Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaxşı toy tamadası ilə tanınar
Yaxşı toy tamadası ilə tanınar
Göndərən: NoName
Şərhlər: 24
Baxılıb: 1554
Səs ver:
Keçmiş zamanlardan toyların idarə edilməsi ağsaqqalların məsləhətilə qabiliyyətli, dilli-dilavər, el-obanı yaxşı tanıyan adamlara tapşırılarmış. Sonralar toyları idarə etmək bir sənət çevrilib. İndi məclisi idarə edənlər ya tamada, ya da masabəyi adlandırılır. Təsadüfi deyil ki, tamada sözünün mənasını "məclisin atası" kimi yozurlar. Yəni həmin şəxslər məclisə tam verən, dad qatan, onu maraqlı edə bilənlərdir.

Tamadalığı incəsənət aləminin bir qolu da hesab edirlər. Müasir Azərbaycan toylarını, şənliklərini  tamadalarsız təsəvvür etmək mümkün deyil. Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir.

Toylar kıralıMüşahidələr belə deməyə əsas verir ki, tamadalıq edənlərin hamısını peşəkar adlandırmaq olmaz. Elə tamadalar var ki, standart çərçivə daxilində çıxış edirlər. Onların apardığı toylarda ab-hava demək olar ki, bir-birini təkrar edir. Bəzi tamadalar mənasız, yersiz söz və atmacalarla, təkrarçılıq etməklə məclisdəkilərin də əhval-ruhiyyəsinə "soğan doğrayır", ovqatları təlx edir. Belə "masabəyilər" hər kəlməbaşı hamını əl çalmağa, yersiz alqışa çağırmaqla  başqa cür desək, zəhlətökənlik edirlər. Elə belələrinin sayəsində axır vaxtlar tamadalığın gözdən salınması prosesi getməkdədir. İş o yerə çatıb ki, indi hər yoldan ötən tamadalıq edir. Hər yerindən duran, əli mikrafon tutan, beş-on şeir əzbərləyən, yeri gəldi-gəlmədi, bir-iki əhvalat uyduran məclis aparır. Ya da uzun-uzadı danışıb məclis qonaqlarını yorur.

Əslində isə tamada sinədəftər, fantaziyası tükənməz olmalı, mənalı ifadələrilə, şeiriyyatla məclisdəkilərin ruhunu açmalı, kefini durultmalıdır. Gözəl diksiya, gözəl səs, aktyorluq məharəti, psixoloqluq, ağsaqqallıq qabiliyyəti, səliqəli geyim... Tamada həm də məclisə tam nəzarət etməli, hadisələrin mərkəzində olmalıdır.
Bununla yanaşı, tamada toyda özü-özünü müdafiə etməyi də bacarmalıdır. Çünki bəzən musiqi sifarişi və sözvermə üstündə yaranan mübahisə tamada üçün təhlükə yarada bilər. Bax əsl tamada belə vəziyyətlərdən çıxış yolunu tapa bilən, həmin anda sakitliyi bərqərar edən, dava-dalaşın qarşısını alan şəxslərdir.
Amma toyların bütün nöqsanlarını da tamadaların ayağına yazmaq olmaz. Axı hər toya söz qədri bilənlər yığılmır. Belə demək olar ki, qonaqların səviyyəsi toy sahibinin kimliyindən asılıdır. Yəni elə məclis var ki, nə deyirsən qiyməti var, məclis də var ki, tamada lap ağzı ilə quş tutsun, kimsənin vecinə deyil. Çəngəl-bıçağın səsi ansamblın səsindən də bərk çıxır".
 
Yaxşı olar ki, bu peşə ilə məşğul olanlardan birinin fikirlərini də təqdim edək. AzTV-nin diktoru, tamada Telman Səlimoğlu deyir ki, keçmişdə tamada seçki yolu ilə seçilirmiş: "Yəni məclisdə ağsaqqallar, başbilənlər, toy sahibləri məsləhətləşib bir nəfəri seçib tamada təyin edirdilər. Tamadalar isə daha çoq poeziya və incəsənət adamları arasından seçilirdi. Düzdür, o vaxtların da öz çatışmazlıqları olub, amma indi nöqsanlı cəhətlər daha çoxdur".

Telman səlimoğlu deyir ki, toy sahibləri də bir sıra hallarda tamadanın tənqid hədəfinə çevrilməsində rol oynayır. "Bir də görürsənki toy sahibi yaxınlaşıb tamadaya pəçəldayır ki, bəs filankəs hörmətli qonaqdır, onu yaxşı tərif et. Tamada da həmin adaı tanımadığı halda onu elə tərifə tutur ki, gək görəsən...Təriflənən adamı da tanıyanlar tamadaya istehza etməyə başlayırlar, çünki sən demə o, hörmətsizin biri imiş".

Müsahibimiz deyir ki, müsair dövrdə tamadalıq sənətini şadlıq sarayları inhisara alıb. Yəni toylarda tamadanı məclisin keçirildiyi saraylar təyin edir. Belə tamada da restoran rəhbərliyinin göstərişinə əməl edir. Beləliklə də tamadaların sərbəstliyi olmur. Tamada onda hörmətli olur ki, toy sahibi özü çağırır və bütün ixtiyar onda olur".
T.Səlimoğlu hesab edir ki, əsl tamada bir çox keyfiyyətlərə sahib olmalıdır: "Tamada ünsiyyətcil və çox hazırlıqlı olmalıdır. Məclisi fərqli aparmağı bacarmalıdır. Onun ən böyük kəşfi toydakı istedadlı adamları üzə çıxartmaqdır.
Əvvəllər tamadalar səsi güclü və natiq olan adamların arasından seçilirdi. Ancaq indi əlində səsgücləndirici aparat alan "tamadalar" məclisdə bir səs-küy qoparırlar ki...".

Müsanibimizin sözlərinə görə, əsl masabəyi çıxışları bir-birinə elə bağlamalıdı ki, rabitə qırılmasın, məna itməsin. O, hansı məclisdə olduğunu - qız toyudu, ya oğlan, nişandı, ya kiçik toydu... bunu mütləq nəzərə almalıdı. Hər məclisə özünə uyğun ovqat yaratmalıdı.
T.Səlimoğlu deyir ki, adətən məclisi aparan musiqiçilər daha çox adama söz verməyin tərəfdarı olurlar. Bu da onların marağından irəli gəlir. Çünki çox adam danışanda, musiqiçilərə də çox pul yığılır. Belədə pul yığa bilən tamada musiqiçilərin ən sevimli masabəyisi olur: "Bunu nəzərə alıb toyda çox adama söz verməyə ehtiyac görmürəm".  

T.Səlimoğlu indiki toyların onu qane etmədiyini deyir: "Mənə qalsa, toy həyətdə təşkil olunmalıdır. Kişinin qapısına qonaq gəlməlidir. Bu günkü toyların səviyyəsi məni heç qane etmir. İsrafçılığa çox yer verilir. Bəzi  adamlar süfrədə yeməklərin yığılıb qalması ilə fəxr edir".


Şərhlər: 24
Baxılıb: 1554
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ındı esasen ele muqenıller ozlerı toyu aparır bezı senet adamları varkı onları caqıranda dahada toyu maraqlı aparırlar
10 mart 2015 15:27
# 24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aysel Tatli
TOYDA TAMADA OLMAYANDA TOY QARGA BAZARINA DONUR AMMA GEREK TAMAFDADA COX DANIWMAYADA
7 yanvar 2015 22:38
# 23
emis
tamadalardan hec xosum gelmir bir kelme sozu deyene kimi adam cile cixardir uje
7 yanvar 2015 21:31
# 22
isveç.de
Mənim toyumda muğənni həm oxudu həmdəki tamadalıq etdi:):):)
7 yanvar 2015 18:27
# 21
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
adsiz-a
hec beyenmirem tamadani ne lazimdiyeee vecsiz vecsiz danşir
7 yanvar 2015 12:03
# 20
ay.dan
bizim toydada tamada super idi ona tapwirmiwdig ki yersiz sohbetler olmasin coxda daniwmasin oda sagolsun toyu ela apardi
7 yanvar 2015 11:24
# 19
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Menim balam
Bizim toyda tamada çox yaxşi sese malik bir insan idi. O, toya baxan tekrar yenede baxır.
7 yanvar 2015 02:35
# 18
FISTIK
Yaxsi aparici ola he ama birde sey sey danosan olur24
7 yanvar 2015 02:30
# 17
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ismayilova ulker
Mənim toyumda tamada yaxşı idi. Çox qəşəng aparırdı toyu. Tamadasız toy çox pus olur. Təşəkkür edirəm.
7 yanvar 2015 02:02
# 16
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
acisko
Hec beyenmirem tamada aparan toyu wit wit daniwir butun eseblerim korlanir az qalsin cixim gedim o toydan.
7 yanvar 2015 01:54
# 15
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Nazan
tamadami? qadaniz alim bessiz
7 yanvar 2015 01:22
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Wappuw
hec tamada olan toyu xowlamiram 08
6 yanvar 2015 23:49
# 13
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
xeyalperest
Ta.ada olan toy gulmeli olur xixi
6 yanvar 2015 23:40
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ece uslu
hec xowlamiram tamada
6 yanvar 2015 23:19
# 11
sona
Men xowliyuram tamada olsun. Ama tamadadan cox wey aslidi. Toyu wek aparamda tamadadi wit aparamda quru aparanda
6 yanvar 2015 23:17
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
Heqiqeten de tamadanin gerek gozel nitq bacarigi ve coxlu soz ehtiyati ola
6 yanvar 2015 22:49
# 9
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Toylarda tamada olmayada en zehlem geden seydir
6 yanvar 2015 22:37
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sima
hmmm maragliydiiii
6 yanvar 2015 22:23
# 7
23.09 25.09 melek melek melek
qonaqa
Ne bili allah her kese toy besib elesin amin teşekkür
6 yanvar 2015 21:48
# 6
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Qlamurr
Toyu tamadasız təsəvvur etmirəm,ancaq qabiliyyətli insan olmalıdı......
6 yanvar 2015 21:45
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Baharim ol
Duz deyir.ama bizim rayonda Rehman adli tamada var.o olan toyda mumkun deyil gulush eskik olsun /sen sux gozel toy aparir music
6 yanvar 2015 20:45
# 4
Ama yenede
Fialka
Fikirləriylə razıyam yaxşı aparıcılıq qabiliyyəti var
6 yanvar 2015 20:43
# 3
Сладкий Ангел
duzdu tesekkurler
6 yanvar 2015 20:42
# 2
.Bir gülüşüm var Sizlərə ömür...
Gulu-Qezi
duzdu tewekkur
6 yanvar 2015 20:34
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz