Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - gəlinin cülusu
Azərbaycanda toy adətləri - gəlinin cülusu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5213
Səs ver:
Gəlinin cülusu
"Gəlinın taxta çıxarılması" anlamındadır. Gəlinapardı toyu, bəzi yerlərdə isə xınayaxdı toyunda nişanlı qızı ər evinə yola salmazdan əvvəl onun atası evində keçirilən, mənşəcə çox qədim tarixə malik olan bir ayinin adı.

Burada ilk öncə məclisin ortasına bir ağ süfrə salıb, üzərinə bəxt güzgüsü, qoyurlar. Güzgünün qarşısına bir ovuc buğda səpirlər, ətrafına isə bəylə gəlinin adına iki şamdan qoyub yandırlar. Sonra gəlinlik taxtı qurulur.

Gəlinlik paltarını geyib bəzənmiş nişanlı qız pərdə arxasından çıxıb, qolunda yengə, böyründə sağdış-soldışı məclisə daxil olur və belinə kəmər taxdıqdan sonra həmin "taxt"ın üstündə üzü qibləyə əyləşdirilir. Bu vaxt hər tərəfdən: "gəlin taxtın mübarək", "üzünə gün doğsun", "Allahın kölgəsi üstündən əskik olmasın", "xoşbəxt olasan, muradına çatasan, inşallah" və digər xoş sözlər deyir, qızı "mübarəkbadlıq" edirlər. Qızın qarşısına, biri oğlan, biri qız evində tutulmuş iki xonça düzülür, onların üzərindəki şamlar yandırılır və sağdışın bəzəyib qaldırdığı qız şaxı buraya gətirilir.

Bundan sonra qızın başına yığılmış rəfiqələri iki dəstəyə ayrılıb şax ətrafmda müxtəlif rəqslər, oxumalar ifa edir (bunlara el içində "dingildəmə" deyilir), qız isə bu zaman öz güzgüsünə baxır və axırda onu öpür. Nişanlı qızın barmağı batırılmış suyu qızlar üstlərinə səpir və ya onu şərbət eləyib içirlər. Qızın yanmdakı sağdış-soldış əllərində şam oğlan adamları gələnə kimi qızın yanında ayaq üstə dayanırlar. Yengə, yaxud məşşatə bir sini noğul gətirib "oğullu-qızlı olsun" deyərək, qızın başından tökür, ətrafdakılar noğulları yığmağa çalışırlar.

Bununla yanaşı, qadınlardan biri gəlinin başı üstə yeddi rəng sapla "qayınana ilə baldızın dilini tikir", yaxud qırmızı parçadan hazırlanmış insan dilinə oxşar bir şeyi qız oturduğu yerə mismarlaya-mismarlaya "qayınata-qayınananın, baldızın, qonşuların dillərini mıxladım" deyir. Qızın anası gəlinin qoluna qırmızı parça, başma isə həmin parçadan bir çalma dolayır (yengə onu oğlan evində açmalıdır). Toy günü gəlin dalınca gəlmiş oğlan evi adamları yol üstündə olan qızı beləcə duvaq altında, taxtda əyləşmiş vəziyyətdə görüriər.

Nişanlı qızın bu cür "taxta çıxması" xalq arasında onun ər evində həmişəlik ocaq və bina salıb yaşamaq əzmi, gələcəkdə ərinə üstün gəlib "hakimi-mütləq" olmaq arzusu kimi açıqlayırlar. Əslində bu, ötən çağlar subay qızın "ərli qadınlar cərgəsinə" keçməsiylə bağlı bir ayinin qalığıdır. Nişanlı qızın taxta çıxması ilə onun "nişanlı" adlandırılması başa çatır və o, bu andan etibarən ilk övladı olana qədər, "gəlin qız", "gəlin" və "təzəgəlin" adı daşıyır.

Bəzi yerlərdə bu ayinə "gəlin taxta qalxdı", "duvaqlama / duvaqtoyu", "üzə duvaq vermə" də (Muğan zonası) deyirlər.


Şərhlər:
Baxılıb: 5213
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz