Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruz falları
Novruz falları
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 33
Baxılıb: 3273
Səs ver:
Çərşənbə axşamına uşaqlar çoxlu paxlava, qoğal, şəkərbura yediyi, gənc qızlar isə Novruz fallarına baxa biləcəyi üçün sevinir. Axı qızlar fala baxmağı çox sevir, həm də bu əyləncəli fallar bayram axşamı əhvalı qaldırır.

Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir.

Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Evə yaxınlaşdıqda əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.

Axırıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan sudan "lal su” gətirilir. Buna ona görə, "lal su”deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər.

Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə deməli, su "lal su” deyil. Su gətirən adam üstündə danışıb. O, heç olmasa, "a” deyə səs çıxarıb.

Qapı pusmaq
Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Buna görə də, çərşənbə axşamı yalnız yaxşı sözlər danışmaq adətdir. Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatmaq lazımdı. Su içmək olmaz. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. (Nişanlı qızın üzüyü olmalıdır) Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

İlaxır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqları üstünə çiləyir. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini görərsə, bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Yumurta və karandaşlar
Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.

Alma falı
Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Xeyir-Şər
Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.

Başmaq falı
Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.

Sap falı
Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözü nə olarsa, niyyətə görə yozurlar.

Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.
Yaxın adamın məclisindən bir necə şirni götürüb, yatanda başının altına qoyursan. 10 gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.


Şərhlər: 33
Baxılıb: 3273
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunkas538
Məndə bir ikisini novruz bayraminda eliyəcəm☺
22 fevral 2016 11:33
# 33
Miss_Angel
menim hemiwe semenim seyrek olur eseblewirem

men ele wey elemiwem 23 qiz vaxdi cox cekmedi hec bir il olmadi topuguna daw yamanmiw geldi meni tapdi 122
Sitat: aLoNe AnGeL
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
hee bax sonrada deli ol qisqir dus kuceye 122
29 yanvar 2016 23:15
# 32
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
aLoNe AnGeL
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
hee bax sonrada deli ol qisqir dus kuceye 122
29 yanvar 2016 23:13
# 31
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
leyla_258
Men bunlarin hamısını edecem,hamısı maraqlı görünür.
NOVRUZ BAYRAMINIZ MUBAREK...
19 mart 2015 18:39
# 30
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Aysel Tatli
bele weylere inanmira yaxwisin allah bilir sadace bunlar inanclardir
19 mart 2015 00:53
# 29
Miss_Angel
evel edirdim indi edmirem
18 mart 2015 12:15
# 28
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
tatyana
hec vaxt etmemisem,etmirem,etmeremde.bos seylerdi,inanmiram
18 mart 2015 10:57
# 27
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
ulduz
MENDE KECEN IL ETDIM UZDUKSAM FALI DEYE BBILEREMKI 100% DUZ CIXDI
18 mart 2015 09:43
# 26
ay.dan
uzuk fali etmiwem 21 cixdi ele de oldu))
18 mart 2015 00:51
# 25
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
ŞehZam
Qulaq falina cixmiwam bir defe qalanlari bow gelir mene nese
18 mart 2015 00:44
# 24
EsmaNur
nese inanmiram fala lap evveller elemiwem indi hevesim yoxdu
18 mart 2015 00:29
# 23
vipbetul
faldi inanclardi bu cur seylere inanmiram hec vaxt
18 mart 2015 00:09
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
hecne etmirem hevesim yoxdur
17 mart 2015 23:29
# 21
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
ece uslu
falla hec aram yoxdu cunki inanmiram duz cixmir
17 mart 2015 23:17
# 20
emis
men elemisem ama duz cixmayib bele fallara inanmagimda gelir inanmamagimda ama maraqli olur bayaq en yaxin dostumgildeydim o edirdi hamsini men kecinmisdim gulmekden hele kinnenense telefonla danisir oda buna agil verirki barmagini iyneynen qanat vereqe tok sorada iynenen yay gedeceyin oglanin bas herfi yazilacaq guya menim bu basi xaraf dostumunda aglina batdi.ona 47 yas coixdiki 47 yasinda evlenecek menede 29 yas cixdi 122 ama hami maraq ucun mence heqiqetende maraqli alinir tesekkurler
17 mart 2015 23:02
# 19
Antikvar
Fallardan qapi pusmaqi ederdim amma duzu getdiyim qapilardan hec zad esitmezdim abratni geri qayidardim))Her defesinde ele olardi)Gelib evde mamamdan sorusardim qulagimda problem var ya qonsularda122 men yaxinlasdigim zaman hec kimin evinde ses cixmazdi))))Sonra bu uzuk falini mende etmisem hemise 24 cixardi amma eksi oldu 23 yasda iki usaq boyudurem122 122
Birde bir adet variydi bilmirem bir bizim tereflerdedi ya yox hemen bu gece bir balta mamamizin elinde bizden xebersiz cumub ustumuze 122kimin ne ovladina arzusu varsa edersen ,olarsan deyib qapidan cole qeder cixardardi122ay aman hec kime o birden bire qorxunu arzulamiram122 yadimmdan cixmaz tonqala dusurduk birde gorduk o biri otaqda mama elinde balta ustumuze gelir122122 Ay qardasimla menden bir qisqiriq cixdi papamiz qaca qaca geldiki ,goresen ne olub122 Qorxumuzdan yapisdiq qardasimla bir birimize 122 mamadan bu anda deyir qorxmayin qorxmayin adetdi amma o balta helde goyde yer aliir122 Sonra arzusunu deyir bizde he he deyirik amma duzdu o adet qorxdun hheqiqeten bilki reallasacaq guya))Yaxsi o qorxudan sonra cildaqa getmedik122Hele evde kecirtdiyimiz qorxu azmis kimi xalamgile dusub tonqaala getmeyimi cagirmagimi gordum burdakilarda stolla gumub ustume122122 arada gic gic adetllerimizde olur)))yazdiqca xatirladim bir an amma maraqli xatireleriydi.
17 mart 2015 22:59
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
men bu fallarin demek olar ki,hamisini elemiwem,sadece mektebe giren ili etdiyim fal duz cixmiwdi,niyyet tutdum bezzvukda getdim qonwuya elime iki stekan aldim dedim sag elime suyu tokse demek bu il daxil olacam,saga tokdu qebul oldum hemin il.niwanli qizlarin uzuklerini o qeder dinqillatmiwam sacimla hemiwe 24 duwurdu ama 24u ustunden iwiq suretiyle kecdim 23 qismetimle bagli hec bir falim duz cixmirdi,meselen olur da qiz vaxti qizi cox oglan istiyer,olub ki her defe meni istiyenlerden hansinisa gormuwem o da yeqin day bilmiwem ki neye gore yatiram ele olub giribler)))hetta bir fal var onu burda qeyd etmeyibler,men bir iki defe werhlerimde qeyd etmiwem.demek qizin anasi ya diger yaxin qadin qohumlarindan kimse bayram awi biwirib duyunu deme qoyanda duyunun ustune yumurta qoyursan demi biwene qeder qapagini acmirsan sonra yumurtani cixardirsan bawdiyirsan herf axtarmaga.mene o vaxt evde mamam,xalalarim hamisi etmiwdiler S herfi cixdi hec onda istiyenlerin icinde S deye biri de yoxuydu 1.2ilden kocam peyda oldu.buna hardasa inaniram.hetta yoldawim cixanda adini ewiden kimi hami o saat yumurta meselesine gore mini woka duwmuwduler.
17 mart 2015 22:37
# 17
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ancelina
bu defe belke elyecem mende
17 mart 2015 22:26
# 16
NE OLSUN KI,DECELEM,AMA WIRINEM..........
tek umidim sen
Men hec elememisem. Alma falin eliyecem
17 mart 2015 22:09
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
ayan97
Yarimi tapmisam ama mirta edirem. Mencun bu gun sac qirib nisan uzuyune salib yoxladilar amma terpenmedi uzuk, sam usde onun bas herfi oldu. Yumurtada qoymusam seher duranda gorsem it yeyib infakt vuracag meni amma men 4reng qoydum qelemlerim iki tereflidir

Qismet de ne varsa onuda yasacagiq
17 mart 2015 22:04
# 14
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Öz yarımı tapdığım üçün,mənə ehtiyac yoxdu.
17 mart 2015 21:54
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Turkan Abbasova
Sitat: Svetoklana
Türklərin gözəl ifadesi vardır ki,"Fala inanma,falsızda kalma...")

He. Mende herden edirdim. Indi etmirem
17 mart 2015 21:53
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Luna-90
Hec birini elememisem
17 mart 2015 21:43
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
neri
men etmisdim qiz olanda duz cixdi valla
17 mart 2015 21:27
# 10
Sert
GünƏşimƏ_AiD_
maraqlidi.etmek istedim amma atam dedi yox.ona gre etmiyecem.amma kecen il gizlin elemisdim..inanamiram amma marali gelmidi o qeder gulmusduk. 122 atam deyir bele syelere inanmaqda olmaz elemekde.
17 mart 2015 21:18
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
angel H-va
eledim yaxwi neticeler oldu.inwallah heyata kecer
17 mart 2015 21:15
# 8
BARBI
bele fallara inanmiram ne qeder etmisem hamisi yalan oldu
17 mart 2015 21:03
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
nece maraqlidi yeee ama men oz nece deyeller yarimi tapmisam ehtiyac deyil ama maraga edecem
17 mart 2015 21:02
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
ne gozel maraqli adetler fallar varee)) qizlar hamimiz bir yere yigiwsaq kas ki bu fallari ede bilseydik?))
17 mart 2015 21:01
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Düzü novruz fallarına ümumiyyətlə fala inanmıram ancaq novruzda qızlarla şən əhval ruhiyyəli yığıncaqlarda məzə üçün prob edirik, bu novruzda heç bir fala baxmadım sadəcə şam falı elədik o da elə alındı ki elə bil qələmlə yazılıb mini şok oldu)).. ancaq inanmıram ...))
17 mart 2015 20:43
# 4
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz