Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya xalqlarının adət-ənənələri: Çərkəz toy adətləri
Dünya xalqlarının adət-ənənələri: Çərkəz toy adətləri
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 1144
Səs ver:
Toya hazırlıq
Nikahdan sonra qız ata evində bir il və ya daha çox qalmalıdır. Bu müddət ərzində cehiz və gələcək qohumlar üçün hədiyyələr hazırlanar. Bu dönəmdə gənc xalalar, bibilər, qonşu qadınlar nişanlı qıza yeni ailəsində necə davranmaq lazım olduğunu, həyat yoldaşının, yaşlı insanların qarşısında necə davranmalı olduğunu öyrədirlər.
Nişanlı qız qohumların və yaxın qonşuların toylarından savayı, digər heç bir toyda iştirak etməməlidir. Qatıldığı məclisdə isə özünü ancaq izləyici kimi aparmalıdır.
 
Hər axşam nişanlı qızın yanına dostları və rəfiqələri gələr, "Gecə oturması" deyilən söhbət və əyləncələr təşkil edərlər. Nikahdan əvvəl dostlarıyla birgə qızın evinə rahatca girib-çıxan gələcək bəy, nişanlı olduğu müddətdə evin yaxınından keçməməli, qızın ailəsindən olan yaşlılarla qarşılaşmaqdan qaçmaq məcburiyyətində qalmalıdır.
 
Başlıq alma adəti
Başlıq (vuase) nikah əsnasında bəlli olur. Qabaqlar başlık üçün iribuynuzlu heyvan və cins bir at verilərdi. Bu da ailənin imkanına görə dəyişərdi. 1950-ci illərdə iki at, iki öküz və 500 lirəydi (yazı türk saytından götürüldüyü üçün pul vahidi bu cür göstərilib). Nikahdan sonra qohumlar başlığı hazırlayardılar. Başlığı almaq üçün qız tərəfindən beş-altı kişi göndərilir, bunların arasında qızın əmisi və dayısı olur. Başlıq müzakirələri çox məsuliyyətli prosesdir və burda incə bir diplomatiya aparmaq lazım idi. Bu gün artıq başlıq pulu unudulmuş ənənə olaraq simvolik hal alıb.
 
Çərkəz mədəniyyətində toy "Nıseşecegu" və ya "cavan toyu" olmaq üzrə iki növə ayrılır. "Cavan toyu" əyləncə məqsədiylə daha çox gənclər arasında keçirilir. Gənclər qadınları toplayır və toy edərək öz aralarında əylənərlər. Bu toylarda ciddi qaydalar mövcud deyil və bunlar daha çox əyləncə məqsədlidir. "Toy etdik" deyilərkən, adətən, insanlar "kim evləndi ki, toy etdiniz?" deyə soruşurlar. Çərkəz mədəniyyətində isə toy etmək üçün mütləq birinin evlənməsi lazım deyil, 3-5 adam bir araya gəldisə, toy edə bilirlər və ya bir qonaqları gəldiyində onun üçün toy edə bilərlər. Lakin, qonaq Thamade (yüksək mövqe tutmuş biri) mövqeyindədirsə, ona toy edilməz.
Gəlin gətirmə, yəni "Nıseşecegu" də isə, gəlinin yaşadığı yerə gedilərək gəlin gətirmədir. Bu hadisə 3 gün, 5 gün, bəzən bir aya qədər çəkər. Gəlin gətirmə hadisəsi xüsusilə qış dövrlərinə, iş az olan vaxta salınar ki, uzun-uzadı əylənə bilsinlər. Qeyd edək ki, qadın çərkəzlərdə xüsusi hörmətə layiqdir. Bu səbəbdən nazlandırılar, qayğısı çəkilər. Hələ gənc qızlar daha çox nazlandırılır. Heç bir çərkəz qızı çağırılmadan, buyur deyilmədən toya qatılmaz. Bu səbəblə, toydan əvvəl toy edən ailə, qızlarının (qızları yoxsa yaxın bir qohumlarının) yanına bir cavanı qoşaraq, ev-ev gəzib-dolaşırlar və gənc qızları toya çağırırlar.
 
 
Toy qutardıqdan sonra evlərindən alınan gənc qızlar təkrar həmin hörmətlə evlərinə qaytarılar.
Gəlin gətirməyə gedənlər gəlinin kəndinin girişindən başlamış, evin həyətinə daxil olana qədər əylənməyə çalışarlar. Bu mərasimdə atlı gənclər olar və bu gənclərin ən başlıca vəzifəsi avtomobilin qırmızı örtüyünü qaçırtmaq olar. Gəlini evdən çıxarıb maşına mindirmək vəzifəsi isə, bəyin qardaşının və ya yaxın qohumlarından birinin vəzifəsidir. Gəlini oturduğu yerdən qaldırmaq və otaqdan çıxarmaq üçün də "haqq" ödəmək lazımdır. Ayrıca həyətdən və kənddən çıxarkən gənclər tərəfindən yolu kəsən olarsa, keçmək üçün pul ödənilməlidir. Gəlinlə birlikdə, adətən, yengəsi, xalası, bibisi, onların övladları "gəlin dostu" kimi gələr və ərinin evinə köçənə qədər onunla birlikdə qalarlar. Keçmiş adətə görə gəlin bəyin bir qohumunun və ya dostunun evinə gətirilir və gəlin çıxarmağa qədər orada qalardı. Ancaq uzun zamandır gəlin birbaşa bəyin evinə gətirilir. "Voraydade" mahnısı altında maşından endirilir və xüsusi hazırlanmış otağa götürülür. Bu zaman maraqlı bir hadisə yaşanır. Bəyin yaşlı nənəsi varsa, evdən qaçır və gözəl sözlərlə, şirin dilə tutularaq geri gətirilir.
Çərkəz toylarının kökünə nəzər salsaq, toylarda oturmaq yoxdur. Yaşlı, gənc, toya qatılan kim olursa-olsun oturmaz. Yalnız evli qadınlar kənarda, bir küncdən toyu seyr edərlər. Lakin indi adətlərdə bir qədər dəyişiklik var, toy edilərkən qızlar otururlar. Bunun xüsusi təşkil edilməsi lazımdır. Gənclərdən biri, bir cavan və ya bir qız oturursa, digər gənclərin toya qatılmasını təmin etməlidir.
 
Toyda kişilər bir tərəfdə, qadınlar bir tərəfdə düzülür. Toy edilən yerin ən rahat tərəfi qızlara verilməlidir. Ən sağ başda, "baş qoruyucu" deyilən biri dayanar, onun yanında "şahzadə" dayanar. Onun yanında qonaqların içində varsa qız, daha sonra cəmiyyətdəki ictimai yerlərinə görə digər kəslər, ən sonda da toy sahibi ailədən bir qız iştirak edərlər. Bu qızın yanında da qoruma vəzifəsində biri dayanmalıdır.
Toylarda qızlar sırayla rəqsə çıxar, kişilərdə isə sıra yoxdur. Lakin onlar da təsadüfi bir şəkildə çıxa bilməzlər. Bir cavan oğlanın gözü bir qızı tutubsa, onunla rəqs etmək istəyirsə, o qızın sırasına yaxınlaşar, rəqs etməyə başlayar. Özbaşına rəqsə çıxmaq olmaz. "Hatiyako" (toyda oyuna çıxma sırasını idarə edən şəxs) dediyimiz adamı cəzalandırar, hatiyakonun icazəsini gözləməyi tapşırar.
Toylar uzun çəkdiyi və toy müddətində ayaq üstə dayanıldığı üçün qrup-qrup, əvvəl qonaqlar, sonra digərləri istirahət və dincəlmək üçün dəvət olunarlar. Toydan istirahət üçün çıxarkən böyük olan birilərindən icazə alınar, geri qayıtdığında da təkrar gəldiyi bildirilməlidir. Yəni indiki şadlıq evlərində edilən toylarda olduğu kimi toya təsadüfi girilib çıxılmaz.
 Bəy bütün toy zamanı bir dostunun evində qalar. Sağdış və köməkçisi (şavokodze) lazım olan hər şeyi etmək üçün məsuliyyətli sayılarlar. Dostları, toya gələn gənclər bəi burada ziyarət edərlər. Uygun bir fürsətdə bəy qaçırılar və qurtarma başlığı alınaraq geri verilər. Toyun son günü, yəni gəlin gətirildikdən üç, dörd gün sonra "bəy çıxarma" mərasimi olar. Bəy dostlarının müşayiəti ilə öz evinə gətirilər...


Şərhlər: 16
Baxılıb: 1144
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
maraqli adetleri var,beyin nenesinin qaçmasi maraqli geldi mene,o qaçdi ya geri getiren olmazsa,onda nece olur,çox maraqli idi,teşekkür.
18 aprel 2015 06:09
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Yusif Ulker
bizim adet enene bele deyil ferqli adet enenedir men beyenmedim bu adet eneneyi.....

ama ama birazcik maraqlidir
18 aprel 2015 04:01
# 15
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Miss_Oxatan
Maraqli xeber idi,men cox sevirem bele melumatlari oxumaq,etnik xalqlar ve onlarin adet eneneleri menim hemiwe maragimi celb edib.cerkez qizlari da gozel olur deyirler.toy adetleri de maraqlidir sadece qelizdir.paylawim ucun tewekkurler:)
18 aprel 2015 02:00
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
emis
Men bir kinoya baxırdım aglatan Dans yarımçıq qoydular kinoyu hemin kino cerkez koyde cekilmisdi burda yazildigi kimi de toy oldu orda maraqlidir. Maraqli adətləri var tesrkkurler
18 aprel 2015 01:00
# 13
Nergız33
Maralıdı adetleri
17 aprel 2015 23:39
# 12
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qonaqa
Ne bilim bizim adet enebelerimiz cox gozeldjr
17 aprel 2015 23:38
# 11
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Nur k-off
Yooox maraqli adet deyil
17 aprel 2015 22:37
# 10
SVETA
vipbetul
bezileri bizim adetlerede oxsuyurdu,maraqlidi,evveler bizdede basliq kimi alinan bir adet vardi yaxsiki indi o adetler leqv olunub
17 aprel 2015 22:30
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rakella
maraqli adetleri var bezi adetleri bizim adetlere cox oxsayir ancaq bizim qizlari toya devet etmeye hec ehtiyac yoxdu cagirsalarda gedeceyik cagirmasalarda
17 aprel 2015 21:32
# 8
Impossible is not a word,it's just a reason for someone not to try
Fialka
Maraqlı adət ənənələri var çərkəzlərin, həqiqətən toyda bəy iştirak eləmir sadəcə gəlin olur))
17 aprel 2015 21:21
# 7
aliceWOnDer
Bey 1 il gelini gozlemelidir maraqlıdı
17 aprel 2015 21:08
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Luna-90
1il qiz evinde yasayir adet enene oyrenir?ere gedene kimi oyrene bilmirdiki?
17 aprel 2015 21:06
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
122 bey 1 il gelini gozlemelidir heqiqetende komikdi . Bezi adetleri lap maraqliydi her bir yerin oz adet enenesi var
17 aprel 2015 20:57
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Zeynep_Fatih
Maraqli adetlerdi
17 aprel 2015 20:56
# 3
Nezka
Maraqlı adətlərdi bizdə də var gəlin düşür qapı qapı qızları çağırır
17 aprel 2015 20:54
# 2
İçimi görsən mənə aptek alarsan.
Meleknur
Yaziq bey nigahli ola ola hele ustelik birde 1 il gozleyir nc nc yazigim geldi lap )
17 aprel 2015 20:36
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz