Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri
Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1376
Səs ver:
Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.

İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur.

Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz "Allah" sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini "səbirsizliklə" gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək.

AZAN

Allahu Əkbər - Allah ən böyükdür! - 4 dəfə;
Əşhədu ən lə iləhə illəllah - Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilahi (ibadət olunmağa haqqı çatan) yoxdur! - 2 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! - 2 dəfə;
Hayyə alə-s-saləh - Namaza tələsin! - 2 dəfə;
Hayyə alə-l-fələh - Səadətə qovuşmağa tələsin! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.

İQAMƏ

Allahu Əkbər - 2 dəfə;
Əşhədu ən lə iləhə illəllah - 1 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - 1 dəfə;
Hayyə alə-s-saləh - 1 dəfə;
Hayyə alə-l-fələh - 1 dəfə;
Qad qamətis salət Artıq namaz başladı! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.

Doğulduqdan 7 gün sonra uşağın saçları qırxılmalı və tərəzidə çəkilməlidir. Daha sonra isə kasıb və ehtiyacı olanlara saçların çəkisində olan qızıl və ya gümüş paylanmalıdır (saçların çəkisinə uyğun olan qızılın dəyəri pul şəklində də paylanıla bilər). Əgər yenidoğulmuşun başında tük yoxdursa, ehtiyacı olanlara istənilən məbləğdə sədəqə vermək olar.

Yenidoğulmuş uşaq üçün adın seçilməsi əhəmiyyətli bir məqamdır. Bəzilərin fikirinə görə, ad uşağa doğulduğu gün, digərlərin fikirinə görə isə - 7-ci gün verilməlidir. Lakin bu o dərəcədə önəmli sayılmır. Əsas məsələ uşağın valideynləri və yaxınları tərəfindən bu vacib işə olan münasibətdir. Məhəmməd peyğəmbər (s.a.s) deyirdi: "Uşaqlarınız üçün gözəl adlar seçin".

Uşağa verilən ad ləyaqətli olmalıdır, böyüdükdə uşaq öz adından utanmamalı və çəkinməməlidir. Uşağın adı bu ərazi üçün qeyri-adi olmamalıdır ki, gələcəkdə bu ad istehza üçün səbəb olmasın.

Adın mənası da gözəl olmalıdır. Mənası insanın mənfi cəhətləri, pis hadisələr və s. olan adları uşağa vermək olmaz. Deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s) Asıya (itaətsiz, inad) adlı bir qıza yeni Cəmilə (gözəl) adı verib.

Müsəlmanlara öz uşaqlarına peyğəmbərlərin (Məhəmməd, Musa, İsa, Davud, Süleyman, Yusif, Zəkriyyə, İbrahim, İsmayıl, İlyas, İdris, Yaqub, Yahyə, Əyub və s.), peyğəmbərlərin həyat yoldaşlarının və anaların (Məryəm, Sara, Həcər və s.) adlarını vermək tövsiyə olunur.

Təbii ki, Məhəmməd peyğəmbərin (s.a.s) adı ən şərəfli adlardan sayılır. Deyirlər, ki əgər bir evdə Məhəmməd adı olan insan varsa, bu ev hər zaman ruzili və xoşbəxt olacaq (söhbət, təbii ki, mömin ailələrdən gedir).

Məhəmməd peyğəmbərin (s.a.s) ailəsindən və onun tərəfdarlarından (Əbu-Bəkir, Ömər, Osman, Əli, Hüseyn,Həsən, Aişə, Zəhra, Fatimə, Xədicə və s.) olan insanların adları da müsəlmanlar üçün yaxşı sayılır.

Bundan əlavə müsəlmanlara "əbd" (ərəb dilində "əbd" - "qul" deməkdir) sözündən başlayan və Allahın 99 adlarından biri ilə qurtaran adların uşaqlara verilməsi də tövsiyə olunur. Məsələn, Əbdulla (Allahın qulu), Əbdürrəhman, Əbdürrəhim və s. Lakin bu halda Allahın adlarından başqa digər adları istifadə etmək olmaz. Bunun səbəbi insanın yalnız Allahın qulu olmasıdır.

Şəriətə uyğun olaraq, uşağa görə Allaha öz minnətdarlığını bildirmək məqsədi ilə ailə Allah yolunda qurban kəsməlidir. Uşağın doğulmasının 7-ci günü qız üçün 1 qoyun, oğlan üçün isə 1-2 qoyun kəsilməli və kasıb, xəstə, ehtiyacı olan, yetimlər arasında paylanmalıdır.


Şərhlər: 14
Baxılıb: 1376
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
indi diyesen bu cur adetleri elemirlere tesufki

Sitat: leyla_258
bizde bele adetler yoxdur,cooooox sukur.

burda sukur edilegey haliniz yoxdu kederlenilmeli haldi ne vaxtdan Allahin adini cekilmemesi yaxsi hal sayilir
8 mart 2015 20:15
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
bizde bele adetler yoxdur,cooooox sukur.
7 mart 2015 16:59
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Melissa
melumatim var idi tskrler
7 mart 2015 08:49
# 12
gulka azeri
sacla bagli adeti bilmirdim menim ovladimin basinda sac cox az idi,qulagina azan ise ozum oxumusam ata baba oxumali oldugunu bilmirdim,,ovladim gec olduguna gore hami qurban demisdi mende hemcunun,adi baresinde ise cox qerarsiz idim Omer Huseyn Yusif adlari xosuma gelirdi,lakin atasi yuxusunda ya Ibrahim yada Iman adlari gormusdu evdekilerin qerarina esasen adi Iman oldu .insallah gelecekde adi kimi qelbide imanli olar en boyuk arzum ovladimin imanli ve emeli saleh bendelerden olmasidi,Allah butun ovlad hesretinde olanlari tezlikle sevindirsin insallah amin vaxtile mende bele xeberler oxuyub koks otururdum wukur Allah ovlad bexs etdi
7 mart 2015 01:58
# 11
sona
Bu barede melumatim var idi. Maraqli xeber oldu tewekkurler
7 mart 2015 01:12
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Menim balam
Böyük oğlum olanda musıqı otağına saldılar. Ruslar'da beledir.
7 mart 2015 00:13
# 9
Luna-90
Bunlari bilirem balama elemisdik
6 mart 2015 23:38
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Madina
Bunlar haqda melumatli idim,xeberi olmayanlar ucun lazimli meqaledir,twk
6 mart 2015 22:56
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
GünƏşimƏ_AiD_
evet bizede bele edibler,menle qardasima.cox yaxsi seydi.Allah hemise komeymiz olsun.
6 mart 2015 22:00
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Bu haqda məlumatım var uşaq anadan olanda onun qulağına azan oxunur və qoyduqları adı deyirlər, dualar oxuyub, qurban kəsirlər...
6 mart 2015 21:09
# 5
aziz a
Maragli ve lazimli melumat idi, bes niye qiza bir, oglana bir iki qoyun qurban kesilmelidi??? Maragli geldi mene...Dogurdanda dinimiz ne qeder derin, temiz lazimli bir dindirki, her sey haqqinda ayri ayriluqda haqqinda yazilib mwlumat cerilub.
6 mart 2015 21:08
# 4
Qelbim doludu !!!!
aynur2002
Maraqli adetlerimiz var.
6 mart 2015 21:06
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
isveç.de
Uşaq doğularkən azan oxunur. 7, günlüyündə qurban kəsildiyin bilirdim. ..
6 mart 2015 20:53
# 2
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
BARBI
He mende bu barede oxumusdum usaq dogulanda adeten qurban kesirler coxlu dualar oxuyurlar
6 mart 2015 20:48
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz