Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milli adət və ənənələr mənəvi dəyərlər sistemində
Milli adət və ənənələr mənəvi dəyərlər sistemində
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 23719
Səs ver:
Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və  onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
 
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin  milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər əliyev: "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, -deyib.

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır.  Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir.  Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır. əgər qız və oğlan bir-birini bəyənib, talelərini nikah vasitəsilə birləşdirmək arzusundadırlarsa, onlar, ilk növbədə, valideynlərinin razılığını almalıdırlar.

Yas mərasimləri ilə bağlı da azərbaycanlıların bir maraqlı adət və ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Kişilər üzlərini qırxmırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar. Yas günlərində mərhumun yaxınları özgə toylarına, şənliklərə və hətta təqdimat mərasimlərinə belə getmirlər.

əgər gənclər nişanlıdırlarsa, evlənmək üçün onlar bir il, yəni yas müddəti bitənədək gözləməlidirlər.

Nəhayət, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

Milli adət-ənənələrimiz və güclü dövlətçilik

Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Heydər əliyev: "Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir”,-deyib.

Bütün bunlar da ulu öndərin adət və ənənələrimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bir daha  sübut edir.

Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan görkəmli dövlət xadimi yaxşı başa düşürdü ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişir və dövlətin daha da güclü olmasına öz töhfəsini verir.
Heydər əliyev: Adət və ənənələrimiz və milli dəyərlərimiz

Xalqımızın ən zəngin milli mədəni irsi olan adət və ənənələrinin və bu əsasda formalaşdırılan milli mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında Heydər əliyevin müstəsna xidmətləri olub. Vaxtilə  Heydər əliyev cəsarətlə Azərbaycan xalqının öz kökündən, adət və ənənələrindən uzaqlaşdırılması yönündə Moskva tərəfindən atılan sərt addımların əleyhinə çıxırdı. Bu baxımdan ulu öndərin adət və ənənələrimizə bütün varlığı ilə bağlı olmasını onun xalqımızın ən qədim bayramı olan Novruza olan dərin sevgisi sübut edir. Belə ki, SSRİ rəhbərliyi tərəfindən rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq, 1967-ci ildə Azərbaycan xalqı Novruz bayramını təntənəli şəkildə qeyd etdi.  Novruz bayramının yüksək səviyyədə keçirilməsi isə həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər əliyevin şəxsi xeyir-duası baş tutmuşdu. Halbuki Heydər əliyev Moskvanın məsələyə xoşagəlməz reaksiya verəcəyini yaxşı bilirdi. Buna baxmayaraq, Heydər əliyev cəsarətlə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə razılıq vermişdi. Üstündən illər ötəndən sonra Heydər əliyev ona ünvanlanan: "ən çox sevdiyiniz bayramə” -sualına məhz : "Novruz”, - deyə cavab vermişdi.

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər əlievin həyata keçirdiyi ilk önəmli tədbirlərdən biri milli adət və ənənələrimizin və bu əsasda yaradılan mənəvi dəyərlər sisteminin, milli varlığımızın əsasında dayanan ana dilimizin qorunub saxlanılması ilə bağlı oldu. Çünki ulu öndər yaxşı bilirdi ki, hər bir millətin varlığını mühafizə etməsi, adət və ənənələrini yaşatması, onun min illər boyu yaratdığı zəngin mədəni irsini və mənəvi dəyərlər sistemini gələcək nəsillərə ötürə bilməsi ana dilini qoruyub saxlaya bilməsindən asılıdır. Məhz buna görə də Heydər əliyev imperiyanın qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda cəsarətli bir addım atdı. O, 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən sənədə Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən maddənin salınmasına nail oldu. O vaxt bu olduqca böyük cəsarət hesab edilirdi.

Bununla bağlı Heydər əliyev sonralar o dövrü xatırlayarkən belə demişdi: "Azərbaycan xalqı qədim tarixə, zəngin adət-ənənələrə,  mənəvi dəyərlərə,  zəngin mədəni irsə malik olan bir xalqdır. O dövrdə bizi kökümüzdən, adət və ənənələrimizdən ayırmaq üçün ana dilimizi bizə unutdurmaq istəyirdilər. Mən buna imkan vermədim. Milli, mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, milli varlığımızın qorunub saxlanılması üçün 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasına  Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən maddə saldırdım. Halbuki bilirdim ki, buna görə mənə çox təzyiqlər olacaq. Ancaq ana dilimizin qorunub saxlanılması naminə buna getdim”.

Ötən əsrin 70-ci illərində Heydər əliyev tərəfindən adət və ənənələrimizin, tariximizin, mənəvi dəyərlərimizin qorunub saxlanılması yönündə atılan mühüm addımlardan biri də rayonlarımızda tarix-diyarşünaslıq muzeylərinin təşkil edilməsi oldu. Bu tarix-diyarşünaslıq muzeyləri yalnız qədim tariximizə aid nümunələri deyil, həm də əsrlər boyu əldə edilən zəngin mədəni irsimizin, adət və ənənələrimizin də qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması ilə bağlı tarixi bir funksiyanı həyata keçirdilər.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər əliyevin həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində vaxtilə qadağalara məruz qalan milli və dini bayramlar, adət və ənənələr yenidən bərpa edildi.

Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Dövlət başçısı bu məsələdən bəhs edərkən belə deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Bir sözlə, Heydər əliyev milli adət və ənənələrimizin və bu müstəvidə formalaşdırılan milli dəyərlər sisteminin  qorunub saxlanılmasında və bunun əsasında güclü və qüdrətli dövlət qurulması istiqamətində mühüm tədbirlər həyata keçirdi.

Azərbaycanda adət və ənənələrin  qorunub saxlanılması və bu müstəvidə daha güclü və dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Bunu Prezident İlham əliyevin iştirakı ilə hər il Novruz və digər milli bayramlarımızın yüksək səviyyədə keçirilməsi də sübut edir. Təsadüfi deyil ki, İlham əliyev Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olmasına diqqəti cəlb edərək: "Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”,-deyib.

Beləliklə, milli adət və ənənələrimiz və onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitalarinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir.


Şərhlər: 19
Baxılıb: 23719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Çikolata
çox maraqli idi bundna istifade etdim )
18 dekabr 2015 16:31
# 19
kiraz mevsimci kiz
tesekkurler elleriniz yorulmasin cox ehtiyacim var idi bu melumatlara
5 noyabr 2015 18:01
# 18
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
vipbetul
adetlerimiz gozel maraqlidi,gerek sevekki yashada bilek daha utanmayaq
10 mart 2015 18:23
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aysel Tatli
adet enemelerimizi cosunu beyenirem bir toydansonra gelinin uze cixmasi adetimizden hec xosum gelmir
5 fevral 2015 22:48
# 16
pozitiv
Adet-eneneleeimize hence catmaz.yasasin AZERBAYCAN!
4 fevral 2015 02:10
# 15
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
ismayilova ulker
Mın birçox xalqların adətləri barədə oxumuşam televizita verlişləri vasitəsilə izləmişəm. Amma pz adətlərimiz kimisi heç yerdə yoxdu. Öz adətlərimiz hamsından yaxşıdı.
4 fevral 2015 01:08
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Qlamurr
Doğrudan da çox gözəl adət-ənənələrimiz var,ancaq çoxusu artıq unudulmaqdadı.....
4 fevral 2015 00:14
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aziz a
Bizim xalqimiz biraz unutqandi, amma sukurki,indi bezi verlislerde adet enenelerimize boyuk yer ayrilir...
3 fevral 2015 23:58
# 12
Qelbim doludu !!!!
Gulu-Qezi
GOZEL ADETLERDI
3 fevral 2015 23:24
# 11
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
ece uslu
gozel adet enenelerimiz var tessuf ki bir necesi artiq unudulub
3 fevral 2015 23:05
# 10
qonaqa
Cooox gozel adet enenelerimiz var. Cooox gozel lahiyedir
3 fevral 2015 22:24
# 9
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Nazan
AZERBAYCAN
3 fevral 2015 21:54
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ayan97
Insalah qabagda en cox sevdiyim bayram gelir...
3 fevral 2015 21:46
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
AYKA-ISI
oz adet enenelerimizide helede sevmirem

oz adet enenelerimizide helede sevmirem
3 fevral 2015 21:39
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Tomris Müslümova
en sevdiyim ve sebirsizliyle gozlediyim bayramm
3 fevral 2015 21:34
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Hər bir xalqın adət ənənəsi olduğu kimi bizimdə öz adətlərimiz ənənələrimiz var,digər xalqların adətlərinə nisbətən öz adətlərimiz daha yaxşıdı
3 fevral 2015 21:06
# 4
emis
adet enenelerimzden yoxdu tesekkurler
3 fevral 2015 20:55
# 3
canr
Adetlerimiz cox gozeldir
3 fevral 2015 20:53
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Adet enenelerimizi sevirem ama bezileri cox yersizdi
3 fevral 2015 20:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz