Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy güzgüsu
Toy güzgüsu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3288
Səs ver:
Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qızgilə bəxtgüzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız soldışının əlində gəzdirilir. Onun ətrafı qırmızı parça ilə haşiyələnir, hündürlüyü 60-65 sm., eni təqribən 40-45 sm.-ə çatır. Gügü əsas etibarilə, paltarkəsdi , xınayaxdı toyları və kəbinkəsdi mərasimində nişanlı qızın qarşısına qoyulur və hər tərəfində bir şam yandırılır. Ona baxan gəlin, guya gözdolusu "gələcək ağ günlərini" görür, güzgü onun önündə aparıldıqda isə "cəmi xəta-bəladan, bədnəzərdən" qorunur.

El-oba inamına görə, suda və güzgüdə əks olunanlar, insanın oxşarı sayılır. Odur ki, bir vaxtlar bu "can və tale güzgüsü"nə baxdıqdan sonra hökmən onu öpmüşlər. İndiki toylarda da ər evinə yollanan gəlin bəxt güzgüsünü öpüb onu oğlan yengəsinə tapşırır.Gərdək gecəsi , adət üzrə, bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir.

İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya da evlənlərdən biri tezliklə ölər. Ona görə də bütün toylarda gəlin güzgüsü göz bəbəyi tək, ciddi-cəhdlə qorunur.Bu güzgü ayrı-ayrı yerlərdə "bəxt aynası", "gəlinlik güzgüsü ", "nişan güzgüsü", "tale güzgüsü" də adlanır.


Şərhlər:
Baxılıb: 3288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz