Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda toy adətləri - bəxt güzgüsü, xonça gətirmə
Azərbaycanda toy adətləri - bəxt güzgüsü, xonça gətirmə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5397
Səs ver:
Bəxt güzgüsü - Toy güzgüsu
Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qızgilə bəxtgüzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız soldışının əlində gəzdirilir. Onun ətrafı qırmızı parça ilə haşiyələnir, hündürlüyü 60-65 sm., eni təqribən 40-45 sm.-ə çatır. Gügü əsas etibarilə, paltarkəsdi, xınayaxdı toyları və kəbinkəsdi mərasimində nişanlı qızın qarşısına qoyulur və hər tərəfində bir şam yandırılır. Ona baxan gəlin, guya gözdolusu "gələcək ağ günlərini" görür, güzgü onun önündə aparıldıqda isə "cəmi xəta-bəladan, bədnəzərdən" qorunur.

El-oba inamına görə, suda və güzgüdə əks olunanlar, insanın oxşarı sayılır. Odur ki, bir vaxtlar bu "can və tale güzgüsü"nə baxdıqdan sonra hökmən onu öpmüşlər. İndiki toylarda da ər evinə yollanan gəlin bəxt güzgüsünü öpüb onu oğlan yengəsinə tapşırır.

Gərdək gecəsi, adət üzrə, bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir.

İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya da evlənlərdən biri tezliklə ölər. Ona görə də bütün toylarda gəlin güzgüsü göz bəbəyi tək, ciddi-cəhdlə qorunur.

Bu güzgü ayrı-ayrı yerlərdə "bəxt aynası", "gəlinlik güzgüsü ", "nişan güzgüsü", "tale güzgüsü" də adlanır.

Xonça gətirmə
Toyun əsas atributlarından biri içində ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat yerləşən bağlam – xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o, al qırmızı zərli saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalıb sap və ya sancaqla bənd edilir.

Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənirlər.

Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.

Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", "yengəxonçası" və s. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.

Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qaynana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.

Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmışlar. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır.

Üzük xonçası
Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nigah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.

Haxışda /Haxışta
Naxçıvan diyarında çaldırılan toy-nişan məclislərində qız evində cavan qız-gəlinlər "haxışta" adlı halay sayağı rəqs ifa edirlər.

8-12 iştirakçıdan ibarət olan iki dəstə cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ tuturlar. Sonra ifaçılardan biri sonu "haxışda" kəlməsilə bitən bir bayatı oxuyur, o birilər bu sözü təkrar edərək əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə, oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və bir ayaq üstə atılıb-düşərək rəqs etməlidir.


Şərhlər:
Baxılıb: 5397
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz