Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aristokratiya ənənələri: Çində ayaqların deformasiyası
Aristokratiya ənənələri: Çində ayaqların deformasiyası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1742
Səs ver:
Ayaqların bintlənməsi dedikdə bəziləri elə başa düşürlər ki,  bu – sadəcə, ayaqların bintlə  sarğılanmasıdır. Amma bu, elə də sadə bir iş deyildir.
Keçmişdə Çində qız uşaqlarının ayaqlarının bintlənməsi adəti vardı. Çində qız uşaqlarının ayaqları bintlə sarılır, uşağın özü böyüsə də onun ayaqları körpə ayaqları olaraq qalırdı.

Uzaq keçmiş zamanlarda Çində qızların ayaqlarının bintlənməsinin müxtəlif formaları olmuşdur. O zamanlar Çində ideal gözəlin ayaqları lotos formasında olmalı, yeriyəndə isə bədəni söyüd budaqları kimi əsməli idi...

Qədim Çində qız uşaqlarının ayaqlarını 4-5 yaşında olarkən bintlə bağlayırdılar. Bintləmənin yaratdığı ağrılara dözə bilmədikləri üçün və sonradan onların ayaqlarında yaranan şikəstlik üzündən körpələrin ayaqlarını bintləmirdilər. Qız uşaqlarının ayaqları 4-5 yaşından bintlənirdi və bu 10-12 yaşınadək davam edirdi. Bint açılarkən bu yaşda qızların ayaqlarının ölçüsü 10-12 sm təşkil edirdi. Bu ölçülü ayaqlar "ideal qadın ayaqları” hesab olunurdu. Bu cür ayaqlar "lotos” formalı ayaqlar adlanır.  Bintlər açıldıqdan sonra onlar  2-3 il ərzində ədalı yerimək öyrənirdilər və bundan sonra isə qızlar ərə getmək üçün yetgin hesab edilirdi.

Keçmişdə Çində hər bir bölgədə müxtəlif vaxtlarda müxtəlif cür ayaq formaları dəbdə olub. Bəzi bölgələrdə "lotos” formalı – yəni, balaca və girdə, bəzilərində — nazik-uzun, bəzilərində gödək və miniatür ayaqlar dəbdə idi. O zamanlar ayaqqabılar da ayaq formalarına uyğun tikilirdi. O zamanlar Çində ən çox sifariş edilən və tikilən ayaqqabılar-  "lotos” formalı ayaqqabılar idi. "Lotos” formalı ayaqqabılar aristokratlara məxsus idi və bu ayaqqabılar həm də  sosial statusu bildirirdi.

Müasir dövrdə isə ayaqların bintlənməsi keçmişin vəhşi bir ənənəsi hesab edilir. Buna qadınların diskriminasiyası kimi baxılır. Amma o zamanlar qadınlar özlərinin "lotos” formalı ayaqları ilə fəxr edərlərmiş. Çində qızların ayaqlarının bintlənməsi metodu öz kökü etibarilə X əsrə gedib çıxır. O zamanlar Çində ayaqların binlənməsi sənəti üzrə hətta institutlar da fəaliyyət göstərirmiş və bu peşə min illərlə vacib və sayılan peşələrdən hesab olunmuşdur. O zamanlar Çində ayaqların bintlənməsinə qarşı olanlar da az olmamışdır. Amma bu adamlara " ağ qarğa kimi” baxırdılar və onlar milli ənənəyə qarşı olanlar hesab olunurdular. Çünki, o zamanlar ayaqların bintlənməsi Çində kütləvi bir mədəniyyət kimi qəbul olunmuşdur.

Keçmişdə Çində qızlara elçi düşən zaman oğlanların valideynləri ilk-öncə qızların ayaqlarına və onların ayaqlarının hansı formada olmasına baxdıqdan sonra qızların üzünə baxarmışlar. Qızların valideynləri də qızların ayaqlarını bintləyərkən qızlarını inandırmağa çalışırdılar ki, — "onların ayaqları nə qədər balaca, xırda olarsa, onları gələcəkdə daha böyük xoşbəxtliklər gözləyir...”

O zamanlar Çində ayaqları bintlənməyən qızlara və qadınlara ikrah hissi ilə baxılırdı, sanki onlardan iyrənirdilər. Hətta onları daim təhqir edir, onlara lağ edirdilər. Baxın, Çində o zamanlar kişilər ayağı bintlənmiş qadınlar haqqında nə deyirmişlər: — "Qadının ayağının xırdalığı onun tərbiyəli, ədəb -ərkanlı olmasından xəbər verir. Ayağı bintlənməmiş qadınlar isə kişiyə bənzəyir və kişilərdə heç bir maraq oyatmır, kişilərin diqqətini çəkmir. Xırda ayaqlı qadınlar və onların ədalı yerişləri kişiləri cəlb edir və ehtiraslandırır… Uzun ayaqlı qadınlar əcaib və qeyri-estetik görsənirlər.”  Hətta o zamanlar Çində bintlənməmiş ayaqlar kəbin üçün yararsız, bintlənmiş ayaqlar isə kəbin üçün tam yararlı hesab olunurdu.  Əslində isə xırda ayaqlı qadınlar asta hərəkətli, asta yerişli, addımları isə çox ləng olurdu.

Lotos ayaqqabı

Əvvəllər Çində hətta oğlanlar, kişilər də ayaqlarını bintləyirdilər ki, "gözəl” ayaqlara malik olsunlar. Bintlənmiş ayaq formaları, istər kişilərdə, istərsə də qadınlarda, müxtəlif cür adlandırılmışdır. Qadınlarda; "lotos”, "liliya”, "Çin şabalıdı”  adlı… kişilərdə; "qarğa pəncəsi”, "meymun dabanı” və s. adlı ayaq formaları olmuşdur.  Bu adlı ayaq formasına malik olan qadınlar və kişilər digərləri üçün əl çatmaz hesab edilirdi. Çünki, bu cür ayaq formaları aristokratlara məxsus ayaq formaları idi.
 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1742
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz