Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - sağdış – soldış, qurşaqlama
Azərbaycanda toy adətləri - sağdış – soldış, qurşaqlama
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2761
Səs ver:
Sağdış – soldış
Xalqımızın əski adət-ənənəsinə görə, oğlan və qız evlərindəki toy məclislərində canla-başla iştirak edərək toyun şən və intizamlı keçməsi üçün çalışan, ayrı-ayrılıqda şənliklərdə həm gəlin qız, həm bəy oğlanın sağ və sol tərəflərində əyləşən dörd şəxsə verilən ümumi ad.

Bir para yerlərin qaydasınca, qız sağdışı oğlan tərəfin, qız soldışı isə qız evinin adamı olmalıdır (burada artıq oğlan yengəsinə ehtiyac qalmır). Bəzi yerlərdə bəy oğlanın toy yoldaşlarının hər ikisi subay olur.

Əslinə qalarsa, buradakı iki sağdış evli bəylə gəlinin daxil olacağı başıbağlılar, yəni arvadlı kişilər və ərli qadınlar zümrəsinin nümayəndəsi olduğu halda, o biri iki nəfər subay soldışlar, oğlanla qızın artıq tərk etdikləri "subaylar cərgəsi"ni təmsil edirlər.

Belə bir mülahizə də var ki, onlar, islam dininə görə insanın sağ və sol çiynində əyləşmiş iki gözəgörünməz qoruyucu mələyin canlı təcəssümüdürlər. Əslində isə, bu dördlüyün toyda iştirakı bəy oğlan və gəlin qızın rahatlığı və təhlükəsizliyi ilə bağlı olan zəruri bir tədbirdir. Əbəs yerə deyildir ki, vaxtilə toy günləri oğlanın "toy yoldaşları", bir adət olaraq, silahlanmışlar.

Bu şəxslər vəzifələrinin icrasına, qayda üzrə, qollarına qırmızı ipək parça bağlayaraq başlar, bütün toy şənlikləri zamanı təzə evlənənlərdən bir an belə ayrılmayıb hər yerdə, hər addımda onları müşayiət edərək qayğısma qalır, qoruyurlar.

Adət-ənənəyə görə, toydan sonrakı bəygörüşünə qədər oğlanın yalnız bu "toy yoldaşları" gəlinlik otağına çəkilmiş təzəbəylə ünsiyyətdə ola bilər, onunla ətraf bağ-bağçaya çıxıb gəzə bilərlər.

Onlar çəkdikləri təmənnasız zəhmətin müqabilində heç bir qarşılıq gözləmirlər. Buna baxmayaraq, toydan sonra oğlan və qız evləri bu dörd "fədakara" xələt verməklə onlara öz razılıq və minnətdarlığını bildirir.

Onların digər adları "bəyyanı", "vəzirlər", "yançılar" (Şəki), "saqqallar"dır. Bu deyimin "sağdöş-soldöş" tələffüz tərzi də mövcuddur.

Qurşaq bağlama / Qurşaqlama
Ərə veriləcək qız üzərində gəlinbəzəmə zamanı, evlənən adaxlı oğlan üzərində isə bəydurma mərasimində icra olunan kəmərtaxdı ayininin başqa adı. Bəzi bölgələrdə təzəgəlinin ər evinə köçüb gəlməsi münasibətilə bəyin yaxın qohumlarınm onun şərəfinə verdiyi qonaqlıq da belə adlanır. Çox vaxt belbağlama ayini də bu adlaçağırılır. Onun "qurşaqvurma / qurşanma" deyiliş şəkli də var.


Şərhlər:
Baxılıb: 2761
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz