Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - südpulu, gəlinlik paltarı
Azərbaycanda toy adətləri - südpulu, gəlinlik paltarı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2569
Səs ver:
Südpulu
Ana südünün halallığı, qızı böyüdüb ərsəyə çatdırmasınm haqqı kimi oğlan evinin qız anasına verdiyi pulun adlarından biri.

Onun məbləğini toy ərəfəsində oğlan tərəf özü müəyyən edir və o, heç bir halda geri qaytarılmır. Ötən çağlar kənd-mahal sahibi xan və ya bəyin ailəsində toy çaldırılan zaman gəlinlik cehizi üçün əhalidən yığılan pul da bu adı daşımışdır.

El içində bu pula "südhaqqı" və "halallıq" da deyirlər. Tovuzda ona "süd nəməri", Qubada "xerc", başqa yerlərdə "qızpulu", "yolpulıı", cənub bölgəsində isə "şirbəha" və s. deyirlər.

Gəlinlik paltarı
Oğlan evinin gəlin qız üçün xüsusi olaraq toy məclislərində geyilməkdən ötrü tikdirdiyi bütün üst-başın, həmçinin lap üstdən geyilən dəbdəbəli başpaltarı dəstinin adı.

Əski adət-ənənələrə görə, gəlinöz toyunda başdan ayağa kimi yalnız oğlan evinin biçib-tikdirdiyi və ya aldığı paltarları geyməlidir. Buraya əsas etibarilə "zircamə" deyilən bəxt köynəyi , yun şal, yaxud qırmızı məxmər və ya zərxaradan tikilib yaxası pullu, üzəri əl ilə işlənmiş üst paltarı "don" və ya "nimtənə" deyilən qolsuz bir gödəkçə, yaxud ətəyinə bafta, qaytan və gümüş pullar tikilmiş "ətəklik" adlanan qofta, xara tuman və s. libaslar daxildir. Ötən çağlar bu dəstdə ipək və məxmər parçalardan tikilmiş gəlinlik arxalığı da daxil olub.

Bundan başqa, gəlinə bir uzunboğaz çəkmə də geydirilir. Onun boğazı, adətən, nazüc və yumşaq keçi və ya qoyun dərisi "tumac "dan tikildiyi halda, o biri hissələri yaşıl dəridən olur. Bu cür çəkmə olmazsa, toy günü gəlin qız oğlan evindən ondan ötrü gətirilmiş ata minməyə qəti etiraz edirmiş.

Bəzi yerlərdə isə nişanlı qıza oğlan tərəfin apardığı üç cüt başmaqdan biri ağ, yaşıl və ya atın sağrı gönündən hazırlanmış bənövşəyi rəngli dikburun "sağrıbaşmaq" geydirilir.

Qaydaya görə, gəlinin bahalı parçalardan tikilmiş üst paltarının rəngi hökmən al qumaşa çalmalıdır (astarı ağ parçadan olmaq şərtilə). Xalq ədəbiyyatında gəlin qız bu geyimdə "xaşxaş" gülünə bənzədilir.

Üst paltar və duvaq bütün türk xalqları arasında, ağ-bəyaz rəngdə olduğu halda, azərbaycan xalqında bu geyim tarix boyu od-alov və can sağlığının rəmzi sayılan müqəddəs al qırmızı rəngdə olmuşdur. Gəlin aparılan zaman onun qoluna qırmızı parça bağlanması, başına qırmızı çalma vurulması əski odsevərlik çağlarının əks-sədası sayılır.

El-obanın nəzərində, bu rəng od-alovun rəmzi olaraq bütün şər qüvvələrini insandan uzaqlaşdırıb zərərsizləşdirən qoruyucu bir vasitə, etibarlı bir sipər sayılmışdır.

Bir vaxtlar bu toy libası dəsti paltarkəsdi toyunda biçilib tikilsə də, sonrakı zamanlarda oğlan evi onu hazır, tikilmiş halda alıb qızgilə gətirilir.

Bəzi yerlərin adətincə, təzəgəlin çox yaşayıb, oğul toyu görsün deyə, toydan sonra bir müddət bu üst paltarı oğlan anası geyməlidir. Çox vaxt isə gəlinin üzündən duvaq götürüldüyü gündən sonra bu "paltar dəsti" də çıxarılıb həmişəlik boğçaya bükülür, əvəzində isə adi ev paltarı geyilir.

Ona həmçinin "bəzənik", "kəfrəm" (Naxçıvan), "gəlinlik donu / gəlin libası / toyluq libası" da deyirlər.


Şərhlər:
Baxılıb: 2569
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz