toy etmək olmaz?
May ayında niyə toy etmək olmaz?
Göndərən: yasemin
Şərhlər: 21
Baxılıb: 1178
Səs ver:
Müxtəlif millətlərin müxtəlif ənənələri var. Bu ənənələrin bəzilərinin əsası var, bəzilərinin isə heç bir tarixi, məntiqi əsası yoxdur. Məsələn, elə may ayında toy etməmək kimi. Doğrusu, bu haqda kimdən soruşsan ki, "nə üçün may ayında toy etmirsən?”, nə cavab verəcəyini özü də bilməyəcək. Ən yaxşı halda dahiyanə sifət alıb, guya nəsə kəşf edirmiş kimi belə cavab verəcək: "May ayı ağır aydır”. Niyə ağırdır, bilinmir və bilməyəcək... Məsələn, guya bu ayda ailə quran insanlar xoşbəxt olmur, övladlarında problemlər olur və sairə və ilaxır. Hətta dünyanın yarısını görmüş insanlar da may ayında niyə toy olmadığını əsaslandıra bilmədilər. Gəlin, biz də xırda bir araşdırmaya baş vuraq...

Guya, ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən və onlar mayda da yas saxladıqlarından, may ayında toy eləmirik. Etiraf edək ki, mənasız səbəbdir. Hamı bilir ki, ermənilərin bu şivəni yalandan başqa bir şey deyil. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, Sovet İmperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! Bunu zehnlərdən silməyin vaxtı gəlib çatmayıbmı?

Mövzuyla bağlı psixoloq Elnur Rüstəmova müraciət etdik. Elnur Rüstəmov bildiridi ki, may ayında, ümumiyyətlə, toyun olub-olmamağı ilə bağlı zaman-zaman xeyli müzakirələr olub: "Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir. Yay ayı elə bir aydır ki, əvvəllər may ayında biçim vaxtı olurdu. Bu aylarda insanlar daha çox iş görməklə məşğul olmalı idilər. Ona görə də fikirləşirdilər ki, hər hansı bir şənlik və ya toylar onları işlərdən uzaqlaşdıra və ehtiyat tədarükünü azalda bilər. Və bu psixoloji təsir də zaman-zaman bizim xalqımıza yansımağa başladı. İndinin özündə də görürük ki, may ayında toyların intensivliyi azalmağa başlayır. Əslində, bu düzgün bir yanaşma deyil. Bu dünşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq olmaz. Bunu etmək heç bir mənfi fəsad verməz”.

Bəzi ekspertlər isə qeyd edirlər ki, may ayında toy etməməyin səbəbi yasəmənin açması ilə əlaqədardır. Guya, ona görə bu dövrdə toy eləmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Yenə, guya, yasəmən çiçəyinin mənası "ya sən, ya mən” deməkdir. Yəni, həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən.

Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür, təbiət ağlayarkən şadlıq eləmək olmazmış. Bəziləri də bu adətin köklərinin Qədim Romaya gedib çıxdığını deyir. Bəzi fikirlərə görə, "may” sözü "Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında "Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

Dediyimiz kimi, mayda toyların keçirilməməsinin səbəbini bu ayda ən şiddətli, gərgin əkin-biçin mövsümünün olması ilə də izah edənlər var. Əgər öz tariximizə fikir versək, görərik ki, adətən toylar payızda keçirilir. Bu da onunla izah olunur ki, insanlar yaz və yay fəsillərində bütün işlərini görüb qurtarır və dincəlməyə başlayırlar. Beləliklə, toylar payızda olur. Əgər bu ənənə qeyd etdiyimiz faktorla əlaqəlidirsə, niyə əkin-biçinə aidiyyatı olmayan şəhər əhalisi bu "ənənəyə" son qoymur?!

Göründüyü kimi, "may ayında toy etmək olmaz" kimi bir arqumentin heç bir tutarlı əsası yoxdur. Digər tərəfdən, nəzərə alaq ki, may ayında nəzərdə tutulan toy mərasimlərini təxirə saldıqlarına görə hər il yüzlərlə, minlərlə insan öz iş qrafiklərini dəyişməli olur, səfərlərini təxirə salır, vaxt itkisi yaşayırlar. Belə isə bütün bu deyilənlərin fonunda bu mənasız ənənədən əl çəkməyin zamanı çatıb kimi görsənir.
Beləliklə, narahatçılığa heç bir əsas yoxdur.

May ayında da toy edin, Allah xoşbəxt eləsin!


Şərhlər: 21
Baxılıb: 1178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
may ayinda toy etmeyin ugursuz olduguna qetiyyyyen inanmiram. Bos bos weylerdi. Toy etmeyin ugurlu ve ya ugursuz gunumu var ya??
13 may 2015 18:03
# 21
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
cahil söhbətdi.əgər uğursuzluq varsa bilin ki maydan deyil eeey, özünüzdəndir.
13 may 2015 11:59
# 20
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
talis balasi
Hami bos seylerdi bunlar bizim qohumlarin coxu hami may ayinda dunyaya gelib eyni zamanda men ve qardasimda may ayinda dunyaya gelmisik sukurler olsun rebbime her sey qaydasindadi,toy meselesine gelince kecen il iki ayile vardi ikside iyun ayinda toy edecekdiler ama xesde adamlari cixdi dediler siz toyunuzu tez edinki bu sexs ole biler toyunuz qalar inlarda may ayinda toy etdiler sukur allah gul kimi yasayirlar herenin ovladida var dunyalar gozeli...
bunlar hami bos inanclardi,en pisi nedi milletimizde buna inanir,hami aqliyir pul yoxdu kasibciliqdi may ayinda sadliq saraylari 2 qat endirime dusur yene kasib toyunu elemir diyir uqursuzdu
13 may 2015 09:00
# 19
Ayniska Gulum
Bizim toyumuz var may ayında!
13 may 2015 00:23
# 18
Bestoş
bos seydir amabizdede elemediler
12 may 2015 23:35
# 17
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
xeyalperest
Men bunu tezelikce eşitmişdim inanmiram nese ele şeylere tewekkur
12 may 2015 23:31
# 16
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Antikvar
Boş-boş cəfəngiyyat sözlər,düşüncələrdi sadəcə.Esasəndə erməni və xristiyanlara xas olan adətləri biz davam etdiririk.Niyə görəsən,bir problem adlandırdığınız düşüncənjn əsaslı bir açıqlaması,mənası yoxdusa nədən bizlər hələdə boş onanclara inanmaqda davam edirik?Yəni kimlərinsə əlaxasusda bu adət bizim düşmənlərimizə xas olan bir adətdisə bizlərmi davamçısı olmalıyıq?Gəlin onda belə düşünək bəlkə etdiklərinizin nə dərəcədə yanlış mənasız olduğunu anlayarıq.Hamiləsiz və 9-cu ay may ayına rast gəldi onda necə olar ?uğursuz aydı deyə bir ayda gözləməyinimi deyərsiz)))Eyər may ayına görə işlərini təxirə salmaq psixologiyasına sahib olanlara budan gözəl nə numünə ola bilər)İnsanın bir tək Allaha inancı olmalıdı,boş inanclara görə beyninizi yormağa gərək yox....
Çox gözəl məlumat oldu may ayı inancı olanlar üçün...tşk.
12 may 2015 22:58
# 15
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ILAHE_
May ayi menim cox xowuma gelir. Bolluq ayidi.
12 may 2015 22:40
# 14
Rakella
men inanmiram ama bir defe qohumumuz mayin 9da evlenmisdi hec uc ay cekmediki ayrildilar bu xurafata inananlar ucun bu lap yaxsi behane oldu
12 may 2015 22:33
# 13
Impossible is not a word,it's just a reason for someone not to try
vipbetul
mende bu cur seylere inanmiram
12 may 2015 22:22
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
bos felsefi fikirli texeyullerdir..may ayi en gozel aydir niye olasinki,guya bos aydi..ama indi artiq ediller nisan toy olub artiq bu ayda get gede de duzelecek.cahil insalarin bos fikirleridir
12 may 2015 22:17
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
guler19
İlin ən gözəl fəslidir yaz və onun ən gözəl ayıdır MAY ayı.Bu düşüncənin İslamla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, İslam dinində günləri uğurlu və uğursuz olmaqla ayırmaq düzgün sayılmır. Yalnız dini matəm günlərində, məsələn, iki aylıq məhərrəmlik mövsümündə, müqəddəslərin vəfat günlərində şənlik etmək bəyənilmir.Həmdəki mənim atamla anam may ayında evləniblər. çoxda yaxşıdılar şükür.
12 may 2015 22:07
# 10
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
neri
bos seydi bele seylere inanmiram ve biz usaglara sunnet toyu mayda etdik ve sukur alla hersy eladi
12 may 2015 21:25
# 9
Sert
qanadli melek
Yersiz sohbetdi mayda toy etmek olmaz bele seylere inanmiram.artiq bu inanca o qederde inanan qalmayib cunki daha hami mayda toy edir
12 may 2015 21:22
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nur k-off
bow weylerdir menim dogum gunum may ayindadir en sevdiyim ayda maydir
12 may 2015 21:05
# 7
SVETA
Fialka
May ayı mənə görə ən gözəl aydı digərləri kimi ona görə də bu xurafatlara inanmaq çox yersizdi sadəcə bu ermənilərin daha bir cəfəngiyyatıdır hansı ki, bəzi insanların şüur altına təsir edib . May ayında o qədər toy edənlər var ki, bu gündə xoşbəxtdirlər. Yəni batil və bir o qədər də yersiz inanclara inanmaq əbəs yerədir ))
12 may 2015 21:01
# 6
rəmsə
Burda sadalanan sebeblerin hamisini esitmisem,hec birine inanmiram.Dunen mamamla papamin 35-ci evlilik il donumleri iditoy,yeni mayda evlenibler,sukur her sey qaydasindadi,3 usaqlari,6 neveleri var,insaallah neticeleri filan da olardua
12 may 2015 20:59
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Bow weydir hec inanmiram haminin inanmasina da hirslenirem Qonwuda qizin herisin veribler niwan etmek ucun mayin cixmasini gozleyir qizin anasi .Guya mayda elese qizi bowanacaq cox gulmelidi bular hamisi xurafatdi
12 may 2015 20:56
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
adsiz-a
Vallah bos sohpetti,men adam taniyiramki may ayinda evlenibler hamidanda xosbexti,Allah yazan yaziya qoyduqu qune ay neynesun qun neynesun
12 may 2015 20:44
# 3
Luna-90
Nece illerdi bu bele qebul olunub camaatin canina qorxu dusub hami ugursuzluq getireceyinden qorxur ancaq elgiz bu eneneni deyisdi gorek ona ne olacaq 23 o qeder mentiqsiz yersiz bele adetlerimiz var men coxuna emel etmirem hetta eksini edirem.
12 may 2015 20:38
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Men esitmisdim ki may ayi dinimizde bos aydir. Zennimce yersiz ve batil inancdir. Toyu her zaman etmey olar
12 may 2015 20:37
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz