Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəkarətin rəmzi qırmızı, yoxsa saflıq simvolu ağ gəlinlik?
Bəkarətin rəmzi qırmızı, yoxsa saflıq simvolu ağ gəlinlik?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2224
Səs ver:
Gəlinlik bütün qadınların uşaqlıqdan geyinməyi arzuladığı paltardır. Ona görə yox ki, onda ərə gedirlər, ona görə ki, mərasimin əhəmiyyəti sanki bu paltarın xüsusi olmasını tələb edir. Gəlinlik donunun rəngi, üslubu mərasimin əhəmiyyətindən, həmçinin toy iştirakçılarının dinindən və mədəniyyətindən asılı ola bilər.

Zamanla inkişaf edən və dəyişilən paltarlar gəlinliyin yaranması üçün stimul olur. Belə ki, gəlinin toyda seçilməsi, digər xanımlardan ayırd edilməsi üçün gəlinlər daha fərqli geyinməyə başlayır. Şərq mədəniyyətində gəlinlər şans və məhəbbət simvolu olan qırmızı gəlinlikləri seçərdilər. Bu ənənə az da olsa, hələ də bir çox şərq ölkələrində davam edir. Qərb mədəniyyətində isə gəlinlər çox vaxt  XIX əsrdə kraliça Viktoriya sayəsində məşhur olan ağ gəlinliklərə üstünlük verirlər.

Qırmızı gəlinlik - türk ruhunda toy geyimi
Türk adətlərinə görə, gəlin yalnız qırmızı geyinməli idi. Türk inancına görə, qırmızı rəng müqəddəslik, bəkarət, namus və baş ucalığı rəmzidir. Qədim türk torpaqları olan Azərbaycanda da gəlinlər dədə-babadan qırmızı rəngdə geyiniblər. Çox qədim dövrlərdən yaxın keçmişədək bütün gəlin geyimləri əsasən, al-qırmızı rəngdə olub. Bu geyimin üzərində sarı (Günəşin rəmzi olaraq), ağ (saflığın rəmzi olaraq) naxış çalarları olardı. Qırmızı rəng toy günü başmaqlarından tutmuş duvağına, xınasına qədər qırmızıya bürünən türk qızının gözəlliyini əks etməyə xidmət edirdi.

Azərbaycan toylarında gəlin paltarını oğlan evinin adamları hazırlayırdı. Daha dəqiq desək, toy gününə 1-2 ay qalmış oğlan anası, bacısı gəlini toya qədər bəzəməklə məşğul olurdu. Qızın toy günü başdan-ayağa qırmızı geyinməsi əsas adətlərdən biri sayılırdı.

Toy paltarı məxməri, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək yaxası dar və pullu olub belə qədər bütöv olurdu, bel hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu.

Köynəyin ətəkləri uzun gəlin ətəyinin üzərindən aşağıya doğru uzanırdı, gəlinin belini qırmızı və enli qurşaq bəzəyirdi, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülürdü. Qədimdə gəlinliyə "bəzənik" deyirdilər. Ayrı-ayrı bölgələrdə fərqli adlar deyənlər də vardı. Məsələn, Naxçıvanda gəlin paltarına "kəfrəm" deyirdilər.

Qırmızı qurşaq - müasir toylara miras qalan yeganə qədim adətdir

Əksər hallarda toylarda gəlinlərin belinə qırmızı bir qurşaq, lent bənd edilir. Bu lenti gəlinin belinə qardaş və ya yaxın bir oğlan qohumu bağlayır. Düzdür, dövrümüzdə qızların çoxu bu adəti köhnəlmiş hesab edir və qəti şəkildə toyunda belinə qırmızı bağlamağa izin vermir. Bunun anlamının nə olduğunu bəlkə də çoxları bilmir, sadəcə adət kimi əməl edirlər. Yaşlı nəslin nümayəndələri deyir ki, qırmızı belbağı gəlinin baş ucalığıdır. Belə ki, əgər ata, qardaş evdən çıxan qızın belinə qırmızı qurşaq bağlayırsa bu o deməkdir ki, biz qızımızın namusuna, bəkarətinə və tərbiyəsinə əminik. Belinə qırmızı qurşaq bağlanaq qız ata evindən alnı açıq, üzü ağ, qürurla çıxırmış. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər.

Zamanla türk elləri istilaya məruz qaldıqca adətlər də kənar təsirə məruz qalıb. Bu mədəniyyətdə, geyimdə də özünü göstərib. Könül oxşayan qırmızı gəlinliklərin yerini saflıq və məsumluq rəmzi hesab olunan ağ gəlinliklər alır.


Şərhlər:
Baxılıb: 2224
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz