Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - gəlinbəzəmə
Azərbaycanda toy adətləri - gəlinbəzəmə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2337
Səs ver:
Gəlinbəzəmə
Bu adətə qız evindən toy şənliklərinə ər evinə köçürüləcək gəlin qızın geyindirilib bəzənməsi aiddir.

Adət-ənənəyə görə, yalnız kəbinkəsdi mərasimindən sonra başlanan bu işlə, bir qayda olaraq, el-oba içində məşşatə adı ilə bəlli olan xüsusi bəzəkçi, usta qadın, yaxud qız yengəsi məşğul olur. Toy günü gəlin qız kənar adamların gözünə görünməsin deyə, onu bəzək otağında ipək pərdə, yaxud zərli örpək arxasında oturtdururlar.

Əvvəlcə saçkəsdi tədbiri həyata keçirilir. Burada qızın hörükləri kəsilib cavan gəlinlərə məxsus yeni biçimdə daranır. Bunun ardınca, üzalma , gəlinlik paltarının geyindirilməsi və nəhayət, qızın başı və boyun-boğazının zinət əşyaları ilə süslənməsi icra olunur.

Əski qaydaya görə, gəlin qız öz toyunda başdan-ayağa kimi ancaq oğlan evinin gətirdiyi pal-paltarı geyib, gələcək ərinin ona bəxş etdiyi zinət əşyaları ilə bəzənməlidir. Bu tədbirdə sonsuz və ya yas saxlayan qadın, qırxı çıxmamış zahı və həmzatlı qadınların iştirakına yol verilmir.

Başıbütöv qadın, yaxud qızın yaxın qohumlarından biri ilk əvvəl, qızın başı üstə yaxası açılmamış bəxt köynəyinin yaxasını açır və "bismillah" deyərək, onu qızın başına keçirir.

Sonra gəlinə qırmızı məxmər don, xara tuman və s. paltar geydirilir. Başına "dingə" vurub, üstündən "dördrəng" deyilən ipək yaylıq bağladıqdan sonra onu boğazaltının qarmaqları ilə bəndləyirlər. Ardınca, qızın saçlarına xırda mirvari düzür, qulaqlarına minalı sırğa, barmaqlarına qaşlı üzük, qollarına bilərzik, boynuna həmayıl, gözmuncuğu və mərcan asırlar.

Sinəsinə "qızügül", yaxasına isə "yaxalıq" keçirib, belinə gümüş kəmər (onsuz qız verilməz), varlı ailələrdə "təkbənd" və ya "girvənkə toqqa" deyilən qızıl kəmər və ya dəri zolaq üstünə üç sıra gümüş pul tikilmiş qurşaq, alnına isə yenə üzərinə qızıl və ya gümüş pullar düzülmüş "qabaqlıq" bağlayırlar.

Gəlinin başına parlaq cığcığa tökdükdən sonra, saçlarına, üzünə oğlangildən gətirilmiş gülab və ya ənbər, paltarına isə müşk səpirlər. Qırmızı duvaqdan başqa, gəlin qızın bütün bəzək və toy libası ona geydirilir.

Bu işlər görülən zaman bir subay qız gəlinin sinəsinə güzgü tutur, qız yengəsi tez-tez onun ağzına şirni qoyur, qızın yaxın qohumlarından biri pərdə qabağında qaval çalıb ucadan oxuyur. Bununla inaca görə bədxah ruhlar oradan qovulur.

Elə burada, qızın rəfiqələri və qohumları hər vasitə ilə gəlin qızı əyləndirir, vəziyyətə uyğun oxumalar ifa edirlər. Qız isə pərdə dalında, əsl mənada ərli gəlinlərə məxsus yeni və bəzən tanınmaz bir sifət alırdı.

Bundan sonra o, abır-həya edib axşama qədər xəlvəti bir yerə çəkilib gizlənir, doğma atası, əmisi və dayısının gözünə görünməməyə çalışır. Çox vaxt bəzəmədən sonra gəlin qız yengəsinin evinə aparılıb axşama kimi orada qalır. Onun burada qalması hamıdan gizlədilir və o, yalnız oğlan adamlarının gəlməsi üçün yenidən atası evinə gətirilir.

Bəzi yelərin adətincə, "bəzəmə əməliyyatı" qızın atası evində deyil, onun yengəsi, yaxud qızın dayısı və ya xalası evində keçirilir. Axşam, oğlan tərəfin gəlişinə bir az qalmış, qız gəlinlik taxtına çıxarılır və atası ilə halallaşır. Bundan sonra onun izni ilə anası tərəfindən başına duvaq salınır (əski dədə-baba adətincə, toy günü gəlinin üzü, ayaqları və saçı görünməməlidir).

Gəlini aparanlar arasında oğlan evindən gəlmiş bir yeniyetmə duvaq üstündən qızın belini kəmər və ya kəlağayı ilə bağlayır. Sonra oğlan yengəsi bəzənmiş gəlinin başına bəzəkpulu qoyur. Bu pul qız yengəsinə çatır.

Qız anası da öz növbəsində məşşatəyə, içinə şirniyyat, çay, köynəklik parça və s. düzülmüş xonça tutur. Məşşatə xonçalardakıları götürüb "Allah mübarək eləsin, Allah başından töksün" deyərək, razılıq edə-edə çıxır.

Azərbaycan dastanlarında bu mərasim belə nağıl edilir: "toy tədarükü başlanır, şəhərin 77 yerindən məşşatə çağırılır, gəlini geyindirib 77 qələm zinət verirlər." Mənşə etibarilə bu "bəzənmə əməliyyatı" gəlin qıza gözəllik vermək üçün edilmir. Bu onun qızlar sırasından ayrılıb "ərli qadınlar" cərgəsinə keçməsi ilə bağlıdır.

Bəzi yerlərdə gəlinin tərifi də bu adı daşıyır.

Bir para yerlərdə bu işə "gəlinbəzəndi", "bəzəkvurdu", "gəlinbaşı bağlama / gəlinbaşı bəzəmə / gəlindonatma" da deyirlər.


Şərhlər:
Baxılıb: 2337
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz