Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya ölkələrində Yeni il adət-ənənələri
Dünya ölkələrində Yeni il adət-ənənələri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1583
Səs ver:
Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Deyirlər ki, yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq. Bolqarıstanda daha bir adət illərdən bəri davam edir. Saat 12 ni vuranda bütün mənzillərdə işıqları söndürürlər. Üç dəqiqə davam edən qaranlıqda hamı bir- birini öpməlidir.
***
Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya- oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab- qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür.
***
Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın nece olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.
***
Yeni il ağacı-yolkaHavanada yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər adam axşam saatın zəngləri vurduqda on iki gilə üzüm yeməlidir. Bu o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.
***
Italiyada il təhvil olanda küçələrdə adamlar çox ehtiyatlı davranmalıdırlar. Çünki italyanlar yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə pəncərələrdən küçəyə tullayırlar.
***
Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axrında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.
***
Rumıniyada yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
***
Macarıstanda yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala- çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili "dəfn" eləyib yenisini qarşıladığımız üçün hamı yeyib- içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayyət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.


Şərhlər:
Baxılıb: 1583
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz