Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maşın-maşın cehizi var, gəlinimin...
Maşın-maşın cehizi var, gəlinimin...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2063
Səs ver:
Müasir dövrümüzdə çox tez-tez rastlaşdığımız hadisələrdən biri də budur ki, qız anası qızının dilinin uzun olması üçün ona yaxşı cehiz verməkdə özünü əziyyətə və əzaba salar. İstəyir ki, hamı toy günü və ya toydan sonrakı mərasimlərdə bu cehizliyi görərək, barmaq dişləsinlər.
Bəli, hər bir qız anası bu əməlin yanlış olduğunu qəbul edir, ancaq başqalarından geri qalmamağa çalışır. Təmtəraqa meyl son zamanlar insanların arasında çox artmışdır. Bazarlar və mağazalar lazımsız əşyalarla doludur. Onların ancaq xarici gözəlliyi vardır, heç bir istifadəyə yaramırlar.
İnsanların əksər hissəsi bilərəkdən həyatlarında təmtərağı çoxladırlar. Evlərini elə hala salırlar ki, ondan istifadə edən zaman çətinlik çəkirlər. Ancaq çarəsiz ictimai möqveyini saxlamaq və ona xətər vurmamaq üçün öz işləri ilə məşğuldurlar. Bu təmtəraqlardan biri də qız cehizidir. Qızın ailəsi maddi çətinliklərinə baxmayaraq, borc alır və bankdan kreditə pul götürür ki, zəruri olmayan əşyaları ala bilsin. Bu yolla başqalarının yanında lovğalanırlar.
Çox təəssüf ki, bu gün cəmiyyətimizdəki yayılmış səhv meyar — zahirə əhəmiyyət verməkdir. O şeylərə ki, insanı başqalarının yanında fərqləndirir. Ya mal-dövlətə sahib olurlar, ya da qızlarına yaxşı cehiz verirlər. Halbuki, qalıcı olan şey hüsnü-əxlaq, dindən bəhrələnmək, möhkəm etiqaddır.
Bəzi ailələrdə qız anası oğlan ailəsinin yanında xəcalətli qalmamaq üçün ağır yükün altına girir. Ancaq bəzən qızları heç buna razı olmurlar. Bəzən valideyn öz cavanlığında görmədiklərini öz övladına etmək istəyir ki, əvəzini çıxsın. Bu işdən aldığı ləzzətlə keçmiş yarasına məlhəm sürtsün.
Zəruri olmayan əşyaları almağın müxtəlif səbəbləri ola bilər. Ancaq mühüm olan budur ki, bu əşyalar gəlinlə bəyin rahatlığı üçün alınmışdır, yoxsa nümayiş xarakteri daşıyır? Biz gərək başqalarına görə yaşamayaq. Malik olduqlarımızı başqalarına nümayiş etdirməyimiz zəruri deyildir. Bundan da pisi — niyə onların bu məsələdəki nəzərlərinə bu qədər əhəmiyyət veririk ki?!
Əgər bu təmtəraq kənara qoyularsa, toylarımız dinimizin buyurduğu mötədil çərçivədə həyata keçərsə, eviliyin sayı artar. Çünki bəzi qız ailələri cehiz verməyə görə qapılarına gələn elçilərə rədd cavabı verməyə məcbur olurlar.
Alimlərdən biri bununla bağlı gözəl məsləhət verir: "Yanlış adətləri siyahıya almaq yerinə, qız və oğlanın ailəsinə bir təklifim vardır. Elə bir təklifdir ki, nə xərci vardır, nə də büdcəsi. Elə bir təklifdir ki, heç kimin maddi mənafeyini təhlükəyə salmaz. Ancaq əgər siz onu qəbul etsəniz, cahil adətlərin kökünü qurutmuş olarsınız. Cehizi görmək mərasimində iştirak etməkdən imtina edin. Bu cür dəvətləri öz şəxsiyyətinizə təhqir kimi qəbul edin. Əslində sizin üçün fərq etməməlidir ki, bu cehiz kimə aiddir. Hətta əgər ən yaxın qohumlarınız olsa belə!”.
Demək olar ki, toy mərasimlərində həm milli, həm də dini adətlər yerinə yetirilir. Ancaq bu adətlərin bəzisi yanlış dəyərləndirildiyinə görə, əziyyətdən başqa bir şey gətirmir. Ona görə də bu yanlış adətlərlə mübarizə aparıb, Allahın bəyəndiyi işləri görməyə çalışaq. Hər bir yanlış adət özü ilə batil əməllər gətirər. Ona görə də nə qədər bacarırıqsa, sadə olmağa çalışaq və daha çox dini adətləri yerinə yetirək. Təmtəraqdan qaçaq və cavan ailəyə zəruri olan əşyaları almağa səy edək.



Şərhlər:
Baxılıb: 2063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz