Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gülü atıram tutanındır :)
Gülü atıram tutanındır :)
Göndərən: my_angel
Şərhlər: 24
Baxılıb: 1887
Səs ver:
Avropalaşma prosesi... Həyatımızda başqa günlük məsələlərdə olduğu kimi indiki toylarımızda da Avropadan çox şeylər götürürük. Məsələn, şərab içmə, gəlinin gül atması və s. Sözüm də elə məhz bu gül atma işindəndir.  Əslində özümüzdə  bənzər adətlər var. Yəni nəinki toy günü ilə əlaqədar, məsələn elə Novruz bayramını götürək. Bu bayramda bilirik ki, fala baxma mərasimləri keçirilir ki, hansı ki, bu fallarla hansı qızın, nə vaxt ərə gedəcəyi və ya yuxusunda gələcəyini paylaşacağı şəxsin kim olacağı, ya da onun adının baş hərfi və s. müəyyən olunur.Şəxsən çox da belə şeylərə inanmasam da, bunlar adama maraqlı gəldiyi üçün insan özünü belə falların, adətlərin içində tapa bilir..

Nə isə mövzudan yayınmayım..

Əfsanəyə görə, gözəl bir gəlin var imiş.
Onun bəmbəyaz paltarı, füsunkar fatası və çox gözəl gül buketi var imiş, hansı ki, o buketin güllərini meşə heyvancıqları toplayıbmış. Nəhayət ki, toy günü gəlir və gəlin öz buketini arxaya rəfiqələri üçün tullayır və bu gülü  analığının və onun qızlarının zülmündən əzab çəkən, gözəl, səmimi və sakit bir qız tutur və elə bu an qız bir princessaya çevrilir, hansı ki, əlindən də bir princ oğlan tutmuş olur. Elə yer də var ki, orda buket atmırlarmış. Gəlinin gözü bağlanırmış, qızlar onun ətrafında adirə quraraq düzülərmişlər və gəlin ortalıqda bir az gəzinib və sonra qızlardan kiməsə yaxınlaşıb öz gülünü ona verərmiş.. Çoxları isə ümumiyyətlə, öz təbii güllərini atmazlarmış, onun əvəzinə "dublyor” olaraq saxta gül atarlarmış. Öz güllərini isə toydan sonra qurudub, oğlanın yastığının altına tökərlərmiş. Guya bunun sayəsində oğlan ancaq bu gəlini sevəcək və heç vaxt onu aldatmayacaqmış.. Maraqlı əfsanələrdir, hansı ki, bu gün bunlar yaşanır.. Avropa adətlərinə əməl ediriksə, gəlin bu adətlərə doğru-düzgün, olduğu kimi də yanaşaq.Yəni bizdə bu gül atma anında  işin gülməli yanı budur ki, bu gəlin gülünü atarkən subay və ya evli oğlanların, ərli qadınların gəlinin arxasında durub, gülü tutma cəhdi.. Vallah mən bunu başa düşə bilmirəm ki, bu maraq nəyə?! Tutaq ki, ərli, evli olanlarınki bir məzədir, bəs bu subay oğlanların gülü tutma cəhdi nə deməkdir? Oğlan ki gəlin getmir.. Gəlin gülü atır və arxada ancaq və ancaq subay qızlar dayanır və hansı qız gülü tutarsa adəti üzrə guya gələn il bu vaxt  ərə gedən məhz o qız olacaqdır. Bura oğlanın nə aidiyyatı?!  Bir də elə həvəslə tullanıb, o gülü tuturlar ki…))) Hələ qızları da əzişdirirlər..Yaman evlənmək həvəsi. Ay oğlanlar gəlin gül atan zaman arxada ancaq subay qızlar durmalıdır, vəssəlam! Qısacası bazar-vağzal.. Avropanınki olsa belə nə adət var, nə də ənənə…


Şərhlər: 24
Baxılıb: 1887
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Esi bu uydurma nagildi.qiz toyunda atgim gulu baldizimin padruqasi tutdu sonra getirdi gulu verdi restorandan cixan kimi geldi masindan gulu elimden aldiki men tutmusam menimdi o qizin toyu oldu 1qizi 1oglu oldu.oglan toyundada xalamqizi tutdu gulumu oda ere getdi 1oglu var.elim yunguldu .ozum tez aile qurmusam 17yasda hemin vaxtda o yasda az adam ere gedirdi ayagim duserli oldu menden sonra qohum qonsuda qiz qalmadi hamsi ere getdi .
24 aprel 2015 20:59
# 24
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Düşünmürəm ki, adətmi deyim,əyləncəmi deyim kimsə ciddi şəkildə qəbul eləsin,ancaq oğlanların,qızlardan daha həvəsli olduğunun çox şahidi olmuşam.
24 aprel 2015 16:23
# 23
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
maraqlidi.qizin prensese cevrilme efsanesi. duz olmasada ama tesadufen diz cixanlari olur. onsuz bizim millet hansi adet eneneye emel edirler ki buna da emel edile.yersiz adetleri yerine yetiriler yerlileri yox. mende pis bxiram evlilerin gelinin arxasinda durub gul tutmaq hevesini bir nolub siz gedibsiz dana subaylara imkan verin. men hevaxt durmamisam dusmeyibde hele istemeremde.bu maraqli adetdi ama ki esl adet kimi yerine yetirilse.bu mence bilirsiz ne vaxt yerine yetir o ki hoppanib dusmeden bir yerde durursan eyy gulde gelib senin qucagina dusur bax bu esl olur onda yerine yetir, ama burda oglablar imkan vermir qizlari bir gune qoyurlarki. men bir toyda olmusdum oglan gulu tutmaq ucun qizi yixdi taninmis jurnalist qiz idi. qiz o boyda insanin icinde pert oldu gulude yoluq yoluq etdiler hayif) sora geldi gulu qiza verib uzr istedi tezden tepesine deysin onun uzru tentiyibbis elebil qizi yixib gulu goturmyine bax bunun.tesekkur baci:)
23 aprel 2015 01:06
# 22
lelos
mence subay qizlar tutsa daha yaxsi olar
22 aprel 2015 17:06
# 21
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
amazing
Bos sohbetdir.
22 aprel 2015 08:10
# 20
Dosta_inam
mende bu cür şeylere inanmiram,ama kenardan oğlanlarin nece maraqla hoppanib gül tutmasina baxmaq maraqli olur,neinki gül tutmaq.
22 aprel 2015 07:24
# 19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tonya
gul atma adet enneni cox beyendiyim biri adetdi men buna inaniram cunki padruqam toyu olanda gul atdi bacusu tutdu 2 hefadan sonra qiz ere getdi

qizlar sizin olsun gul atma inwallah
22 aprel 2015 00:22
# 18
tonya
aliceWOnDer
Duzu məndə inanmıram , amma istisnalar var , cunki mənim qohumumun toyunda qız atı o biri qızda tutdu və gələn ay nişanlandı belə hallar cox olub və duz cıxıb
21 aprel 2015 23:43
# 17
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
İnanmali bir wey deyil prosta adet yerini bulsun deye men tutmuwam bacimin toyunda menimde xowum gelir oglanlar imkan vermir ki qizlar gulu tutsunlar))
21 aprel 2015 23:31
# 16
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
talis balasi
Men oz toyumda unutdum gul atmaqi))))))yeqin heyacandan olub oda
21 aprel 2015 23:19
# 15
Catwoman666
Gul tutmaqla evlenmek olmuree. Bezi xanimlarimiz hetta ciddi qebul edirler bu meseleni))bu sadece toyun maraqli adetlerindendir. Men de xoslayiram gul atmaq ve s. Bele weyler xosuma gelir)
21 aprel 2015 23:02
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
bacimin toyunda ozu qesten ustume atmisdi men kenarda durmusdum ama 09
21 aprel 2015 22:38
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
evlenmek isdeyenler aile qurmaq isdeyen varsa onsuzda bunu edegeyler sadege olaraq buda bir maraqcin gul atirlarda hec vaxt gul atildiqda gedib ozumu oldurmuremki men tutum sadege kenardan baxmaq daha maraqli olur
21 aprel 2015 22:36
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rakella
Inanmasamda maraqli enenedir
21 aprel 2015 22:18
# 11
Impossible is not a word,it's just a reason for someone not to try
Yusif Ulker
coooooox maraqlidir ya
21 aprel 2015 22:12
# 10
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
SEVGI DENIZIM
Bos inanclardi
21 aprel 2015 22:06
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
acisko
Mende inanmiram bele weylere gul tutan o il ere gedicey ve nebilim ne kimin qismeti hacandisa ondada gedicey amma bu eneneni beyenirem maraqli olur)
21 aprel 2015 21:59
# 8
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Gunka13
Mende toyumda gul atanda iiki oglanin arasinda gul bawlamk problem olmuwdu.yawlari hele 20yoxduye
21 aprel 2015 21:46
# 7
Aileli.
Zeynep_Fatih
Estate maraqli imiw

Efsane
21 aprel 2015 21:18
# 6
Nezka
Dayım qızınınn toyunda da belə oldu nəinki cavan oğıanlar nişanlılar da durmuşdular
21 aprel 2015 21:15
# 5
İçimi görsən mənə aptek alarsan.
Fialka
Bu cür geydirmə ənənələrə inanmıram və heç vaxtda iştirak etməmişəm ancaq toylarda qızlardan çox oğlanlar gül tutma həvəsindədi , gəlinlərdə buna görə iki buket hazırladır biri atmaq üçün olan dublyor digəridə saxlamaq üçün))
21 aprel 2015 20:49
# 4
rəmsə
Gülü tutan qızın prencessaya çevrilməsi maraqlı əfsanə imişxeyal
21 aprel 2015 20:41
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Nur k-off
Adet-enenelerdir amma inanmiram
21 aprel 2015 20:41
# 2
SVETA
BARBI
bele seylere inanmiram gul tutma sadece cefengiyatdir hec bir heqiqet yoxdur men 13 yasimda toyda tutmusdum 24 yasim var hele de subayam
21 aprel 2015 20:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz